İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi nümayəndə heyyəti Türkiyədə səfərdədir Boyukmillet.com xəbər verir ki, bu sözləri qardaş Türkiyədə keçirdiyi səmərəli görüşlər barəsində danışarkən İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli bildirib. Samir Adıgözəlli qeyd edib ki, ilkin olaraq Iğdır şəhərində Türkiyənin önəmli siyasi partiyalarının rayon təşkilatlarının rəhbərləri və nümayəndələri ilə olduqca səmərəli görüşlər keçiriblər. Onun sözlərinə görə keçirilən …
Read More »Tərtərdə toy məclisi təşkil edən şəxs cərimələndi
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, mart ayının 26-da Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Sarıcalı kənd sakini Bəxtiyar Babayev yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy mərasimi təşkil etdiyi müəyyən edilib. B.Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin …
Read More »Paşinyan Moskvaya səfər edəcək
Rusiya prezidenti Vladimir Putin Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.Boyukmillet.com xəbər verir ki, bu barədə “Joxovurd” bildirib.Məlumata görə, aprelin 7-də Nikol Paşinyan Moskvaya işgüzar səfər edəcək və bu ziyarət çərçivəsində onun Vladimir Putinlə görüşü planlaşdırılıb.Qəzet bu informasiyanı Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyanla dəqiqləşdirməyə cəhd göstərib, ancaq o cavabında bildirib: “Biz bununla bağlı KİV-i məlumatlandıracağıq”.Bildirilib ki, İkinci Qarabağ müharibəsindən sonra …
Read More »Baydendən Ərdoğana dəvət məktubu gəldi
ABŞ Prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, Bayden Ərdoğanı 22-23 aprel tarixlərində iqlim problemlərinə həsr ediləcək dövlət başçılarının sammitinə dəvət edib. Bundan əlavə, ABŞ dövlət rəhbəri koronavirus pandemiyasından zərər görən ailələrin, vətəndaşların, bütün türk xalqının kədərini paylaşdığını bildirib. Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putin və Çin Xalq Respublikasının …
Read More »YENİ QANUN: küçədə bunu edənlər 40 manat cərimələnəcək
Avtomobildən küçəyə zibil atan sürücülər kameralarla aşkar ediləcək və 40 manat məbləğində cərimə olunacaqlar. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı ”Xəzər Xəbər”ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyib. Onun sözlərinə görə, xüsusi texniki vasitələrlə, eləcə də yol polisinin müşahidələrinə əsasən bir sıra sürücülər idarə etdikləri avtomobillərdən ətrafa müxtəlif növ tullantılar atırlar. Belə hallar paytaxtın ümumi …
Read More »Türkiyə-Rusiya Monitorinq Mərkəzində Novruz şəniliyi – VİDEO
Ağdam rayonu ərazisində fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşəbbüsü ilə Novruz mətbəxi təşkil edilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə professor Tahir Əmiraslanov xalqımızın qonaqpərvərliyi, Novruz bayramının adət ənənələri, bayramda bişirilən şirniyyatların mənaları barədə hərbi qulluqçulara ətraflı məlumat verib.Sonda Assosiasiyanın diplomları və professor T.Əmiraslanovun müəllifi olduğu kitablar tədbir iştirakçılarına təqdim olunub, nahar təşkil edilib.
Read More »Bakıda məktəbin həyətindən 7 min manatlıq büst oğurlandı
Bakıda məktəbin həyətindən 7 min manatlıq büst oğurlayan 5 nəfər saxlanılıb. DİN Mətbuat xidmətindən verilən məlumata görə, martın 26-da Buzovna qəsəbəsindəki orta məktəblərdən birinin qarşısında quraşdırılmış 7000 manat dəyərində latun və bürüncdən olan büst oğurlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Mirzəyev, V.Quliyev, əvvəllər məhkum olunmuşlar E.Mirzəyev, E.İsgəndərov, R.Səmədov saxlanılıb.
Read More »İtalyan jurnalist Ermənistanın Azərbaycana qarşı yeni siyasi oyunundan yazıb
İtaliyanın “Lo Spessore” analitik portalında italyan tədqiqatçı-jurnalist Domeniko Letizianın Cəbrayıl rayonun işğalı vaxtı Ermənistan tərəfindən orada qanunsuz olaraq tikilmiş “ibadətgah”la bağlı erməni tərəfinin yalanlarının ifşa edilməsi və məsələyə münasibətdə həqiqətlərin İtaliya ictimaiyyətinin diqqətinə çatıdırılması məqsədilə “Azərbaycanı gözdən salmaq üçün Ermənistanın yeni siyasi oyunu” sərlövhəli məqaləsi dərc olunub. Boyukmillet.com-un məlumatına görə, məqalədə Azərbaycanın məscidlərin və yəhudi mədəniyyətinə məxsus abidələrin, habelə Ermənistanın işğalından azad …
Read More »Azərbaycanda koronavirusa daha 1 759 yoluxma qeydə alınıb, 24 nəfər vəfat edib
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 759 yeni yoluxma faktı qeydə alınıb, 511 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 24 nəfər COVID-19-dan vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 252 680 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 234 893 nəfər müalicə olunaraq sağalıb, 3 445 nəfər vəfat edib, aktiv xəstə sayı 14 342 nəfərdir. Son sutkada 8 923, hazırkı dövrədək isə 2 816 …
Read More »Azərbaycan vətəndaşı İstanbulda silahını təmizləyərkən ehtiyatsızlıqdan dünyasını dəyişdi
Türkiyədə silahını təmizləyərkən ehtiyatsızlıq nəticəsində başından yaralanan Azərbaycan vətəndaşı Nihad Əliyev xəstəxanada vəfat edib. Boyukmillet.com-un xəbərinə görə, hadisə İstanbul şəhərində Beşiktaşdakı otellərdən birində, yerli vaxtla saat 23:00 radələrində baş verib. Şahidlərin ilkin ifadəsinə görə N.Əliyev silah ilə ehtiyatsız davranması nəticəsində silah açılıb və güllə onun baş nayihəsindən girib. Nəticədə N.Əliyev ağır yaralanaraq xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq yaralının həyatını xilas …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar