Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Ersin Tatar Türkiyə Prezidenti ilə telefonla danışdı

Şimali Kipr Türk cümhuriyyətinin Prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb. Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezidenti Ersin Tatarın və onun timsalında Kipr Türk xalqının Rəqaib qəndilini təbrik edib. Prezidentlər arasındakı telefon danışığında Kipr məsələsi ilə bağlı son durum, COVID-19 pandemiyası və peyvənd məsələsi müzakirə olunub.  Türkiyə Prezidenti Kipr Türk xalqının COVID-10 pandemiyası ilə mücadiləsində yalnız olmadığını, əllərindən gələn …

Read More »

Hulusi Akar: “PKK-ya böyük zərbə vurduq, panikadadırlar”

“PKK terror təşkilatının qaçacaq bir yeri qalmadığını onun qondarma rəhbərləri çox yaxşı başa düşüblər və bunların hinləri başlarına yıxıldı. Terror qruplaşmasının rəhbərliyində təmsil olunan 4 nəfər daxil olmaqla ümumilikdə 53 terrorçunu zərərsizləşdirmişik”. Boyukmillet.com  “TRT Haber”ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib. “PKK-nın qondarma rəhbərliyində ciddi panika və təlaş olduğu təşkilatın hərəkət qabiliyyətinin ciddi …

Read More »

Türkiyədə terrorçu PKK-nın bombaçısı tutulub

Türkiyənin Kocaeli əyalətinin Kandıra rayonunda terrorçu PKK-nın partlayıcı qurğular hazırlayan “Kemal Pir” kod adlı üzvü saxlanılıb. Boyukmillet.com  xəbər verir ki, məlumatı “TRT Haber” yayıb. Bildirilib ki, Kandıra rayonunda keçirilən əməliyyat nəticəsində onun qaçqınlara qarışaraq Türkiyədən qaçmağa hazırlaşdığı müəyyən edilib. O, terrorçu PKK qruplaşmasının İraqın Gara və Hakurk bölgələrindəki düşərgələrində fəaliyyət göstərirmiş. Məlumata görə, “Kemal Pir” 2008-ci ildə terrorçulara qoşulub. 32 …

Read More »

Müharibədə “Harop”lar və AN-2 təyyarələri düşmənə ciddi zərbələr vurdular – DSX

Fevral ayının 18-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­si­nin yara­dıl­masının 16-cı ildö­nümü münasibətilə tədbir keçiril­ib. Bu barədə  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Dövlət himninin səslənməsi ilə başlayan təntənəli tədbirdə Azərbay­can Prezi­den­ti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı İlham Əliyevin 18 fevral 2005-ci il­ tarixli sərəncamı əsa­sında Dövlət Sər­həd Xidmətinin Sahil Mühafizə­sinin yaradıl­ması ilə ölkəmizin dəniz sər­hədlərinin mühafizəsinin keyfiyyətcə yeni mərhələyə …

Read More »

Tələbəni təhqir etdiyi deyilən direktor: “O sözün mənasını indi öyrənirəm”

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralovanın tələbəni təhqir etməsi iddiası ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. Bununla bağlı açıqlama verən N.Qaralova indiyədək heç kimi təhqir etmədiyini bildirib: “Mən heç bir tələbəni təhqir etməmişəm və indiyə qədər heç bir kəsin ünvanına artıq ifadə işlətməmişəm. Çünki buna mənim tərbiyəm yol vermir. Çox təəssüf edirəm …

Read More »

“Şamtutan lazım deyil…” – Bakıda kollec direktoru tələbəni ədəbsiz sözlərlə təhqir etdi – VİDEO

Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova onlayn imtahan zamanı qrupun sinif nümayəndəsini nalayiq sözlərlə təhqir edib. Sosial şəbəkədə yayılan videoda imtahan zamanı müəllimlərlə bərabər imtahana daxil olan sinif nümayəndəsinə kollecin direktoru “mənə sinif nümayəndəsi tərəfindən nəzarətçi lazım deyil, ağzımda deyirəm, tələbələr çıxsın, bu, nə özbaşınalıqdır siz edirsiniz? Bizə burda sinif nümayəndəsi, “şamtutan” lazım deyil”, – deyə təhqir edib. Direktor hətta …

Read More »

Bakıda özünü 20-ci mərtəbədən atan gənc qız avtomobilin üzərinə düşüb

Bakının Xətai rayonunda intihar hadisəsi baş verib. Boyukmillet.com-un xəbərinə görə, 20 yaşlı S.Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. Qadın evin həyətində olan avtomobilin üzərinə düşüb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More »

Bizi eşidən olacaqmı???

“ARAZ” MTK, “ARAZ-T.İ.” MMC yoxsa “ƏCƏMİ” MMC ? Yəqin ki, Bakı şəh., Yasamal rayonu, H.Cavid pr. 46 ünvanda tikintisi artıq başa çatmış (8 bloklu binanın) 2 blokunun tikintisi üçün pul ödəyərək, 2005-ci ildən bəri mənzil şəraitini yaxşılaşdırmaq istəyən vətəndaşlara bu adlar tanışdır. Bina tikilən zaman asılan məlumat lövhələrində II giriş “ARAZ-T.İ.” MMC,    I giriş isə “ƏCƏMİ” MMC tərəfindən tikildiyi bildirildi. …

Read More »

Talış kəndində minaya düşən şəxs iki dəfə cərimələnib – Nazirlik

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəsüflər olsun ki, bəzi şəxslərin nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir.   Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, dünən Tərtər rayon sakini Bəxtiyar Mahmudov dumanlı hava şəraitindən istifadə edərək idarə etdiyi “Niva” markalı avtomobillə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd etmiş  və bu zaman …

Read More »