Ali Məhkəmə Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ziyad Əhmədovu qətlə yetirməkdə təqsirləndirilən həmin mərkəzin sabiq baş mühasibi Mirhadı Bağırov barədə qərar verib. Boyukmillet.com xəbər verir ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun hökmdən verdiyi kassasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, M.Bağırov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. …
Read More »Hakan Fidan Blinkenlə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə XİN sözçüsü Öncü Keçeli məlumat verib. O bildirib ki, qarşı tərəfin təşəbbüsü əsasında baş tutan telefon danışığı zamanı HƏMAS ilə İsrail arasında atəşkəs danışıqlarındakı son vəziyyət və bölgədəki vəziyyət müzakirə edilib.
Read More »Ermənistanda Qərbi Nil qızdırmasına 58 yoluxma halı qeydə alınıb
Ermənistanda Qərbi Nil qızdırması virusuna 58 yoluxma halı qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzinin direktoru Stepan Atoyan deyib.Onun sözlərinə görə, hazırda 41 nəfər xəstəxanaya yerləşdirilib: “Onlardan 4-nün vəziyyəti ağır, qalanlarının vəziyyəti isə orta-ağırdır. Hazırda vəziyyəti çox ağır olan xəstələr yoxdur”.
Read More »Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 21-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib Bildirilib ki, sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 244 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, …
Read More »Heydər Əsədov rəqibindən ehtiyat edir? –Peyman Sadıqovun plakatları lövhələrdən qoparılır
Heydər Əsədov rəqibindən ehtiyat edir? –Peyman Sadıqovun plakatları lövhələrdən qoparılır. Ümid Partiyasının 51 saylı Şirvan seçki dairəsindən namizədi Peyman Sadıqovun təbliğat plakatları lövhələrdən qoparılır. Boyukmillet.com xəbər verir ki, Peyman Sadıqovun seçki qərargahının apardığı monitorinq zamanı məlum olub ki, Şirvan şəhərinin mərkəzi hissələrindəki təşviqat lövhələrindən onun plakatları qoparılıb.Peyman Sadıqov bunu özünə qarşı təxribat kimi qiymətləndirir.Ümid Partiyasının namizədi hesab edir ki, bu …
Read More »Litva Rusiya sərhədi yaxınlığında alman qoşunları üçün baza tikintisinə başlayır
“Briqada əhalimizə arxayın olmaq və rusları sıxışdırmaq üçün çəkindirici rol oynayacaq” Litva İkinci Dünya Müharibəsindən sonra alman ordusu üçün ilk dəfə hərbi baza tikir. 2027-ci ilin sonunadək tamamlanması gözlənən bazada 4000-ə qədər döyüşə hazır alman əsgərinin yerləşməsi üçün şərait olacaq. Almaniya keçən il Rusiya ilə həmsərhəd olan NATO və Avropa İttifaqına üzv ölkələrində qoşun yerləşdirməyi öhdəsinə götürüb. Almaniyanın müdafiə naziri Boris …
Read More »Masazırda yeni məktəb binası inşa olunur
Abşeron rayonu, Masazır qəsəbəsi “Yeni Bakı” yaşayış massivində 1200 şagird yerlik yeni tam orta məktəb binası inşa olunur. Boyukmillet.com xəbər verir ki, hazırda binada son tamamlama və həyətyanı sahədə abadlıq işləri görülür. Yeni məktəb binasının sentyabr ayında təhvil verilməsi planlaşdırılır.
Read More »Rəşad Məcid 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Museyib oğlu Məcidov (Məcid) 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, R.Məcid Azərbaycanda media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə adıçəkilən ordenlə təltif olunub. Qeyd edək ki, avqustun 21-də Rəşad Məcidin 60 yaşı tamam olur.
Read More »Nazir: Bu gün hər kəs Türkiyəyə investisiya qoymaq istəyir
Bu gün hər kəs Türkiyəyə investisiya qoymaq istəyir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib. O bildirib ki, bu proses davam edir: “Enerji həcmimiz 2024-cü ildə, yəqin ki, 5 min meqavatı keçəcək”. Nazir, həmçinin xatırladıb ki, dünyanın 30-dan çox ölkəsindən, o cümlədən Azərbaycandan Türkiyəyə qaz nəql olunur.
Read More »HƏMAS-ın 40 üzvü öldürülüb
İsrail hərbçiləri Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinin qərbindəki Tell-əs-Sultan bölgəsində döyüşlər zamanı 40 silahlı radikalı məhv ediblər. Boyumillet.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Əməliyyat zamanı qumbaraatanla silahlanmış terrorçular da öldürülüb. “Bundan başqa, son 24 saat ərzində İsrail müdafiə ordusu tərəfindən Xan Yunis ərazisində çoxlu sayda terrorçu öldürülüb və bir çox infrastruktur obyektləri dağıdılıb”, – məlumatda …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar