Bazar ertəsi , 6 Aprel 2026

autor

İmişli sakini: “Qardaşımın özünü öldürdüyünə inanmıram”

Nemət Quluzadə: “Üzərində xəsarətlər vardı – boynunda sınıq, gözünün altında, belində…” İmişli rayonunun Buludlu kənd sakini Elməddin Quluzadənin meyiti avqustun 5-də asılmış vəziyyətdə tapılıb. Amma ailə üzvləri onun özünü öldürdüyünə inanmır. Hesab edirlər ki, 21 yaşlı Elməddini onunla ədavəti olan adamlar öldürüb, cinayətin izini itirmək məqsədilə meyiti ağacdan asaraq, intihar görüntüsü yaradıblar. Nemət Quluzadə danışır ki, qardaşı Bakıda bir neçə …

Read More »

İlon Mask: ABŞ tezliklə iflasla üzləşə bilər

Amerikalı milyarder İlon Mask hesab edir ki, ABŞ tezliklə iflasla üzləşə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Dövlət xərclərinin hazırkı göstəriciləri ilə ABŞ iflasa doğru gedir. Hökumətin həddindən artıq xərcləri inflyasiyaya səbəb olur”, – paylaşımda qeyd edilib. ABŞ Maliyyə Nazirliyi iyulun 29-da məlumat yayıb ki, ölkənin dövlət borcu 35 trilyon dolları ötüb.

Read More »

Dövlət sərhədini pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd edən 3 Əfqanıstan vətəndaşı saxlanılıb. Boyukmillet.com.xəbər verir ki, avqust ayının 27-də saat 18:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 (üç) nəfər Əfqanıstan vətəndaşları Səmədi Səfi Abdurrəhman oğlu, Səttari Sifər Xan oğlu və Vəkili Muhb Seyfulla oğlu saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq …

Read More »

Azərbaycan və Qazaxıstanın hərbi hüquqşünaslarının görüşü keçirilib

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında mövcud hərbi əməkdaşlıq çərçivəsində Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşdə hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb: “Hər iki ölkənin hərbi qanunvericiliyinin beynəlxalq hüquq və prinsipləri çərçivəsində uyğunlaşdırılması, eləcə də bir sıra digər məsələlərə …

Read More »

KTMT: Qərb Cənubi Qafqazda təsirini artırmağa çalışır

Mərkəzi Asiya regionunda və Cənubi Qafqazda vəziyyət gərgin olaraq qalır. Boyukmillet.com xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahının rəisi Andrey Serdyukov brifinqdə deyib. Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda vəziyyət Qərbin burada öz təsirini artırmaq istəyi və nizamlanmamış ərazi problemlərinə görə mürəkkəbdir: “Mərkəzi Asiya regionunda beynəlxalq terrorizm, ekstremizm, silahların, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz yayılması …

Read More »

Ermənistandan Avstraliyaya tiryək göndərmək istəyən iranlı saxlanılıb

Ermənistandan Avstraliyaya 230 qrama yaxın tiryək göndərməyə cəhd edən İran vətəndaşı saxlanılıb. “Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb. Komitənin Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşları Milli Təhlükəsizlik Xidmətinin əməliyyatçıları ilə birgə Qafan şəhərindəki poçt şöbəsində bağlamaya baxış zamanı tiryəkə bənzər tünd qəhvəyi rəngli kütlə aşkar ediblər. Faktla bağlı cinayət işi açılıb, narkotik vasitələrin qaçaqmalçılığında …

Read More »

Azərbaycan təxminən 70 əcnəbiyə qaçqın statusu verib

Hazırda Azərbaycanda təxminən 70 əcnəbiyə qaçqın statusu verilib. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin rəis müavini Elmar Mürsəliyev “Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda seminarda deyib. O bildirib ki, bu statistikada ən çox yeri İran və Əfqanıstan vətəndaşları təşkil edir. Növbəti yerləri isə digər …

Read More »

ABŞ Sakit okeanda narkotik vasitələrin ticarətini azaltmağa çalışır

ABŞ Sakit okean regionunda narkotik vasitələrinin ticarətini azaltmaq üçün regionun ada dövlətləri ilə əməkdaşlıq edəcək. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Kurt Kempbell deyib. “Birləşmiş Ştatlar narkotik vasitələrin ticarəti ilə mübarizəyə dəstək verməkdə qətiyyətlidir və gələn həftə Sakit okean regionunda narkotik vasitələrlə bağlı qanunların icrasının təmin edilməsi tədbirləri barədə açıqlama verəcək”, – o bildirib. K.Kempbellin sözlərinə görə, …

Read More »

Peter Siyarto Ukraynadakı müharibəni dayandırmaqla bağlı çağırış edib

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Ukraynadakı müharibəni dayandırmaqla bağlı çağırış edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin mətbuat katibi Zoltan Kovaç “X” sosial şəbəkəsindəki hesabında məlumat verib. O bildirib ki, Macarıstan XİN başçısı Rusiya-Ukrayna müharibəsi barədə bu gün Brüsseldə baş tutan Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə danışıb. P.Siyarto çıxışı zamanı video …

Read More »

Türkmənistan İrana qaz tədarükünü ildə 40 milyard kubmetrə qədər artırmaq niyyətindədir

Türkmənistan İrana qaz tədarükünü ildə 40 milyard kubmetrə çatdırmağı planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bunu parlamentin yuxarı palatasının sədri Qurbanqulı Berdiməhəmmədov ötən gün Tehranda İran Prezidenti Məsud Pezeşkianla danışıqlar zamanı bildirib. O qeyd edib ki, tədarükün artırılması üçün qaz kəməri infrastrukturu modernləşdirilməli, yeni obyektlər tikilməli və investisiyalar cəlb edilməlidir. Bu kontekstdə Q.Berdiməhəmmədov bildirib ki, Türkmənistan ərazisində iki qaz-kompressor stansiyası və 125 km uzunluğunda qaz …

Read More »