Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal küləyi ilə əvəz olunacaq. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 10-14, Bakıda gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, …
Read More »Bakıda “Formula 1” yarışının keçirilmə müddəti daha bir il uzadıldı
Bakıda “Formula 1” üzrə Azərbaycan Qran-prisinin keçirilmə müddəti daha bir il uzadılıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva açıblama verib. O deyib ki, ötənilki qran-pri baş tutmadığı üçün yeni 3 illik müqavilə üzrə öhdəlik 2023-cü ilədək deyil, 2024-cü ilədək yerinə yetirilməlidir. Xatırladaq ki, 2021-ci ildə Azərbaycan Qran-prisi 4 – 6 iyunda …
Read More »Azərbaycan və Türkiyə Vətən müharibəsi haqqında birgə film çəkəcək
“Qəhrəman əsgərlərimizin savaşını kino ilə daha təsirli səviyyədə göstərmək istiqamətində fəaliyyətə başlamışıq. Belə keyfiyyətli filmlərə ehtiyac var. Bu məqsədlə türk qardaşlarımız və şirkətlərlə birgə layihələrə başlamağı istəyirik”. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib. “Azərbaycan Türkiyənin bu sahədəki təcrübəsini öyrənəcək və ondan istifadə edəcək”, – nazir bildirib. A.Kərimov işğaldan azad olunmuş ərazilərin yenidən …
Read More »Azad edilən ərazilərdə erməni hərbçilərin meyitlərinin axtarışı bərpa olunub
İkinci Qarabağ müharibəsində məhv edilən və meyitləri işğaldan azad olunan ərazilərdə qalan Ermənistan əsgərlərinin qalıqlarının axtarışı bərpa edilib. Boyukmillet.com xəbər verir ki, bu gün axtarış işləri Füzuli, Cəbrayıl rayonları və Hadrut qəsəbəsi istiqamətində aparılır. Axtarış işləri fevralın 15-də dayandırlımışdı. Məlumata görə, atəşkəsdən sonra – 2020-ci il noyabrın 13-dən indiyədək 1 485 erməni hərbçisinin meyiti tapılıb.
Read More »Çavuşoğlu Anar Kərimov ilə görüşüb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın mədəniyyət naziri Anar Kərimov arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, bu barədə türkiyəli nazir öz tvitter səhifəsində yazıb. “İşğal zaman Dağlıq Qarabağdakı ziyan dəymiş Azərbaycan mədəni irsinin bərpası üçün hər cür dəstəyi verəcəyik”, – M.Çavuşoğlu qeyd edib.
Read More »Nigar Arpadarainin əvəzinə yeni təyinat oldu
Bakı Şəhər Halqası Əməliyyat Şirkətində (BŞH) yeni təyinat olub. Boyukmillet.com-un məlumatına görə, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsi Ayan Nəcəf-Ağayevaya həvalə edilib. O, yeni vəzifədə Nigar Arpadaraini əvəzləyib. Qeyd edək ki, Nigar Arpadarai Bakıda “Formula 1” üzrə ilk Qran-prinin keçirildiyi 2016-cı ildən BŞH-də çalışıb. O, 2020-ci ildə 29 saylı Səbail seçki dairəsindən deputat seçilib.
Read More »Çin gəmisi Yaponiyada qəzaya uğrayıb, 3 nəfər itkin düşüb
Yaponiyanın Okinava prefekturasının sahillərində gəminin qəzaya uğraması nəticəsində 3 nəfər itkin düşüb. Boyukmillet.com xəbər verir ki, məlumatı TASS yayıb. Bildirilib ki, hazırda 7 nəfər gəminin yaxınlığında üzmə gödəkçələri ilə suda üzürlər. Yaponiyanın müvafiq qurumları hadisə yerinə gəmi və xilasedicilər göndərib. Qəzaya uğrayan gəminin Çində qeydiyyata alındığı bildirilib.
Read More »Ərdoğan Azərbaycanla ticarət sahəsində əməkdaşlığı asanlaşdıran sazişi təsdiqlədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bununla bağlı qərarı imzalayıb. Sənədə əsasən, Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minib. Qeyd edək ki, 2020-ci ilin fevralın 25-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb …
Read More »Ermənistan müxalifəti Yerevanın mərkəzini yalnız Paşinyan getdikdə azad edəcək
Ermənistanın müxalif “Vətənin qurtuluşu hərəkatı” Yerevanın mərkəzindəki Baqramyan prospektini yalnız baş nazir Nikol Paşinyanın vəzifədən gedəcəyi təqdirdə azad edəcək. Boyukmillet.com “Aysor.am”a istinadən xəbər verir ki, bu barədə müxalifət hərəkatının koordinatoru İşxan Saqatelyan bildirib. “Nikol mövcud deyil, vəssalam”, – o deyib. İşxan Saqatelyan həmçinin bildirib ki, müxalifətin növbəti mitinqi bu gün yerli vaxtla saat 16:00-də olacaq. “Sabah biz etiraz aksiyalarını davam …
Read More »Erməni hərbçilər Paşinyanı əsassız ittihamlara son qoymağa çağırdılar
Ermənistanın Silahlı Qüvvələri bəyanat yayaraq ölkənin baş naziri Nikol Paşinyanı əsassız ittihamlara son qoymağa çağırıb. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bəyanatın mətnini Baş Qərargahın nümayəndəsi Samvel Asatryan feysbukdakı səhifəsində paylaşıb. “Bizim xalqımızın oğullarından ibarət olan Silahlı Qüvvələr heyəti milli təhlükəsizlik təhdidlərini əvvəlcədən görərək Silahlı Qüvvələrin vəzifəli şəxslərinin ünvanına əsassız ittihamları yolverilməz hesab edir və təkidlə buna son qoymağa …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar