Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Daxili Qoşunların Kəlbəcər istiqamətində şəhid olan 24 yaşlı əsgəri

Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərdən biri də Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının əsgəri Bağırov Elnur Zeynal oğludur. Boyukmillet.com  xəbər verir ki, 24 yaşlı E.Bağırov ötən ilin noyabrın 2-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Qeyd edək ki, E.Bağırov 1996-cı ilin martın 6-da Cəlilabad rayonunun Privolnoye kəndində anadan olub. Allah rəhmət eləsin!

Read More »

Bakıda betonqarışdıran maşınla işləyən fəhlə faciəvi şəkildə öldü

Fevralın 4-də saat 14 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində fəhlənin təmir-tikinti işləri apararkən xəsarət alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə  Xəzər Rayon Rrokurorluğundan məlumat verilib. Aparılan ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Vahid Vəliyev qeyd edilən ərazidə fəhlə işlədiyi fərdi yaşayış evinin təmiri zamanı betonqarışdıran maşının pompasının başına dəyməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla …

Read More »

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 51 m2 olan mənzildə 1 ədəd divan və yataq dəsti yanıb, yüksək temperaturdan otağın divarları 12 m² sahədə qarsalanıb. Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə …

Read More »

Alimlər koronavirusa təkrar yoluxma səbəblərini açıqlayıblar

Koronavirusa təkrar yoluxma yalnız orqanizmdə qalmış patogenin reaksiyası deyil, həm də zəifləmiş immunitet fonunda yeni yoluxma ilə bağlı ola bilər. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bu qənaətə Yelsk Universitetinin Tibbi məktəbinin alimləri gəliblər. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzi hesab edir ki, ilkin yoluxmadan sonra 90 gün ərzində koronavirus testinin müsbət nəticəsi çox güman ki, təkrar yoluxmanı …

Read More »

Rusiyadan qovulan ermənilər aeroportda gecələyirlər

“Hələlik yeni xəbər yoxdur, bizim məsələlərimiz aydınlaşana qədər aeroportda qalacağıq”. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyadan Ermənistana deportasiya edilmiş ermənilərdən biri “Zvartnos” aeroportunda bildirib. “Biz pulumuzu xərclədik və işlərimizin dalınca getmək istəyirik. Aeroportdan heç bir cavab yoxdur”, – o əlavə edib. Aeroportda gecələyən digər erməni qeyd edib ki, onları gözləməyə çağırırlar. “Nə vaxta qədər gözləmək olar? …

Read More »

NATO rəhbəri Türkiyəni dəyərli müttəfiq adlandırıb

Yunanıstan və Türkiyə NATO-nun dəyərli müttəfiqləridir və alyansın rolu iki ölkə arasındakı fikir ayrılıqlarının aradan qaldırılması üçün platforma təşkil etməkdir. Boyukmillet.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq İngiltərənin “Chatham House” analitik mərkəzinin təşkil etdiyi onlayn seminarda söyləyib. Alyans başçısının sözlərinə görə, rəsmi Ankara və Afina arasında fikir ayrılıqlarının öhdəsindən “dürüst müzakirələrin” köməyi ilə gəlmək olar. “Biz məhz …

Read More »

QHT sədrindən övladı ilə bağlı çox təsirli və motivasiya dolu təbrik

“İlk dəfə həkim mənə deyəndə ki, “Sizin övladınız eşitmə məhdudiyyətlidir” 20 yaşlı gənc ana idim. Bir gənc valideyin kimi bunu eşitmək nə dərəcədə ağır olduğunu analar oxuyanda daha yaxşı anlarlar. Bəli, çox çox ağır oldu. Çünki öz həyat yolumda məhdudiyyətli olmaqla keçıb. Nərgizə görə güclü olmalıyam deyib ayağa qalxdım. Tək eşitmə məhdudiyyəti olan Nərgizin anası yox, bütün eşitmə məhdudiyyəti olan …

Read More »

“Əsgərimizə kömək olmağı özünün vicdani və milli borcu bildik” – Tural Zeynalov

Döyüş əməliyyatları gedən zaman və bitdikdən sonra orduya dəstək işində ön sıralarda olanlardan biri də “Şəmkir Xeyriyyəçilər Birliyi” olub. Birliyin qurucularından və əsas fəallarından biri də Tural Zeynalovdur. Döyüş əməliyyatları gedən müxtəlif cəbhələrə dəstək işində onun böyük xidmətləri olub. Tural Zeynalov Bizimyol.info-ya bildirib ki, gecə-gündüz demədən əsgərimizə kömək olmağı özünün vicdani və milli borcu bilib. “Şəmkir Xeyriyyəçilər Birliyi”ni biz bir …

Read More »

Prezident Altay Həsənovu təltif etdi

Prezident İlham Əliyev Altay Tofik oğlu Həsənovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, o, Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilib. Qeyd edək ki, o, Birinci vitse-prezidentin Katibliyinin rəisidir. Bu gün A.Həsənovun 60 yaşı tamam olur.

Read More »

“Naxçıvanın Neolit mədəniyyəti” adlı monoqrafiya nəşr olunub

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın “Naxçıvanın Neolit mədəniyyəti” adlı monoqrafiyası işıq üzü görüb.Akademiyanın Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən nəşr olunan monoqrafiyada ilk dəfə olaraq Naxçıvan ərazisində Neolit mədəniyyətinin özünəməxsus xüsusiyyətləri və mənşəyi …

Read More »