Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Bakıda yaşayan Naxçıvan sakinlərinə şəxsiyyət vəsiqəsinin verilməsi vaxtı dəyişdirilib

Naxçıvanda daimi qeydiyyatda olan sakinlərə şəxsiyyət vəsiqələrinin verilməsinə Bakı-Naxçıvan-Bakı təyyarə reyslərinin bərpasından sonra başlanılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov məlumat verib. O bildirib ki, bir neçə gündür Naxçıvanda davam edən əlverişsiz hava şəraitinə görə təxirə salınmış Bakı-Naxçıvan-Bakı təyyarə reysləri bərpa edildikdən dərhal sonra Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində …

Read More »

​​​​​​​Rusiya vətəndaşları 2021-ci ildə əsasən nədən qorxurlar?

Rusiya vətəndaşlarının 1/9-i 2021-ci ilin 2020-ci ildən pis keçəcəyindən qorxur. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu, “SuperJob” onlayn iş axtarışı xidmətinin araşdırması nəticəsində məlum olub. Araşdırma 18 yaş qrupundan yuxarı 1,6 min iqtisadi cəhətdən fəal vətəndaş arasında Rusiyanın bütün dairələrinin 351 yaşayış məntəqəsində aparılan rəy sorğusu əsasında hazırlanıb. Sorğu 2020-ci il dekabrın 23-dən 27-dək keçirilib. “Rəyi soruşulan rusiyalının 11 faizi …

Read More »

Lənkəranda avtomobilin vurduğu qadın xəstəxanada ölüb

Lənkəranda yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 4-ü saat 18 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Şağlaser kənd sakini Y.Bağırov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Zemfira Kərimovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Read More »

Azərbaycanda koronavirusa qarşı peyvəndləmədən imtina edəcək şəxslərə xəbərdarlıq olunub

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirusa qarşı peyvəndlənmə barədə sualları cavablandırıb. Boyukmillet.com həmin müsahibəni təqdim edir: – Adətən peyvəndlərin tətbiqi necə həyata keçirilir? – Vaksinasiya prosesi mərhələlərlə həyata keçirilir. Ayrı-ayrı mərhələdə peyvənd olunan insanlar qrupunu hər bir ölkə özü müəyyənləşdirir. Əksər ölkələrdə birinci mərhələdə əhalinin risk qruplarına aid edilən daha həssas hissəsi bu prosesə cəlb olunurlar. Bu əhali qruplarına ilk növbədə …

Read More »

Gəncə sakinində silah və narkotik aşkarlanıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Arzu Kərimov şəhər ərazisində saxlanılaraq, Kəpəz RPİ-nə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 …

Read More »

Pandemiya dövründə Almaniyada irqçi hücuma məruz qalan azərbaycanlılar

COVID-19 pandemiyası dövründə Almaniyada əcnəbilərə qarşı irqçi hücumların sayında artım qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, ötən ilin noyabr ayına qədər agentliyə irqi və siyasi motivli hücuma məruz qalan 6 000-ə yaxın şəxs müraciət edib. Bu 2019-cu ildəki göstərici ilə müqayisədə iki dəfə çoxdur. Belə ki, həmin il agentliyə irqçi və siyasi motivli hücuma məruz qalan 3 200 şəxs müraciət etmişdi. 2020-ci ildə …

Read More »

Gəncədə kafe sahibi və müştəriləri cərimələndi

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir. ŞBPİ-nin Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində …

Read More »

Dövlət Agentliyinə məxsus yük avtomobili qəzaya düşərək aşıb

Bakıda yol qəzası baş verib. Boyukmillet.com-un xəbərinə görə, hadisə Binəqədi rayonu ərazisində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb. Belə ki, minik avtomobili ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus UAZ markalı yük avtomobili toqquşub. Nəticədə yük maşını aşıb, avtomobildə olan şəxslər xəsarət alıb. Hər iki maşına isə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Read More »

2021-ci ilin əsas qlobal riskləri

“Eurasia Group” analitik mərkəzi dünyanın 2021-ci ildə qarşılaşacağı risklərin reytinqini dərc edib. Bu barədə Boyukmillet.com RİA “Novosti”yə istinadən xəbər verir. İlk sırada “bölünmüş Amerika” qərarlaşıb. Analitiklər hesab edir ki, Co Baydenin iqtidara gəlməsi ilə Birləşmiş Ştatların sakinlərinin təxminən yarısı hər növbəti dövlət başçısını qeyri-qanuni yolla seçildiyini hesab edəcək. İkinci əsas risk COVID-19 pandemiyasıdır. Mütəxəssislər hesab edir ki, peyvəndin vurulması fonunda cəmiyyətin …

Read More »

Bu ölkələrdə virusdan ölənlərin meyitlərini saxlamaq üçün yer tapılmır

Çex Respublikasının şimal-şərqindəki Ostrava və Slovakiyanın qərbindəki Nitra şəhərlərində yeni növ koronavirus infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin dəfn edilməsi və saxlanması ilə əlaqədar ciddi problemlər yaranıb. Bu barədə Boyukmillet.com “Mlada fronta Dnes” qəzetinə istinadən məlumat yayıb. Qeyd olunub ki, 288 min əhalisi olan Ostravanın krematoriyası gecə-gündüz işləyir, lakin ölüləri yandırmağı çatdıra bilmir. 76,5 min insanın yaşadığı Nitrada, cəsədlərini saxlamaq üçün qış stadionundan …

Read More »