Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Goranboyda yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb

Martın 24-də Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonunun Rəhimli kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıb. Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib. RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. …

Read More »

Yerevanda sorğu: “Lazım gəlsə üç həftə yemək bişirmərik, amma qaz Azərbaycandan gəlməsin” – VİDEO

“BBC News Azərbaycanca” Ermənistanın paytaxtı Yerevanda sorğu keçirib. Yerevan sakinlərindən onların Rusiya qazının Azərbaycandan keçməklə Ermənistana verilməsinə münasibətləri və ermənilərlə azərbaycanlıların birgə yaşaya bilməsi barədə soruşulub. Sorğuda iştirak edənlər hər iki məsələyə mənfi münasibət göstəriblər.

Read More »

Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı sənədi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokolu təsdiqləyib. Boyukmillet.com  xəbər verir ki, sənəd 2020-ci il fevralın 28-də İstanbulda imzalanıb və fondun büdcəsinin formalaşdırılmasını nəzərdə tutur. Protokola əsasən, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan ölkələrin ödənişləri əsasında formalaşdırılacaq. Xatırladaq ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu …

Read More »

Bakıda sürücünü bıçaqla hədələyib maşınını əlindən aldılar

Bakı şəhər sakininə bıçaqla xəsarət yetirilib. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Abşeron Rayon Polis İdarəsi (RPİ) və Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 5-də Bakı şəhər sakini X.Məmmədova bıçaqla xəsarət yetirib, 300 manat pulunu və “Mercedes” markalı avtomobilini almaqda və həmin avtomobilin üzərinə başqa dövlət qeydiyyat nişanlarını …

Read More »

Ərdoğan Qarabağdan danışıb: “Razılaşmaların yerinə yetirilməsi prosesini yaxından izləyəcəyik”

“Otuz il öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonlarının işğalı zamanı törədilən qətliamlar, azərbaycanlı qardaşlarımızla birgə bizim də ürəyimizi dağlamışdı”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də hakim Ədalət və İnkişaf Partiyasının 7-ci qurultayında deyib. “Üç ölkə ATƏT-in Minsk qrupunun həmsədrliyi adı altında bu münaqişənin həllini öz üzərinə götürsə də, 30 il ərzində problemi yalnız …

Read More »

Türkiyə-Özbəkistan hərbi təlimləri başladı – VİDEO

Özbəkistan və Silahlı qüvvələrin iştirakı ilə Özbəkistan və Türkiyə ortaq təlimləri başladı. Boyukmillet.com Özbəkistan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Termiz şəhərindəki hərbi poliqonda keçirilən Özbəkistan-Türkiyə ortaq hərbi təliminin açılış mərasimi təşkil edildi. Təlimin açılışında Müdafiə Nazirliyi rəsmisi Laziza Usmanov, Özbəkistan, Türkiyə və Xüsusi Hərəkat Briqadası Cənubi Əməliyyat Komandiri Komandir Vəkili Parker Satvaldiyev Rüşdünün şərəfinə iki ölkə ilə birlikdə xüsusi …

Read More »

Paşinyanın aparat rəsmisinin saxtakarlığı ifşa olundu

Ermənistanın baş naziri Nikol Paşinyanın aparatının rəhbərin müavini Taron Çaxoyan feysbukdakı səhifəsində 2017-ci ildə paylaşılmış fotonu paylaşaraq, müxtəlif tullantıların, zibillərin əks olunduğu şəklin “dünən” Yerevanın müxalifət tərəfindən blokdan çıxarılmış Baqramyan prospektində çəkildiyini iddia edib. Bu barədə “RİA Novosti” xəbər verir. “Sirli şəkil. Baqramyanın prospekti bu gün”, – deyə Çaxoyan tullantıların yer aldığı şəkillə bağlı yazıb. Onun paylaşımı xeyli sayda bəyənmə …

Read More »

Erməni müxalifəti barrikadaları sökür – Video

Ermənistanın Vətənin Xilası Hərəkatı paytaxtın Baqramyan prospektindəki barrikadaları sökməyə başlayıb. Boyukmillet.com xəbər verir ki, yollara qurulmuş çadırlar hərəkatın qərargahının yerləşdiyi Dəmirçiyan küçəsinə köçürülüb. Bu küçədə parlamentin xidməti girişi yerləşir və müxalifət həmin hissəni bağlı saxlayacaq. Erməni mətbuatının məlumatına görə, insanlar əşyalarını yığır, ərazidən texnikanı çıxarır. Bundan başqa hərəkat liderlərinin çıxışları üçün nəzərdə tutulmuş səhnənin də söküntüsünə başlanılıb. https://youtu.be/TyvpRJ2P0rE

Read More »