“Gözlənildiyi kimi suyun qiyməti artırıldı. Artım bu dəfə 100% oldu. Yəni suyun qiyməti 2 dəfə bahalaşdı. Bundan sonra suyun hər kubmetri üçün kanalizasiya ilə birlikdə “Azərsu”ya 1 manat ödəyəcəyik. Ailə üzvlərinin sayı 5 nəfər olan, ancaq sayğacı olmayan abunəçilər isə ayda hökumətə 25 manat ödəməli olacaqlar. Şübhəsiz ki, yanacağın ardınca içməli suyun bahalaşması əhalinin xərclərini daha da artıracaq. Onların onsuz …
Read More »Sabir Rüstəmxanlı: “Qarabağın ağrıları-acıları, Xocalı unudulmadı və addım-addım bütün dünyaya yayıldı”
Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində əldə etdiyi zəfər milli-vətənpərvərlik ruhuna, qələbə əzmi ilə yazılan şeirlərə, musiqilərə də can verdi. İsbat olundu ki, millətin sənəti, mədəniyyətinin ahəngliyi, siyasəti, birliyi mübarizliyindən ruh alaraq daha çox sevilir. Tarixin müəyyən dönəmlərində bu millətə qarşı qurulan xarici pusqular, rus hərbinin, zindan maşınlarının törətdiyi qırğınlar, repressiyalar onun azadlıq səsini boğa bilmədi. Fiziki olaraq qolları zəncirlənsə …
Read More »Bu sayğaclarda yeni su tarifi necə hesablanacaq?
Fevralın 1-dən içməli suyun bahalaşması barədə Tarif Şurasının qərarı smart-kart olmayan sayğaclarda günlük orta sərfiyyat hesablanmaqla tətbiq ediləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı sosial şəbəkə üzərindən sualları cavablandırarkən qeyd edib. O bildirib ki, əgər su sayğacına ilk baxış, məsələn, 10 yanvarda olubsa, növbəti baxış 10 fevralda həyata keçiriləcək: “Sərfiyyat, tutaq ki, 24 …
Read More »Xüsusi təyinatlı zabit hərbi hissədə intihar etdi – FOTO
Daxili İşlər Nazirliyinin Daxili Qoşunların zabiti xidmət etdiyi hərbi hissədə intihar edib. Boyukmillet.com “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Daxil Qoşunlarda xüsusi təyinatlı dəstələrdən birinin komandiri, 1989-cu il təvəllüdlü kapitan Məmmədov Alim Nazim oğlu yanvarın 30-da Quba rayonunda ürəyindən tapança ilə atəş açaraq özünü öldürüb.Məlumata görə, A.Məmmədov evli olsa da, 10 ilə yaxındır ki, övladı olmurmuş. Yanvarın 28-də ilk övladı dünyaya …
Read More »Tarif Şurası iclas keçirdi: Azərbaycanda suyun qiyməti ikiqat bahalaşdı – QƏRAR
Yanvarın 31-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.Belə ki, iclasda “Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin …
Read More »İtkin düşdüyü bildirilən daha bir hərbçimiz şəhid olub
Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü Tural Saləddin oğlu İsayevin Vətən müharibəsində şəhid olduğu müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, şəhid bu gün anadan olduğu Siyəzən rayonu, Yenikənd kəndinə gətiriləcək və dəfn ediləcək. Tural ailənin yeganə oğlan övladı olub. Allah rəhmət eləsin!
Read More »XİN-dən Azərbaycanın ABŞ-dakı səfirinin ermənilər tərəfindən təhdidinə münasibət
“Təəssüflə qeyd etmək istərdik ki, ilk dəfə deyil ki, erməni radikal ünsürlərinin Azərbaycanlı diplomatlara, eləcə də bu ölkələrdəki Azərbaycanlı icmaların üzvlərinə qarşı yönələn nifrətə əsaslanan cinayət əməlləri ilə üzləşirik. Ötən ilin iyul ayında xarici ölkələrdə, o cümlədən ABŞ-da dinc azərbaycanlı nümayişçilərə, eləcə də diplomatik nümayəndəliklərimizə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərin həyata keçirildiyini xatırlatmaq istərdim”. Boyukmillet.com xəbər …
Read More »Yunanıstandan çıxarılan 48 miqrant Türkiyə sahillərində xilas edilib
Türkiyənin İzmir şəhər sahillərində Yunanıstanın dəniz zonasının hüdudlarından zorla çıxarılmış onlarla miqrant xilas olunub. Bu barədə Boyukmillet “Anadolu” agentliyinə istinadən xəbər verir. Qeyd edilir ki, Türkiyənin Sahil Mühafizəsi Xidməti İzmirin qərb əyalətindəki Çeşmə kurort rayonu sahillərində 19 miqrantı xilas edib. Daha 29 miqrant İzmirdəki Dikili rayonu sahillərində xilas olunub. Türkiyənin sahil mühafizəsinin əməkdaşları ümumilikdə 48 miqrantı xilas edirək sahilə çatdırıblar. Əcnəbilər İzmir …
Read More »Yəməndə partlayış zamanı onlarla insan xəsarət alıb, ölənlər var
Yəmənin cənub-qərbindəki Əl-Bayda əyalətində məişət qazı balonlarının doldurulması stansiyasında partlayış nəticəsində iki nəfər həlak olub, onlarla insan zərər çəkib. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarındakı mənbəyə istinadən “RİA Novosti” agentliyi bildirib. Qeyd edilir ki, maye qaz tankerinin olduğu qazdoldurma stansiyasında yanğın başlayıb, nəticədə partlayış baş verib. Partlayış zamanı iki nəfər həlak olub, daha qırx səkkiz nəfər yaralanıb. …
Read More »Gəncənin Kəpəz rayonunda əl qumbaraları aşkarlandı
Yanvarın 29-30-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Gəncə şəhərinin Kəpəz rayonu və Gülüstan qəsəbəsi ərazisində əl qumbaralarının tapılması barədə məlumat daxil olub. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupları, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Gəncə şəhər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar