Bazar ertəsi , 6 Aprel 2026

autor

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,31 ABŞ dollar, yaxud 0,70% azalıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 44,15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Read More »

Karantin qaydalarını pozan daha bir kafe aşkarlandı

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı Cəlilabad şəhəri ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən “Cənnət bağı” adlı kafe aşkarlanıb. Obyektə baxış zamanı orada olan kafenin icarədarı A.Əliyev və 11 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar …

Read More »

5 evdən oğurluq edən usta tutuldu – FOTO

Qusarda beş fərdi yaşayış evindən müxtəlif növ təmir-tikinti alətləri və elektrik naqilləri oğurlamaqla zərərçəkmişlərə maddi ziyan vuran şəxs saxlanılıb. DİN Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, onun Sabirabad rayon sakini Bağır Bağırov olduğu müəyyən edilib. Araşdırmalarla məlum olub ki, B.Bağırov bir müddət əvvəl Qusar rayonuna usta kimi işləməyə gəlib. Daha sonra isə o, rayon ərazisində beş evə qanunsuz daxil olaraq, …

Read More »

Füzulidə 27 yaşlı gənc küçədə qətlə yetirildi

İyulun 08-də saat 20 radələrində Füzuli rayonunun Mahmudlu-2 kəndi ərazisində 1993-cü il təvəllüdlü Məzahir Gəncallının üzərində bıçaq xəsarətləri olan meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Boyukmillet.com xəbər verir ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq …

Read More »

“Pozitiv dedilər, müalicə aldıq, sonradan neqativ olduğunu bildirdilər”

“Test nəticəmizin pozitiv olduğu deyildiyi üçün bir həftə ev şəraitində müalicə almışıq, sonradan bizə bildirildi ki, pozitiv yox, neqativdir”. Boyukmillet.com xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya müraciətində Yasamal sakini Sevinc Qəmbərova deyib. Bildirib ki, iyun ayının 19-da “Lor Hospital”da həyat yoldaşı və 5 yaşlı qızı ilə birlikdə COVİD-19 testi verib. Əvvəlcə onlara nəticələrinin pozitiv olduğu bildirilsə də, 12 gün sonra …

Read More »

Şəbnəm Türkiyəyə yollandı – Hovuzda şəklini paylaşdı – FOTO

Müğənni Şəbnəm Tovuzlu “İnstagram” hesabında paylaşdığı fotosu ilə gündəmə gəlib. Boyukmillet.com xəbər verir ki, ifaçı Türkiyənin Antalya şəhərinin Alanya bölgəsində çəkilmiş şəklini izləyiciləri üçün paylaşıb. Tovuzlunun hovuzda çəkilmiş şəkli böyük marağa səbəb olub. İzləyicilər onun Türkiyəyə necə getdiyini soruşublar. Lakin müğənni izləyicilərin suallarını cavabsız qoyub.

Read More »

DYP: 1 295 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Boyukmillet.com xəbər verir ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 08.07.2020-ci il saat 00:00-dan 09.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 081 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar …

Read More »

AZAL Berlinə xüsusi reyslər həyata keçirəcək

Boyukmillet.com xəbər verir ki, iyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq. Uçuşlar avqustun 28-dək həftədə bir dəfə – cümə günləri həyata keçiriləcək. Həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək.Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin …

Read More »

“Facebook” platforması servislərindən birinin fəaliyyətini dayanırır

10 iyul tarixindən “Facebook” platformasına məxsus “TikTok” analoqu “Lasso” tətbiqinin fəaliyyətini dayandıracaq. Bununla yanaşı “Pinterest” rəqibi “Hobby” -də geri çəkilir. Boyukmillet.com xəbər verir ki, “Lasso” – il yarım əvvəl təqdim edilib. Təchizatçılar “Lasso” tətbiqinin “TikTok”-a nisbətən daha uğurlu olacağını güman etsələr də, nəticə tam fərqli olub. Tətbiq nümayəndələri istifadəçiləri artıq məlumatlandıraraq, son videoların yaddaşa həkk edilməsini tövsiyyə edib.

Read More »

Daha 8 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmə veriləcək – QƏRAR

Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar verib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara uyğun olaraq, “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda …

Read More »