Gürcüstanda xaricdən maliyyələşən QHT və media avqustun 1-dən etibarən xüsusi reyestrdə qeydiyyata düşməyə başlayacaq. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Rati Breqadze deyib. Onun sözlərinə görə, “Xarici təsirin şəffaflığı haqqında” qanun çərçivəsində təşkilatların qeydiyyatı üçün texniki baza artıq yaradılıb.
Read More »İraqın şimalında 13 PKK terrorçusu öldürülüb
İraqın şimalında 13 PKK terrorçusu öldürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Qəhrəman Türkiyə Silahlı Qüvvələri Qara və Haftanin bölgələrində aşkarladıqları 13 PKK terrorçusunu hava əməliyyatı ilə zərərsizləşdirib. Millətimizi terror bəlasından xilas etmək üçün böyük əzmlə mübarizəmizi davam etdiririk və etdirəcəyik”, – məlumatda qeyd olunub.
Read More »Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb
Qusar rayonu ərazisində iyulun 30-da səhər saatlarında rayon sakini 23 yaşlı İ.Duraxanovun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən atası 83 yaşlı Duraxanov Sərkər Duraxan oğlu saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Read More »Dünya Bankı Azərbaycanda Məşğulluğa Dəstək Layihəsinin genişləndirilməsi üçün 150 milyon dollar ayırıb
Dünya Bankının İcraçı Direktorlar Şurası Azərbaycanda Məşğulluğa Dəstək Layihəsinin (AESP) genişləndirilməsi üçün 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirməni təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, məqsəd məcburi köçkünlərə, qadınlara, gənclərə və uzunmüddətli işsizlərə xüsusi diqqət yetirməklə onların özünüməşğulluq imkanlarını təşviq etməkdir. “Son 3 ildə 5 mindən çoxu qadın olmaqla 15 min şəxs öz bizneslərinə başlamaq üçün bu aktivlərdən yararlanıb. Qiymətləndirmələrə əsasən, AESP iştirakçılarının 70 %-dən çoxu layihə tərəfindən …
Read More »Azərbaycanda Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi imzalanıb
Azərbaycanda fəaliyyət göstərən 11 tikinti şirkəti Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi imzalayıb. Boyukmillet.com xəbər verir ki, bəyannamənin məqsədi tikinti şirkətlərinin emissiyaların azaldılması məsuliyyətini dərk etdiyini göstərməsidir. Bəyannamə bu istiqamətdə atılan ilk addımdır. Daha sonra isə məsuliyyəti dərk etmək mərhələsindən əməli fəaliyyətə keçid olacaq.
Read More »Bakıda daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 142E nömrəli şəhərətrafı (ekspres), 340, 421, 445, 446, 220, 332, 336, 442, 443, 444 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır. Bu barədə “Report” AYNA-ya istinadən xəbər verir. Sənədlər avqustun 27-i saat 17:00-dək Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək. Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təklifləri …
Read More »“The National”: Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşır
Qalıq yanacaqla zəngin olan Azərbaycanın qarşısında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etmək kimi çətin vəzifə durur. Boyukmillet.com xəbər verir ki, bu barədə gündəlik “The National” qəzetində dərc olunan məqalədə bildirilib. Məqalənin müəllifi qeyd edir ki, təxminən üç aydan sonra Bakı iqlim dəyişikliyi problemini həll etmək üçün 200-ə yaxın ölkədən nümayəndələri bir …
Read More »Mirzoyan: Ermənistan Azərbaycanla münaqişə səhifəsini bağlamaq istəyir
Ermənistan Azərbaycanla münaqişə səhifəsini bağlamaq istəyir. Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan Nikosiyada keçirdiyi brifinqdə deyib. “Cənubi Qafqaz mühüm kəsişmədə yerləşir və iqtisadi inkişaf, rifah üçün ciddi perspektivlər var. Onlardan da istifadə etmək lazımdır”, – nazir bildirib.
Read More »Rusiya şirkəti Sumqayıt Kimya Sənaye Parkında istehsal müəssisəsi yaradacaq
İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Rusiyanın “Himtek Engineering” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Boyukmillet.com xəbər verir ki, sənədi qurumun İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Rusiya şirkətinin baş direktoru Sergey Luqovskoy imzalayıblar. Memoranduma əsasən, Rusiya şirkəti Sumqayıt Kimya Sənaye Parkında dəyəri 100 milyon ABŞ dolları olan istehsal müəssisəsi yaradacaq və kimya məhsulları istehsal edəcək. 100 nəfərin işləyə …
Read More »Azərbaycanda daşınmaz əmlakla bağlı portal istifadəyə veriləcək
Azərbaycanda daşınmaz əmlakla bağlı vahid elektron portal gələn ilin əvvəlində istifadəyə veriləcək. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova bildirib. “Portalın layihəsi artıq razılaşdırılmaq üçün hökumətə və aidiyyəti dövlət qurumlarına təqdim edilib. Onlardan müsbət rəy aldıqdan sonra portal istifadəyə veriləcək”, – deyə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar