Bazar , 5 Aprel 2026

autor

Laçında bazar qiymətlərindən bir neçə dəfə baha, 72 min manata piano alınıb

Dövlət satınalmalarının vahid internet portalında dərc olunan məlumata görə, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən 72 min manata bir piano musiqi alətinin satın alınması ilə bağlı müqavilə bağlanıb. Portaldakı məlumatda bildirilir ki, satınalmanın qalibi “All Star” MMC olub. Müqavilənin satınalma metodu kimi “bir mənbə” üsulu göstərilib. Satınalmanın “bir mənbə” üsulu ilə həyata keçirilməsi o deməkdir ki, satınalma …

Read More »

Azərbaycanda sərvətlər ədalətli bölünürmü?

“Hər kəs görə bilər ki, Azərbaycanda sərvətin bölüşdürülməsi çox ədalətli şəkildə həyata keçirilir”. Bu sözləri bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyəti qarşısında çıxış edərkən bildirib. Prezident çıxışında vurğulayıb ki, Azərbaycan karbohidrogen resurslarına sahib ölkə kimi həm özünü neft, qaz, neft məhsulları və elektrik enerjisi ilə təmin edir, həm də bu məhsulları ixrac edir. Əliyevin …

Read More »

Elmira Axundovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu

Qaçaq səfir Elmira Axundovanın yaxın adamı Elnur İbrahimov Nəsimi Rayon Məhkəməsinə aşkar absurd iddia təqdim edib. Maraqlıdır ki, iddianın absurdluğu nəzərə alınmayıb və qəbul olunaraq hakim Həbibə Miriyevanın icraatına verilib. Elnur İbrahimov iddiasında Ali Məhkəmənin 10 il öncə çıxarılmış qərarında göstərilən 350 min manat ziyanın 200 min manat hesablanmasını tələb edir. Əgər Nəsimi Rayon Məhkəməsi Elnur İbrahimovun iddiasını təmin edərsə, …

Read More »

DTX onları axtarışa verib – RƏSMİ

Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli, Rüstəm İbrahimbəyov, Fuad Qəhrəmanlı, Qənimət Zayıdov, İbrahim Məmməd və Eldar Əmirov xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək hakimiyyəti zorla ələ keçirməyə cəhd göstərməkdə ittiham olunurlar. Boyukmillet.com xəbər verir ki, bu barədə DTX məlumat yayıb.  İttiham olunanlardan 3-ü Dövlət Təhlükəsizlik Xidməti tərəfindən axtarışa verilib. “Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan …

Read More »

DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanı KTMT-nin üzvü edəcəkdi

Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşmışdı. Boyukmillet.com-un məlumatına görə, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələri ilə bağlı məlumatında deyilir. Qeyd olunub ki, Qənimət Zayıdov …

Read More »

Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanının əməkdaşı ilə telefon danışığının səs yazısı yayılıb

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanının əməkdaşı ilə telefon danışığının səs yazısı yayılıb. Boyukmillet.com xəbər verir ki, bu, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı videoməlumatda öz əksini tapıb. Ramiz Mehdiyev xarici xüsusi xidmət orqanlarının əməkdaşı ilə danışan zaman Azərbaycanda dövlət idarəçiliyi sisteminin yenidən qurulması ilə bağlı təkliflərin olduğunu və bunun onlar üçün maraqlı olacağını deyib. Həmçinin Prezident Administrasiyasının …

Read More »

Milli Şura xarici xüsusi xidmət orqanlarının maddi yardımı ilə fəaliyyət göstərib – İTTİHAM

“Demokratik Qüvvələrin Milli Şurası” (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi ilə bağlı fəaliyyət göstərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında qeyd edilib. Bildirilib ki, 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini …

Read More »

Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında qeyd edilib. Qeyd edilib ki, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında …

Read More »

ABŞ-dən Moskvaya xəbərdarlıq: Sanksiyalar yalnız bu halda aradan qaldırılacaq

ABŞ Maliyyə Nazirliyinin Rusiya neftinə qarşı sanksiyaları yalnız Ukrayna böhranı sülh yolu ilə həll olunduqdan sonra aradan qaldırılacaq. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Maliyyə naziri Skott Bessent “Fox News”a verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, Rusiya neftinə qarşı sanksiyaların aradan qaldırılması qlobal enerji qiymətlərinin aşağı düşməsinə kömək edəcək: “Sülh sazişləri baxımından neft qiymətlərində əhəmiyyətli dərəcədə azalma müşahidə edə bilərik. Venesuela, …

Read More »

Pakistan yeni hipersəs raketini təqdim etdi

Pakistanın hərbi-sənaye konqlomeratı GIDS Dünya Müdafiə Sərgisində gəmidən buraxılan “Smash” səsdən sürətli raketini nümayiş etdirib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, raket hipersəs kimi satılır, baxmayaraq ki, stenddəki əlavə məlumatlarda onun terminal uçuş sürətinin 2 Mach-dan çox olduğu bildirilir. “Smash”ın həm dəniz, həm də quru hədəflərini məhv etmək üçün nəzərdə tutulduğu qeyd olunur. Döyüş başlığı həm kasset tipli, həm də yüksək …

Read More »