Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri işdən çıxarılıb. Boyukmillet.com-un məlumatına görə, bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova müvafiq əmr imzalayıb. Əmrə əsasən, İlqar Fərzəliyev vəzifəsindən azad edilərək təqaüdə göndərilib. S.Qafarovanın digər əmri ilə isə Fərid Famil oğlu Hacıyev həmin şöbəyə müdir təyin edilib.
Read More »Ermənistan vətəndaşlarının Rusiyaya səfərinə maneə yaranıb
Ermənistan vətəndaşlarının Rusiyaya səfər etməsində problem yaranıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb. Bildirilib ki, Rusiyaya səfər etmək istəyən Ermənistan vətəndaşları koronavirusla bağlı testdən keçməlidir. Testin cavabı mənfi olanlar Rusiyaya gedə bilər. Ermənistan vətəndaşları yalnız rusiyalılardan test götürmək icazəsi olan təşkilata qan analizi veriblər. Ona görə də onların testi etibarsız sayılıb. Bu isə Yerevan hava limanında gərginliyə səbəb olub. …
Read More »Elçin Əfəndiyevin qızı Konstitusiya Məhkəməsinə hakim təyin olundu – FOTO
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Konstitusiya Məhkəməsinə yeni hakimin təyin olunması məsələsinə baxılıb. Boyukmillet.com xəbər verir ki, Humay Elçin qızı Əfəndiyevanın Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb. Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib. Qeyd edək ki, Humay Əfəndiyeva Baş nazirin keçmiş müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır. (modern.az)
Read More »Daxili Qoşunların kapitanının intiharı ilə bağlı cinayət işi başlanıldı
Bu il yanvarın 30-da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin hərbi qulluqçusu, kapitan Məmmədov Alim Nazim oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Sumqayıt hərbi prokurorluğuna məlumat daxil olub. Hərbi Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Sumqayıt hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər …
Read More »“Dağlıq Qarabağın statusunu indi müzakirə etmək olmaz” – Rusiyanın eks-prezidenti
Rusiya Təhlükəsizlik Şurasının Baş katibinin müavini Dmitri Medvedev Qarabağdan danışıb. Boyukmillet.com xəbər verir ki, o, Dağlıq Qarabağın statusunun gələcəkdə həll olunacağını söyləyib. “Dağlıq Qarabağın status məsələdi yaxın vaxtlarda həll oluna bilməz və indi bunu müzakirə etmək olmaz”-deyə Medvedev söyləyib. Eks-prezident Türkiyənin Qarabağ münaqişəsinin həllində önəmli rola malik olmasını da etiraf edib. “Türkiyə bizim vacib partnyorumuzdur, Azərbaycana yaxındır və bu faktları …
Read More »Şamaxı sakinindən qanunsuz silah-sursat götürülüb
Şamaxı rayonunda qanunsuz silah-sursat saxlanmasına qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyatı Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında keçiriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində Qızmeydan kənd sakini S.Sədullayevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 19 ədəd patron aşkar edilərək götürülüb.
Read More »Sabir Rüstəmxanlı Tarif Şurasını parlamentə dəvət etdi
“Xaricdə yaşayan azərbaycanlıların sənəd alması çox vacibdir. Pasportlar haqqında əsasnamə 1994-cu ildə qəbul olunub. Əsasnamə əvvəlki qaydada qalıb. Halbuki indi pasportlar Miqrasiya Xidməti və DİN tərəfindən verilir. Xahiş edirəm bu məsələni gündəliyə salaq”. Boyukmillet.com xəbər verir ki, bunu parlametin iclasında deputat Sabir Rüstəmxanlı deyib. Sabir Rüstəmxanlı suyun qiymətinin qalxmasına da toxunub: “Hesab edirəm ki, əhalini narazı salan məsələləri aradan qaldırmalıyıq. …
Read More »Azərbaycanda suyun qiymətinin artırılmasının səbəbləri AÇIQLANDI
“İstifadə müddəti keçmiş iri infrastruktur layihələrinin təmirinə çox az vəsait sərf edirik”. Boyukmillet.com oxu.az-a istinadla bildirir ki, bunu “Azərsu” ASC-nin İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin rəisi Elçin Camalov deyib. O bildirib ki, “Azərsu” ASC-nin istehlak xərclərinin 3-5 faizi təmir xərclərinə sərf olunur: “Bu isə iri infrastruktur layihələrinin uzunmüddətli dövrdə istismar müddətini dəfələrlə başa vurmasına gətirib çıxarır. Bu məqsədlə də tariflərin artırılması …
Read More »Füzulidə aeroportun tikintisi bu tarixdə yekunlaşacaq
Füzulidə inşa olunan aeroportun tikinti işləri növbəti ilin aprel may aylarında yekunlaşacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında tikinti baş podratçısı AZVİRT şirkətinin baş mühəndisi Cəfərağa Şiriyev deyib. Onun sözləri görə, hazırda ərazidə minalardan təmizləmə işləri getdiyi üçün, tikinti prosesini sürəti aşağıdır. “Bu ilin yaz aylarında tikinti prosesi sürətləndiriləcək və 24 saatlıq qrafiklə çalışacağıq”.
Read More »Deputat: “Təcili olaraq Tarif Şurasını ləğv etməliyik”
“Azərbaycanın başının üstündə bir kabus əmələ gəlib, o da Tarif Şurasıdır. Heç kim bilmir ki, orada kimlər var”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında deyib. “Bir də gördün qiyməti qaldırdılar. Heç kim də camaatın qabağına çıxmır. Bütün işlər qalıb deputatın üstündə. Tarif Şurası hansı hüquqla insanların rifahının yaxşılaşdırılmasını pozur? Mənə elə gəlir …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar