Soyuq hava şəraiti ilə əlaqədar olaraq bu gün də Bakının bəzi məktəblərində tədris təxirə salınıb. Boyukmillet.com xəbər verir ki, bir sıra məktəblərin rəhbərliyi valideynlərə övladlarını dərsə gətirməməyi tövsiyə edib. Hava şəraiti ilə əlaqədar ümumtəhsil müəssisələrində tədrisin dayandırılması ilə bağlı Təhsil Nazirliyinin qərarı yoxdur. Nazirlik ötən gün üçün yalnız davamiyyətin çox aşağı düşməsi ilə bağlı məlumat vermişdi. Qeyd edək ki, Milli …
Read More »Nikol Paşinyanın istefasını tələb edənlər Yerevanda küçələri bağlayıblar
Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə itaətsizlik aksiyası keçirənlər səhər saatlarından paytaxt Yerevanın bir neçə küçəsini bağlayıblar. Boyukmillet.com xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb. 17 siyasi partiyanın formalaşdırdığı “Vətənin Xilası Uğrunda Hərəkat”ın tərəfdarları Yerevanın Verin Antarain və Saralanc küçələrinin kəsişməsini bağlayıblar. Onlar “Nikolsuz Ermənistan!” şüarını səsləndirərək küçələri avtomobil və “canlı divar”la kəsiblər. Şəhərin başqa küçələrində də oxşar aksiyalar …
Read More »İlham Əliyev Ərdoğanı təbrik etdi
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Ad gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. Bu gün Türkiyə Respublikası əhəmiyyətli sosial-iqtisadi və elmi tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Heç şübhəsiz ki, qazanılmış bütün …
Read More »Qarda yıxılaraq xəsarət alanların sayı 64-ə çatıb
Fevralın 24-dən etibarən ümumilikdə 64 nəfər (35 kişi, 29 qadın) hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. Bildirilib ki, yaralılardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.
Read More »ABŞ-da Xocalı həqiqətlərini əks etdirən avtomobil küçələrdə hərəkət edəcək
“Xocalıya ədalət” (“Justice for Khojaly”) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində soyqırım haqqında həqiqətlərin dünyaya çatdırılması məqsədi ilə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində üzərində faciəyə dair faktları əks etdirən rəqəmsal plakatlı xüsusi avtomobil küçələrdə hərəkət edir. Bu barədə ABŞ-ın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) prezidenti Fərid Məmmədov məlumat verib. O bildirib ki, layihə ACMA-nın təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin …
Read More »Hikmət Hacıyev: Türkiyənin hər zaman Azərbaycana yardım əli uzatdığını gördük
Türkiyə və Azərbaycan dost ölkələrdir. Biz hər zaman Türkiyənin qardaş Azərbaycana yardım əli uzatdığını gördük. Boyukmillet.com “Habertürk”ə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 56 ölkənin üzv olduğu İslam Həmrəyliyi Gənclər Forumunun ‘’Special Edition Talks’’ proqramında deyib. H.Hacıyev bildirib ki, Türkiyə Azərbaycana dəstəyini davam etdirib, ədalətli və bərabər mövqe …
Read More »Samir Adıgözəlli: “Prezident tərəfindən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin azad torpaqlara dəvət edilməsinin böyük tarixi əhəmiyyəti və mənası var”.
Samir Adıgözəlli: “…beynəlxalq səviyyədə silsilə tədbirlər keçirilməsinə şərait yaradır” “Ümid edirəm ki, pandemiyadan sonra mərkəzin növbəti tədbirində, həmçinin, mərkəzin üzvlərinin də işğaldan azad edilmiş bir sıra əraziləri ziyarət etmək və ola bilsin, orada müəyyən tədbiri təşkil etmək fürsəti olacaq. Lakin bu, əlbəttə, bizim gələcək əməkdaşlığımızın və müzakirələrimizin bir hissəsidir…”. Bunu Prezident İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini …
Read More »Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçıları üçtərəfli görüşə dair birgə bəyanat qəbul edib
Türkiyə Respublikası xarici işlər naziri Mevlüt Çavuşoğlunun dəvəti və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Nazirlər Kabineti sədrinin müavini, Türkmənistan xarici işlər naziri Rəşid Meredovun (bundan sonra – “tərəflər”) iştirakı ilə 23 fevral 2021-ci il tarixində Türkiyə Respublikasının Ankara şəhərində xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü baş tutub. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən …
Read More »Rusiya Paşinyanın “İsgəndər”lə bağlı iddialarına sərt CAVAB VERDİ
Ermənistanın baş naziri Nikol Paşinyanın II Qarabağ müharibəsində istifadə etdikləri Rusiya istehsalı olan “İsgəndər” raketlərininin yararsızlığı və partlamaması barədə iddiaları Rusiyada hiddətə səbəb olub. Boyukmillet.com xəbər verir ki, Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Viktor Zavarzin Paşinyanın Rusiyanın raket sistemlərinin işini şübhə altına almasına etiraz edib. Viktor Zavarzin erməni siyasətçinin fikirlərini rədd edib. Onun sözlərinə görə, Paşinyan bu şəkildə özünün günahsız …
Read More »Daha bir Vətən müharibəsi iştirakçısı intihar etdi – FOTO
Azərbaycanda daha bir Vətən müharibəsi iştirakçısı canına qəsd edib. Boyukmillet.com unikal.org-a istinadən xəbər verir ki, hadisə Yardımlı rayonunda baş verib. Belə ki, rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Qəliyev Fərid Tofiq oğlu yaşadığı evin yaxınlığında yerləşən meşəlik ərazidə özünü asaraq intihar edib. Qeyd edək ki, mərhum Vətən müharibəsinin iştirakçısı olub və yenicə ailə həyatı qurmuşdu. Yardımlı rayon Polis Şöbəsindən …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar