Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb

Milli Məclisin 2021-ci il yaz sessiyasının ilk plenar iclası başlayıb. Boyukmillet.com-un xəbərinə görə, spiker Sahibə Qafarova toplantını açıq elan edib. Sonra Azərbaycanın dövlət himni səsləndirilib. İclasın gündəliyinə 19 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında. 2. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında. 3. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının …

Read More »

Ötən il xaricdə dünyasını dəyişən 14 azərbaycanlının nəşi vətənə gətirilib

Müxtəlif səbəblərdən xarici ölkələrdə dünyasını dəyişən soydaşlarımızın nəşinin Azərbaycana gətirilməsinə Diasporla İş üzrə Dövlət Komitəsi hər zaman həssaslıqla yanaşır. Bu barədə  Dövlət Komitəsindən məlumat verilib. Məlumatda bildirilib ki, 2020-ci ildə xaricdə yaşayan bir neçə azərbaycanlının ölüm xəbəri gəlib. İstər diaspor təşkilatlarından, istərsə də vəfat edən şəxslərin ailə üzvlərindən əzizlərinin, yaxınlarının nəşinin vətənə gətirilməsi ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinə …

Read More »

Sədərək Ticarət Mərkəzində faciəvi hadisə baş verib: 1 ölü, 1 yaralı

Yanvarın 31-də saat 10 radələrində Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində (TM) fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub. Qaradağ Rayon Prokurorluğundan  daxil olan məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Sədərək TM-də üçmərtəbəli mağazada tikinti materiallarını yuxarı qaldıran zaman liftin trosunun qırılaraq səbətin yerə çırpılması nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Elsəvər …

Read More »

Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı

Xocavənd rayonunun Hadrut qəsəbəsində Füzuli Poçt Filialının Müştəri Xidmətləri Şöbəsinin Poçt Agentliyi fəaliyyətə başlayıb. Bu barədə  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlik tərəfindən işğaldan azad olunmuş bütün bölgələr üzrə telekommunikasiya infrastrukturunun bərpası istiqamətində hazırda şərait olan ərazilərdə müvafiq xidmətlər təşkil olunur, rabitə infrastrukturu qurulur, xidmətlər göstərilir. Minalardan təmizlənən ərazilərdə tələbata uyğun poçt xidmətləri qurulub. Hazırda …

Read More »

Rasim Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib

Səbail Rayon Məhkəməsində “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb. Boyukmillet.com xəbər verir ki, təqdimat təmin edilib və Rasim Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, R.Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla …

Read More »

Çindən Azərbaycana bu ilin ilk blok qatarı hərəkət etməyə başlayıb

Çin-Azərbaycan istiqamətində 2021-ci ilin ilk konteyner blok qatarı Çindən yola düşüb. Bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dən bildirilib. Məlumatda deyilir ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq qlobal təchizat zənciringöndə yaranmış çətinliklərə, o cümlədən konteyner çatışmazlığına baxmayaraq, “ADY Konteyner” Çinin Çinqdao şəhərindən Bakı istiqamətində 50 konteynerdən ibarət blok qatarın yola salınmasına müvəffəq olub. 40 futluq …

Read More »

Azərbaycanda yaşı 65-dən çox olanların vaksinasiyasına başlanılır

Bu gündən Azərbaycanda yaşı 65-dən çox olan şəxslərin koronavirusa qarşı peyvənd olunmasına başlanılır. Boyukmillet.com xəbər verir ki, peyvənd olunacaq 65 yaşdan yuxarı şəxslər risk qrupuna aid hesab edilir. Qeyd edək ki, Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə vaksinasiyaya yanvarın 18-dən başlanılıb. İlk növbədə tibb işçiləri vaksinasiyaya cəlb olunub. Səhiyyə işçiləri ilə yanaşı, yaşı 65-dən çox olan şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik …

Read More »

Qarabağda Rusiya sülhməramlıları üçün modul şəhərcik inşa edildi

Rusiya Müdafiə Nazirliyinin maddi-texniki mütəxəssisləri sülhməramlıları Qarabağda yerləşdirmək üçün yeni modul bloklu şəhərcik salıblar. Bu barədə Boyukmillet.com Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir. Nazirliyin məlumatına görə, bu, sayca dördüncü şəhərcikdir və 60 yer üçün nəzərdə tutulub. “Modul qəsəbələrin tikintisi şəxsi heyət üçün rahat həyat və məişət şəraiti yaratmağa və səhra yemək məntəqələrindən, hamam, çamaşır yerlərindən, səhra anbarlarından imtina etməyə imkan verir”, – …

Read More »

Kolumbiyada 2 qayığın qəzası zamanı 12 nəfər həlak olub, onlarla itkin var

Kolumbiyanın qərbində iki qayığın qəzaya uğraması nəticəsində azı 12 insan həlak olub. Boyukmillet.com-un məlumatına görə, bu barədə “El Tiempo” qəzeti bildirib. Qəzetin məlumatına görə, hadisə Tumako (Narino qərb departamenti) bələdiyyəsi yaxınlığında olub. Həlak olanlar arasında həddi-buluğa çatmayan yeddi nəfər də var. Hadisə zamanı 30 sərnişin xilas edilib. Xilasedicilərin ehtimalına görə, qəza nəticəsində təxminən 30 nəfər itkin düşüb. Hakimiyyət orqanları hadisənin araşdırılmasına başlayıb.

Read More »

Bu gündən Azərbaycanda məktəblərin fəaliyyəti bərpa edilir

Bu gündən Azərbaycanda bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili bərpa olunur. Boyukmillet.com xəbər verir ki, fevralın 1-dən əyani tədris Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər rayon və şəhərlərdə isə 4-5 dəfə keçiriləcək, qalan günlər şagirdlər distant formada tədrisi davam etdirəcəklər. Şagirdlər məktəbə daxil olarkən onların temperaturu yoxlanılacaq və səhhətlərində hər hansı narahatlıq olacağı təqdirdə …

Read More »