Rusiya Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşı Fransanın Sərhəd Xidməti tərəfindən saxlanılıb, onun kompüteri və telefonu müsadirə edilib. Boyukmillet.com Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, bununla yanaşı, Fransa tərəfindən əməkdaşa vaxtında viza verilməyib. Moskva Parisdən izahat tələb edib, Fransa səfiri Rusiya XİN-ə çağırılıb.
Read More »Yardımlıda məktəbliyə qarşı cinsi zorakılıq faktı ilə bağlı 4 nəfər həbs edilib, anasına cinayət işi açılıb
Yardımlıda məktəbliyə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən dörd nəfər həbs edilib. Həmçinin azyaşlının anasına CM-nin 171-ci maddəsi ilə cinayət …
Read More »İlham Əliyev: Trampın prezident seçilməsi Ermənistanı ciddi şəkildə məyus etdi
Onlar (Ermənistan – red.) ümid edirdilər ki, ABŞ-da seçkilərdən sonra demokratların hakimiyyəti davam edəcək. Ancaq Trampın prezident seçilməsi onları ciddi şəkildə məyus etdi. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, buna baxmayaraq, Ermənistanın siyasi istebleşmenti Azərbaycan mövzusunda olduqca səfərbər vəziyyətdədir. Sadəcə …
Read More »Sabah Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq, güclü külək əsəcək
Bakıda və Abşeron yarımadasında aprelin 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 756 mm …
Read More »Kənd Təsərrüfatı Nazirliyinin həbsdə olan sabiq vəzifəli şəxsinə bir əmələ görə bəraət verilib
Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham olunan Kənd Təsərrüfatı Nazirliyinin “Aqroservis” ASC-nin Cəlilabad regional nümayəndəliyinin Lənkəran-Lerik-Astara rayon bölməsinin rəhbəri olmuş Rzayev Rahim Fəxrəddin oğluna ittiham olunduğu bir maddə üzrə bəraət verilib. Boyukmillet.com -un əldə etdiyi məlumata görə, bu barədə qərar Lənkəran Ağır Cinayətlər Məhkəməsində verilib. Qərara əsasən, ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) …
Read More »Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu il komissiyanın dörd iclası baş tutub və 500-ə yaxın müraciətə baxılıb. Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.
Read More »Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub
Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub”, – məlumatda qeyd olunub. Bildirilib ki, ordunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Read More »FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 9-dan başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin dəyişərək qeyri-sabit və fasilələrlə yağıntılı olacağı, yağışın ayrı-ayrı yerlərdə intensivləşəcəyi və dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları …
Read More »İntensiv yağış yağacaq, güclü külək əsəcək, temperatur 5-10 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ
Aprelin 9-dan 12-si gündüzədək ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 10-u səhərdən 11-i səhərədək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləcəyi, şimşək …
Read More »Türkiyə ordusu terrorçulara aid mağara və silah-sursat aşkarlayıb
Türkiyə ordusu “Pəncə-Kilit” əməliyyatı bölgəsində terrorçulara aid mağara aşkarlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial media hesabında paylaşım edilib. Mağarada xeyli sayda silah-sursat və məişət əşyaları ələ keçirilib. Belə ki, 7 ədəd “AK-47” avtomatı və 34 daraq, 1 ədəd 7,62 mm “PKMS” pulemyotu, 1 ədəd “M16” avtomatı, 1 ədəd “RPG-7” silahı, həmçinin 600 ədəd 7,62 …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar