Ermənistanın elm xadimləri, təhsil, mədəniyyət və incəsənət nümayəndələri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə birgə bəyanat yayıblar. Bu barədə Boyukmillet.com “Aysor.am”a istinadən xəbər verir. Bəyanata 60-dan çox elm, təhsil, mədəniyyət və incəsənət nümayəndəsi imza atıb. Onlar Ermənistanda yaranmış gərgin vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər. Ayrı-ayrı sahələrdə çalışan şəxslər ölkədəki gərgin vəziyyətə görə bütün məsuliyyətin Nikol Paşinyanın başçılıq etdiyi hakimiyyətin …
Read More »Suriyada 2 türk əsgəri şəhid olub, daha 8 nəfər yaralanıb
Suriyada PKK/YPG silahlılarının törətdiyi terror aktı nəticəsində iki türk jandarmı şəhid olub, daha bir neçə nəfər xəsarət alıb. Bu barədə Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir. Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, hadisə “Barış pınarı” əməliyyatının keçirildiyi ərazidə baş verib. Suriya-Rəsulayn Haseke-2 nəzarət-buraxılış məntəqəsində nəqliyyat vasitəsi partladılıb. Nəticədə 2 türk jandarmı şəhid olub, 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Read More »Zəfər paradında DSX, Daxili Qoşunlar və Milli Qvardiyanın hərbi qulluqçuları keçid edib
Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında Dövlət Sərhəd Xidmətinin (DSX), Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularından ibarət parad heyətləri keçid edib. Bitukmillet.com xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin parad heyətləri general-mayor Rəsul Tağıyevin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının parad heyəti general-mayor İnqilab Muradovun, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularından …
Read More »“Onları cəbhəyə göndərən anaların əllərindən öpürəm” – Türkiyə Prezidenti
“Qarabağı 30 illik həsrətdən sonra ana Vətənə qovuşduran Azərbaycan Ordusunun mənsublarını təbrik edir, onları dualarla cəbhəyə göndərən anaların əllərindən öpürəm. 20 Yanvarda şəhidlərin qəbirlərinə qoyulan qərənfillər necə müstəqilliyi xatırladırsa, indi də Dağlıq Qarabağ bölgəsinə xas xarıbülbül Azərbaycan ərazilərinin azadlığının simvoluna çevrilib”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr …
Read More »“YAŞAT” Fondunun yaradılması qalib əsgərlərimizə, torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə olan yüksək ehtiramın, diqqət və qayğının göstəricisidir
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək Fondunun (“YAŞAT”) yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı son 17 ildə bütün həssas təbəqələri əhatə edən sosial siyasət sahəsində vətəndaşlarımızın problemlərinin yaxşılaşdırılması istiqamətində atılmış növbəti diqqət və qayğının əyani sübutudur.Bunu AZƏRTAC-a Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.Deputat bildirib ki, Azərbaycan …
Read More »ANAMA əməkdaşları daha 58 mina aşkarlayıb
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə 07-09 dekabr tarixlərində Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən – 28 (iyirmi səkkiz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 2 (iki) müraciət daxil olub. ANAMA-dan verilən məlumata görə, daxil olmuş 30 çağırış əsasında Agentliyin xüsusi mobil çevik …
Read More »Hulusi Akardan Qarabağla bağlı yeni açıqlama
“Azərbaycan Ermənistan tərəfindən həyata keçirilən hücumları dayandırmaq və ərazilərini işğaldan azad etmək üçün “artıq bəsdir” deyərək hərəkətə keçdi”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib. “Azərbaycan “Bir Vətən Hərəkat Planı”nı tətbiq etdi. Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan da Rusiya prezidenti cənab Vladimir Putin ilə atəşkəsin şərtləri və daimi olması mövzusunda müzakirə apararaq atəşkəs razılaşmasına lazımi töhfə verib. …
Read More »Bu gün Azadlıq meydanında Qələbə paradı keçiriləcək
Bu gün – dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunan hərbi parad keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Azadlıq meydanında keçiriləcək hərbi paradda 3 000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq. Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri paradda keçid edəcək. …
Read More »İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birgə şam ediblər
Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan birgə şam ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Naxçıvan Xüsusi Təyinatlıları qələbə paradına hazırlaşır
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlıları sabah Bakının Azadlıq Meydanında keçiriləcək qələbə paradına hazırlaşırlar. Boyukmillet.com xəbər verir ki, Naxçıvan ordusu Şuşaya qədər döyüş yolu keçib və Qarabağın azadlığı uğrunda böyük şücaət göstərərək şəhidlər verib. Qeyd edək ki, sabah- dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunan hərbi parad keçiriləcək. Hərbi paradda, həmçinin Heydər Əliyev adına Naxçıvan hərbi liseyinin kursantları da keçid …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar