Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Hulusi Akar: “Azərbaycanlı qardaşlarımızın haqlı davalarında sonunadək yanlarında olacağıq”

“Şanlı ordumuz yeddi iqlim, üç qitəyə sülh, əmin-amanlıq və ədalət aparan əcdadlarımızdan aldığı feyz ilə dost, qardaş, məzlum və məğdur ölkələrin əmin-amanlığı və təhlükəsizliyi üçün də mübarizə aparır; BMT, NATO, ATƏT və ikitərəfli razılaşmalar çərçivəsində Azərbaycanda, Liviyada, Kosovoda, Əfqanıstanda, Bosniya və Herseqovinada, Qətərdə, Somalidə, Sudanda və bir çox yerdə sülhə töhfə vermək üçün böyük səylə çalışır”. Boyukmillet.com xəbər verir ki, …

Read More »

Cəlilabadlı Paşa ləqəbli hərbçinin qayıdışı

Düşməni heybətli cüssəsi ilə vahiməyə salan Paşa ləqəbli qəhrəman Allahşükür Qasımov bu gün qalib əsgər kimi doğma yurdu Cəlilabadda böyük sevgi ilə qarşılanıb. Boyukmillet.com xəbər verir ki, igid hərbçinin sağ-salamat qayıtması rayon sakinlərinin sevincinə səbəb olub. Uşaqdan böyüyə hamı rayon mərkəzinə Paşanı qarşılamağa çıxıb. Müzəffər əsgərin atası Simran Qasımov oğlunun üzünü ağ etməsi ilə fəxr duyduğunu bildirib: “Düşməinin qarşısında igid kimi döyüşərək torpaqlarımızın azad …

Read More »

Erməni təcavüzündən ziyan çəkən şəxslərə maddi yardım göstərilməsinə başlanılıb

Sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 06 noyabr 2020-ci il və 14 dekabr 2020-ci il tarixli Sərəncamlarının icrası prosesi yeni mərhələyə daxil olub. Bu barədə  Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, …

Read More »

Çin İranla bağlı ABŞ-a müraciət edib

ABŞ təcili olaraq İranın nüvə proqramı üzrə Əhatəli Razılaşma Planına qayıtmalı və İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmalıdır. Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu dekabrın 5-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunin bildirib. Onun sözlərinə görə, İranın nüvə problemi ətrafında çox mürəkkəb və həssas şərait yaranıb. Qeyd edək ki, İran dekabrın 4-də uranı 20 faizədək …

Read More »

Bakıda həbsdə olan oğluna narkotik aparan ana saxlanıldı

Penitensiar Xidmətin əməliyyat aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasına narkotik maddələrin keçirilməsi cəhdlərinin qarşısı alıblar. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 66.3-cü maddələrinə əsasən təqsirli bilinərək 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan məhkum Cavadov Miryusif Sabir oğlu ilə qısamüddətli görüşə gəlmiş anası Bakı şəhər sakini Paşayeva Ofelya …

Read More »

Türkiyənin Çindən aldığı vaksin sınaqdan keçirilir

Türkiyənin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Çindən aldığı “Sinovac” vaksinləri Səhiyyə Nazirliyinin laboratoriyalarında yoxlamadan keçirilir. Prosesin yanvarın 14-də başa çatacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, ölkəyə gətirilən vaksinlərin yoxlanması başa çatan kimi kütləvi peyvəndləmə ilə bağlı qərar veriləcək. Hələlik yoxlamadan keçirilən “Sinovac” vaksinləri ilə bağlı mənfi fikir bildirilməyib. Qeyd edək ki, Çinin “Sinovac” vaksini Türkiyədə klinik sınaqlardan uğurla çıxıb. …

Read More »

Bir gecədə üç ev yanıb

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları 60 m² sahədə yanıb. Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Yüksək temperaturdan lambirindən ibarət tavan 8 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Bundan başqa, Beyləqan rayonunun İmamverdili kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar …

Read More »

Bakıda itkin düşən 12 yaşlı qız axtarılır

Bakıda 12 yaşlı qız itkin düşüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, paytaxtın Nizami rayonu ərazisində yaşayan 12 yaşlı Ləman Şahbazova 2021-ci ilin yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq geri qayıtmayıb. Evdən çıxarkən əynində göy cins şalvar, qara rəngli idman ayaqqabısı və çəhrayı gödəkçə olub. “Şəkildə gördüyünüz qızı …

Read More »

Tibb işçilərinin əmək haqlarına dekabr ayı üzrə əlavələr ödənilib

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dekabr ayı üçün tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib. Bu barədə  Səhiyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, nazirliyin tabeliyində olan tibb müəssisələri üzrə 1 650 tibb işçisinə 1,5 mln manat məbləğində müddətli əlavə ödənilib. Həmin …

Read More »

Deputat: “Qiymət artımı zamanı vətəndaşların mənafeyi nəzərə alınıb”

“Dünya enerji bazarında müşahidə edilən qiymət artımı enerji daşıyıcılarının qiymətinin yenidən tənzimlənməsi məsələsini aktuallaşdırıb. Hazırda qlobal tendensiya ondan ibarətdir ki, benzin və dizel yanacağının parakəndə qiymətlərində demək olar ki, dünyanın hər yerində qiymət artımı müşahdə edilir. Bunun obyektiv səbəbləri var və təcrübə göstərir ki, vaxtında bu cür qərarların qəbul edilməsi sonrakı mərhələdə müvafiq sektorda yarana biləcək mümkün risklərin qarşısını alır”. …

Read More »