Bazar ertəsi , 6 Aprel 2026

autor

Prezident: Səudiyyə Ərəbistanı ilə əlaqələri genişləndirmək və möhkəmləndirmək əzmindəyik

Biz Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, enerji, turizm, humanitar və digər sahələrdə genişləndirmək və möhkəmləndirmək əzmindəyik. Boyukmillet.com xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda bu ölkənin milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb. Məktubda qeyd edilib ki, Azərbaycan ortaq dini və mədəni …

Read More »

AFFA rəsmisi UEFA tərəfindən təyinat alıb

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb. Boyukmillet.com xəbər verir ki, O, UEFA Avropa Liqasının I turu çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Yunion” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq. Qeyd edək ki, qarşılaşma sentyabrın 26-da İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

Read More »

SEPAH üzvlərinə rabitə cihazlarından istifadə etmək qadağan edilib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livanda texniki rabitə vasitələrinin partlamasından sonra öz hərbçilərinə istənilən növ rabitə cihazlarının istifadəsini qadağan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. İranın təhlükəsizlik xidmətlərindəki mənbələr bildiriblər ki, SEPAH rabitə cihazlarının və demək olar ki, bütün texniki avadanlıqların genişmiqyaslı yoxlanılmasına başlayıb. Qurumun rəhbərliyi baş verənlərdən narahatdır və “Hizbullah”dan texniki ekspertizanın nəticələrini istəyib. SEPAH …

Read More »

“G20” ölkələri BMT və ÜTT-də islahatların tərəfdarıdır

“G20” ölkələri xarici işlər nazirlərinin sentyabrın 25-də keçiriləcək iclasında BMT və Ümumdünya Ticarət Təşkilatının təcili islahatlara ehtiyacı olduğunu bildirəcəklər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Bloomberg” sammitin kommünike layihəsinə istinadən məlumat yayıb. Eyni çağırış Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının daxil olduğu “Bretton Woods” institutlarına da aid olacaq. Onlar 1944-cü ilin iyulunda ABŞ-ın Bretton-Vuds şəhərində keçirilən beynəlxalq …

Read More »

Azərbaycanın xarici işlər naziri ABŞ-a işgüzar səfərə yola düşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 79-cu sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri …

Read More »

İranda kömür mədənində partlayışda 19 nəfər ölüb

İranın şərqindəki Cənubi Xorasan əyalətinin Tabas şəhərində kömür mədənində baş verən partlayışda azı 19 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə regionun böhranla mübarizə departamentinin baş direktoru Məhəmməd Əli Axundi məlumat verib. Onun sözlərinə görə, partlayışda 17 nəfər xəsarət alıb: “Partlayış zamanı Tabas kömür mədəninin C və B bloklarında 69 fəhlə işləyirmiş. Partlayışdan sonra yanğın olmayıb. Mədənin 250 m …

Read More »

MN: Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv ediləcək

Seyfəli poliqonunda döyüş sursatlarının məhv edilməsi həyata keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir. Döyüş sursatlarının məhv edilməsi prosesi 23.09.2024-cü il tarixdən 27.09.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək”, – məlumatda deyilir. Bildirilir ki, …

Read More »

ABŞ-da atışma nəticəsində 4 nəfər ölüb, onlarla insan yaralanıb

ABŞ-ın Alabama ştatının Birminhem şəhərində baş verən atışma nəticəsində 4 nəfər ölüb, onlarla insan yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “AL” portalı məlumat yayıb.Birminhemin polis zabiti Truman Fitsgerald bildirib ki, hadisə yerində onlarla yaralı aşkarlanıb.Onun sözlərinə görə, üç nəfər atışmanın baş verdiyi yerdə, bir nəfər xəstəxanada dünyasını dəyişib.Hadisə ilə bağlı araşdırma aparılır.

Read More »

Naxçıvanda gəlin maşını qəzaya uğrayıb, ölən və xəsarət alanlar var

Naxçıvanda ağır yol qəzası olub. Boyukmillet.com xəbər verir ki, Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində 75-AF-793 dövlət nömrə nişanlı “Ford” markalı avtomobil 74-BC-207 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “VAZ-2106”-nın sürücüsü Məmmədov Təbriz Fəxrəddin oğlu hadisə yerində ölüb. Avtomobildəki sərnişin Əsgərli Təbriz Yadulla oğlu ağır xəsarət alıb. Qəza zamanı həmçinin digər avtomobilin sürücüsü, Rəsulov Fərid Emin oğlu, sərnişinlər …

Read More »

KİV: Bakı və İrəvan “böyük sülh”ün astanasında

Azərbaycan və Ermənistan Sovet İttifaqının dağılmasından sonra ilk dəfə münasibətlərinə yenidən baxmaq və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bir-birinin suverenliyini tanımaq imkanı əldə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Almaniyanın “Berliner Zeitung” qəzeti “Ermənistan və Azərbaycanın böyük sülh şansı var” sərlövhəli məqaləsində yazıb.Məqalədə qeyd olunur ki, iki hərbi əməliyyat – 2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü il sentyabrındakı …

Read More »