Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır

20 yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanında hazırlıq işləri aparılır. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları budanıb, qazon örtüyü yenilənib, yeni güllər əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub. Bu barədə  BŞİH-in Mətbuat Xidmətindən məlumat verilib. Xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi …

Read More »

Alimlər koronavirusun ilk dəfə yayıldığı Uhana getdilər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri cümə axşamı Çinin mərkəzi Xubey əyalətinin inzibati mərkəzi olan Uhana gediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə CGTN telekanalının tvitter sosial şəbəkəsində səhifəsində yerləşdirilmiş xəbərdə bildirilir. “Ümumdünya Səhiyyə Təşkilatının ekspertlər qrupu koronavirusun yaranması səbəblərinin müəyyənləşdirilməsi Mərkəzi Çinin Uhan şəhərinə gəldi. Mütəxəssislər işə başlamazdan əvvəl karantinə yerləşdiriləcək”, – xəbərdə bildirilir. Daha əvvəl bildirilirdi ki, Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatının …

Read More »

“Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı monoqrafiyanın təqdimatı olub

AMEA Naxçıvan Bölməsində akademik İsmayıl Hacıyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində rus dilində işıq üzü görən “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” (“Нахчыван в истории государственности Азербайджана”) adlı monoqrafiyasının təqdimatı olub.AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən bölmənin “Elm və təhsil” şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov Naxçıvanşünaslıqla bağlı işıq üzü görən elmi əsərlərin …

Read More »

Azərbaycan, Pakistan və Türkiyə XİN başçıları bəyannamə imzalayıb

Yanvarın 13-də İslamabadda Pakistan İslam Respublikasının xarici işlər naziri Mahdum Şah Mahmud Qureşinin dəvəti və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin üçtərəfli dialoqunun ikinci görüşü keçirilib. Boyukmillet.com-un məlumatına görə, görüşün nəticəsi olaraq İslamabad bəyannaməsi imzalanıb. Sənəddə deyilir: “Nazirlər, Üç ölkə arasında mövcud olan qardaşlıq, …

Read More »

Türkiyədə Çin vaksininin tətbiqinə icazə verilib

Türkiyədə Çinin “Sinovac” şirkətinin istehsalı olan “CoronaVac” vaksininin tətbiqinə icazə verilib. Boyukmillet.com NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Çindən gətirilən peyvənd 14 gün laborator şəraitdə incələnib və kifayət qədər etibarlıdır. F.Koca bildirib ki, sabahdan etibarən bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılacaq.

Read More »

Samir Adıgözəlli: “Burada Ermənistanın Mehri dəhlizi vasitəsilə Naxçıvana dəhlizin açılması da nəzərdə tutulur”

Ötən ilin noyabrında imzalanan atəşkəs haqqında bəyanatın 63-cü günündə Moskvada üçtərəfli görüş keçirildi. Tədbirin təşəbbüsçüsü Rusiya prezidenti Vladimir Putin idi. Toplantının sonunda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Görüşdə imzalanan sənədin 2-ci maddəsində bildirilib: “İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu …

Read More »

Jurnalistin statusu anlayışına aydınlıq gətirilməlidir – Əhməd İsmayılov

“Jurnalist” və “jurnalistin statusu” anlayışına huquqi bazada aydınlıq gətirilməlidir. Bu məsələyə aydınlığın gətirilməsi bizə tam imkan verəcək ki, media subyektləri və jurnalistlərlərlə bağlı iqtisadi, texniki və metodiki dəstək layihələrini həyata keçirək. Boyukmillet.com-un məlumatına görə, bunu yeni yaradılan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib. Onun sözlərinə görə, jurnalist və media subyekti blokunun bir-birindən ayrılmasına ehtiyac var. Ə.İsmayılov əlavə edib …

Read More »

Türkiyə XİN: “Pakistanla hərbi əməkdaşlığı gücləndirəcəyik”

“Pakistanın xarici işlər naziri Şah Mahmud Hüseyn Qureyşi ilə Maarif Vəqfinin fəaliyyəti haqda memorandum anlaşmasını imzaladıq”. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter”də bildirib. Türkiyəli nazir qeyd edib ki, ölkələr arasında əlaqələri gücləndirəcək 71 maddəlik yol xəritəsi də müzakirə edilib. “Ticarətimizi gerçək potensialına çatdıracağıq. Müdafiə sənayesi sahəsində əməkdaşlığımızı inkişaf etdirəcəyik”, – deyə Türkiyə XİN başçısı vurğulayıb. Qeyd edək ki, …

Read More »

Əli Həsənovun ailəsinə məxsus 6 şirkət ləğv olunur

Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər, eləcə də “Kaspi Co” MTK ləğv olunduğunu elan edib. Boyukmillet.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail …

Read More »

“E-manat” və “MilliÖn”dən külli miqdarda pul oğurlanıb

Balakəndə dekabrın 2-dən yanvar ayının 10-dək olan müddət ərzində şəhər ərazisində yerləşən ümumilikdə 13 obyektdən oğurluq və ya oğurluğa cəhdin olunması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.Bu barədə  DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.Bildirilib ki, daxil olmuş müraciətlər əsasında əməliyyat-istintaq qrupu tərəfindən dərhal hadisə yerlərinə baxış keçirilib. Polislər tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməllərinin rayonun Qazma …

Read More »