Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Sidqi Mustafayev COVID-19-dan vəfat edib

“İRS” folklor ansamblınnın bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev vəfat edib. Boyukmillet.com  xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə yazıb. Bildirilib ki, S.Mustafayev COVID-19-dan dünyasını dəyişib. Xatırladaq ki, o, uzun illər ürək-damar çatışmazlığından əziyyət çəkib. Həmçinin bir neçə gün əvvəl S.Mustafayevin həyat yoldaşı Fəridə Mustafayeva bir neçə gün öncə, qızı Təravət isə ötən il noyabr ayında COVID-19-dan …

Read More »

Bakının prospektlərindən birinə “8 Noyabr” adı verilib

Bakıın Nobel prospektinin adı dəyişdirilərək “8 Noyabr” prospekti adlandırılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı qərar bu gün qəbul edilib. Hərbi Qənimətlər Parkı da “8 noyabr” prospektində yerləşir. Gələcəkdə bu prospektdə Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması da planlaşdırılır.

Read More »

Leyla Əliyevanın şeir toplusunun təqdimat mərasimi keçirilib

Aprelin 9-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bakıdakı qərargahında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qırğız və rus dillərində nəşr olunmuş “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun təqdimat mərasimi keçirilib. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Qırğız Respublikasının mədəniyyət, informasiya idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva …

Read More »

Sabunçuda nişan mərasiminində iştirak edən 20 nəfər məsuliyyətə cəlb edildi

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Zabrat qəsəbəsində yaşayan Ö.Bəşirovun sanitariya-gigiyena və karantin rejim qaydalarını pozaraq evində övladına nişan mərasimi təşkil etdiyi məlum olub. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən  verilən məlumata görə, polislər tərəfindən mərasimin qarşısı alınıb. Orada iştirak edən ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Read More »

Prezident müxalifəti təmsil edən vitse-spikeri təltif etdi

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəzail Feyruz oğlu İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Fəzail İbrahimli Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir. VHP sədrinin birinci müavini olan F.İbrahimli parlament rəhbərliyində müxalifəti təmsil edir. F.İbrahimli 1951-ci il aprelin 12-də Yardımlı …

Read More »

İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. Boyukmillet.com-un xəbərinə görə, dövlət başçısına parkda nümayiş etdirilən hərbi texnikalar barədə məlumat verilib. Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşüb. Dövlət başçısı görüşdə çıxış edib.

Read More »

Ermənistan prezidenti Paşinyanın daha bir layihəsini imzalamaqdan imtina etdi

Ermənistan prezidenti Armen Sarkisyan parlamentin Məhkəmə Məcəlləsində dəyişikliklərlə bağlı qəbul etdiyi layihəni imzalamaqdan imtina edərək sənədi Konstitusiya Məhkəməsinə göndərib. Boyukmillet.com  “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı dövlət başçısının mətbuat xidməti yayıb. A.Sarkisyan məsələ ilə bağlı ekspertlər, Ali Məhkəmə Şurasının təmsilçiləri, ədliyyə naziri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə məsləhətləşib. O, maraqlı tərəfləri dinlədikdən sonra məhkəmə sistemində islahatların sistemli aparılmasını əsas götürərək sənədi …

Read More »

COVID-19-a yoluxan Niyaməddin Musayevin vəziyyəti açıqlandı

Koronavirusa yoluxan Xalq artisti Niyaməddin Musayev xəstəxanaya yerləşdirilib. Boyukmillet.com  xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən N.Musayevin müalicəsi davam edir. Xəstəxanadan bildirilib ki, sənətçi aprelin 7-də tibb müəssisəsinə daxil olub: “Hazırda özünü yaxşı hiss edir və səhhəti qaydasındadır. 80 yaşlı pasiyentin beyinin oksigenlə təminat səviyyəsi 94, bədən temperaturu isə 36 dərəcədədir.”.

Read More »

AMB yeni pul nişanları ilə bağlı çətinliklərə reaksiya verib

Son günlər mətbuatda bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminallarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarını qəbul etməkdə müəyyən çətinliklərin yaranması ilə bağlı məlumatlar yayılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və …

Read More »

ABŞ-ın bu yeni təyyarəsi Çin üçün təhdid olacaq

ABŞ-ın yeni B-21 Raider strateji bombardmançısı Çin üçün real təhdid kəsb edə və Sakit okeanda qüvvələr balansını dəyişdirə bilər. Boyukmillet.com  xəbər verir ki, bu iddia ilə amerikalı hərbi ekspert Aleks Xollinqs çıxış edib. Onun sözlərinə görə, Vaşinqton indiyə qədər Pekinə Cənubi Çin dənizində effektiv müqavimət göstərə bilmir. O, bunun Çinin DF-17 hipersionik raketləriylə əlaqəli olduğunu bildirib. Xollinqs Çinlə müharibə yaşanacağı …

Read More »