Bazar ertəsi , 6 Aprel 2026

autor

BMT Məhkəməsi Türkiyənin İsrailə qarşı prosesə qoşulmasını təsdiqləyib

Beynəlxalq Ədalət Məhkəməsi Türkiyənin Qəzza zolağındakı əməliyyatla bağlı Cənubi Afrikanın İsrailə qarşı başlatdığı prosesə qoşulduğunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir. “Türkiyə Məhkəmə Nizamnaməsinin 63-cü maddəsinə istinad edərək, Cənubi Afrika Respublikasının İsrailə qarşı başlatdığı Qəzza zolağında cinayətin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın tətbiqi ilə bağlı işə qoşulmaq üçün katibliyə ərizə təqdim edib”, – sənəddə deyilir. …

Read More »

Masallıda vətəndaşların seçki hüququna həsr olunan dəyirmi masa keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda hüquqi maarifləndirici xarakter daşıyan növbəti dəyirmi masa Masallıda təşkil olunub. “Report”un Cənub bürosunun məlumatına görə, MSK üzvü Validə Kazımova Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində təmsil etdiyi qurumla Ombudsman Aparatının birgə təşkil etdiyi tədbirlərin bütün …

Read More »

Astarada mövcud olmayan uşağa dair qanunsuz şəhadətnamə və şəxsiyyət vəsiqəsi düzəldilib, araşdırma aparılır

Astara rayonunun Kakalos Ailə Sağlamlıq Mərkəzi və Lənkəran rayon Mamusta ASM-in vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə “Report”a Astara Rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, araşdırma zamanı həmin Mərkəzlərin vəzifəli şəxsləri tərəfindən vətəndaş Könül Ağayevanın guya 2016-cı ildə uşaq dünyaya gətirməsinə dair rəsmi tibbi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi, bunun əsasında …

Read More »

Laçında itkin düşmüş hərbçilərə görə iki nəfər həbs edilib

Laçında itkin düşən hərbçiləri görə iki nəfər nəfər həbs edilib. Bu barədə “Report”a Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib. O bildirib ki, Azərbaycan ordusunun hərbi qulluqçuları, əsgərlər Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlunun 3 mart 2022-ci il tarixdə Laçın rayonu ərazisində itkin düşmələri ilə əlaqədar Azərbaycan Respublikası …

Read More »

Məsud Pezaşkian: Tehran İsrailə cavab vermək hüququnu özündə saxlayır

Tehran İsrailə cavab vermək hüququnu özündə saxlayır. Boyukmillet.com xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezaşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığında deyib. Tərəflər həmçinin HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra yaranan regional gərginliyi müzakirə ediblər. Xatırladaq ki, İ.Haniyə iyulun 31-də İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahında öldürülüb. Bundan sonra İran rəsmiləri İ.Haniyənin qisasının alınacağı …

Read More »

Türk dövlətləri arasında pul transferini həyata keçirən “Turan”a yeni ölkələr qoşulub

Türk dövlətləri ilə Türkiyə arasında pul köçürməsini təmin edən “Turan” tətbiqinin əhatə dairəsi yeni ölkələrin qoşulması ilə genişlənir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Qeyd edilib ki, “Turan” 2023-cü ildə Azərbaycanda istifadəyə verildikdən sonra Qazaxıstan, Qırğızıstan və Özbəkistanın iştirakı ilə saniyələr ərzində reallaşan pul köçürmələri tətbiqini genişləndirməyə başlayıb. Vurğulanıb ki, “Turan” “Zolotoya Korona”, “Ria” və “Swiss Remit” …

Read More »

Donald Tramp əsas rəqibi Kamala Harrislə debata çıxacaq

ABŞ-nin keçmiş lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Demokratlar Partiyasından ən yüksək dövlət postuna iddia edən vitse-prezident Kamala Harrislə tezliklə debata çıxacağını bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalının efirində bildirib. “Onunla yaxın vaxtlarda debat keçirəcəyimizi düşünürəm. Bu barədə tezliklə elan veriləcək”, – o bildirib.

Read More »

Ömürlük azadlıqdan məhrum edilən məhbuslara baş çəkilib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən növbəti başçəkmələr əvvəlcədən xəbərdarlıq etmədən Penitensiar Xidmətin Umbakı Penitensiar Kompleksinə və Müalicə Müəssisəsinə həyata keçirilib. Ombudsman Aparatından “Report”a verilən məlumata görə, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil …

Read More »

Şamaxıda qanunsuz tikintinin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Boyukmillet.com xəbər verir ki, Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib: “FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən …

Read More »

Paris-2024: Azərbaycan taekvondoçusu qələbə qazanıb

Azərbaycanın taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. “Report”un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində irlandiyalı Cek Uolley ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Maqomedov 1/4 finala yüksəlib. Təmsilçimiz ilk hissədə 7:4, ikinci yarıda 12:7 hesabı ilə üstün olub. Qeyd edək ki, Paris-2024 avqustun 11-də …

Read More »