Gürcüstan parlamentində Dağlıq Qarabağla bağlı müzakirə aparılacaq. APA-nın yerli bürosu xəbər verir ki, məsələ parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Məlumata görə, komitənin gündəliyində qeyd olunub ki, müzakirə zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ələdə edilən razılaşmanın Cənubi Qafqazın təhlükəsizlik mühitinə təsirlərinə fokuslanılacaq. Komitə iclasında Gürcüstan kəşfiyyat xidmətinin rəhbəri Şalva Lomidze dinləniləcək. İclasın qapalı keçəcəyi ehtimal edilir.
Read More »DİQQƏT! Bu şəxslər peyvənd oluna bilməz
Xroniki allergiyanın kəskinləşməsi zamanı insanlar koronavirusa qarşı peyvənd oluna bilməzlər. Boyukmillet.com publika.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı immunoloq Nadejda Loqinina danışıb. Onun sözlərinə görə, peyvənd yalnız sabit remissiya dövründə, bədəndə patoloji proseslər olmadığı zaman edilə bilər. “Allergiya halında ödem istənilən orqanda və istənilən toxumada lokallaşdırıla bilər. Mədə-bağırsaq traktının, yuxarı tənəffüs yollarının, ağciyər və beyin toxumasının ödemi ola bilər. Allergik reaksiyalara …
Read More »Hadı Rəcəblinin restoranında toy olub, saxlanılanlar var
Lənkəranda toy mərasimləri keçirilən 3 obyekt aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Riva Hill Resort”, “Palıdlı Sahil”, “Rahat Məkan” istirahət mərkəzlərində sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy mərasimlərinin keçirilməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən mərasimlərin təşkilatçıları və iştirakçıları, xidmət …
Read More »Bakıda toy məclisində iştirak edən 19 nəfər saxlanıldı – VİDEO
Paytaxtın Nərimanov rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən şadlıq saraylarının birində toy mərasiminin keçirilməsi aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin və 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Onlarla profilaktik söhbətlər …
Read More »Hikmət Hacıyev: “Media haqqında” yeni qanun layihəsi hazırlanıb”
“Azərbaycanda “Media haqqında” yeni qanun layihəsi hazırlanıb”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 10-da Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən deyib. Onun sözlərinə görə, qanun layihəsinin təkmilləşdirilməsi üçün Türkiyənin təcrübəsindən də istifadə edilib: …
Read More »İşsiz kimi rayon məşğulluğunda qeydiyyatdan keçsəm də, uyğun vakansiyalara yaxın qoymurlar – Bərdənin Kələntərli kənd sakini yazır…
Vaqif Müslümzadə: “Nə səbəbə vakansiya ola-ola vətəndaşları işlə təmin etmir?” Bərdə rayonu Kələntərli kənd sakini, Yeni Azərbaycan Pariyasının üzvü Müslümzadə Vaqif Məhəmməd oğlu ölkə rəhbərliyinə ünvanladığı şikayətin bir nüsxəsini də “Bakı-Xəbər”ə göndərib. Həmin şikayəti olduğu kimi təqdim edirik: “Yazaraq Sizə bildirirəm ki, mən yaşadığım rayonda bütün işlərdə ictimai fəal olaraq könüllü iştirak edirəm. Uzun müddətdir Bərdə rayon Məşğulluq Mərkəzində adım …
Read More »İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev səfir Erkan Özorala Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni təqdim edib.
Read More »Bakıda gəmi yanır
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın olması barədə məlumat daxil olub. FHN-dən bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Read More »Fransada məscid yandırılıb
Fransanın Nant şəhərində naməlum şəxslər Arrahma məscidini yandırıblar. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə yerli KİV bildirib. Qeyd edilir ki, hadisə zamanı məscidə maddi ziyan vurulub, giriş qapısı tamamilə yanıb. Məscidin ətrafında içində benzin olan kanistrlər tapılıb. Fakt üzrə araşdırmalara başlanılıb. Hazırda müstəntiqlər hadisənin səbəbini və yanğının mənbəyini müəyyənləşdirmək üçün videomüşahidə kameralarındakı qeydləri araşdırırlar. Fransanın Müsəlman Məzhəbi Şurası (CFCM) …
Read More »Suriyada Türkiyə hərbçilərinə atəş açan terrorçular məhv edilib
Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstəsi Suriyanın şimalındakı Tall-Rıfat rayonundan “Fərat qalxanı” əməliyyatı zonasında türk hərbçilərin mövqelərinə atəş açan YPG-nin (PKK terror təşkilatının Suriya qanadı) dörd terrorçusunu məhv edib. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib. Qeyd edilir ki, Suriyanın şimalında vəziyyətin sabitliyini pozmağa çalışan terrorçular türk xüsusi təyinatlı dəstəsinin operativ əməliyyatı nəticəsində zərərsizləşdirilib. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar