Sosial mediada yayılan və yeniyetməyə qarşı uyğunsuz davranışın əks olunduğu görüntülərlə bağlı bildiririk ki, hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma aparılır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nə Mil-Muğan Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilir ki, şagirdi vuran şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə …
Read More »İranda ŞOK: Etirazçılara tibbi yardım göstərən həkimlər SAXLANILIR
İran hakimiyyəti etiraz aksiyaları zamanı xəsarət alanlara tibbi yardım göstərən həkim və tibb işçilərini saxlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti hüquq müdafiəçilərinə istinadən məlumat yayıb. Norveçdə yerləşən “Hengaw” təşkilatının məlumatına görə, son günlər azı 9 həkim və könüllü həbs edilib. Onlardan biri, Qəzvin şəhərindən olan 52 yaşlı cərrah Əlirza Qolçini “Allaha qarşı müharibə” maddəsi ilə ittiham olunur. Bu …
Read More »Bakıda daha bir icra başçısı müavinini İŞDƏN ÇIXARDI
Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Əhmədov vəzifəsindən azad olunub. Boyukmillet.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Rafiq Quluyev əmr imzalayıb. Qeyd edək ki, E.Əhmədov 1956-cı ilin oktyabrın 24-də Balakən rayonunda anadan olub. O, 2011-ci ildən Xətai RİH başçısının müavini vəzifəsində işləyib. Ondan əvvəl isə RİH-də müxtəlif vəzifələrdə çalışıb. Xatırladaq ki, daha əvvəl …
Read More »Azərbaycanda indiyədək 400 mindən çox dövlət aktı əsasında hüquqi sənəd təqdim olunub
Azərbaycanda indiyədək torpaq və daşınmaz əmlak üzrə yüz minlərlə vətəndaşın mülkiyyət hüquqları rəsmiləşdirilib, minlərlə obyekt dövlət reyestrində qeydiyyata alınıb. Boyukmillet.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, 60 …
Read More »Aİ və Azərbaycan Naxçıvan dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırmasını hazırlayacaq
Avropa İttifaqı və Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə Naxçıvan dəmir yolu layihəsinin hazırlanması üçün texniki-iqtisadi əsaslandırma işləri görəcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə Aİ ilə Azərbaycan arasında razılaşma əldə olunub. Aİ-nin Azərbaycandakı nümayəndələyinin, razılaşma ilə bağlı yaydığı məlumatda bunun Azərbaycanda və daha geniş regionda mobilliyi və iqtisadi axınları yaxşılaşdırmaq baxımından vacib investisiya olduğu bildirilib: “Bu dəmir yolu, …
Read More »Bakıda leysan olacaq -XƏBƏRDARLIQ
Yanvarın 29-u günün birinci yarısında Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə yağıntının intensiv olacağı ehtimalı var.
Read More »Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib
Milli Məclisin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, qanunvericilik işlər planına üç yeni qanun layihəsi daxil edilib. Yaz sessiyası müddətində Dövlət Qulluğu Məcəlləsi, “Uşaq hüquqları haqqında” və 2025-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin qəbulu nəzərdə tutulub. İş planına həmçinin Azərbaycan Prezidentinin, deputatların, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Prokurorluğun, Naxçıvan …
Read More »Bloqer Hüseyn Həsənov barəsində vergidən yayınma ilə bağlı iş Rusiya prokurorluğuna daxil olub
Bloqer Hüseyn Həsənovun 170 milyon rubl (3,8 milyon manat) məbləğində vergiləri ödəməməsi ilə bağlı cinayət işi ittiham aktının təsdiqlənməsi üçün Rusiya prokurorluğuna daxil olub. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS Moskva prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat yayıb. “Bloqer Hüseyn Həsənovla bağlı cinayət işi ittiham aktının təsdiqlənməsi məsələsinə baxılması üçün Cənub inzibati dairəsinin prokurorluğuna daxil olub. İş üzrə ilkin istintaq …
Read More »Bakı-Ağstafa-Bakı istiqamətində gedənlərə MÜHÜM XƏBƏR
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə fevralın 1-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir. Boyukmillet.com bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir. Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək. Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərsiniz. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya …
Read More »Azərbaycanda uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir
Azərbaycanda uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir. Boyukmillet.com xəbər verir ki, bu məsələ yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsində əks olunub. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, hər bir uşaq doğulduqdan sonra onun doğumu Ailə Məcəlləsinə uyğun olaraq qeydiyyata alınır və o, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 12-ci maddəsinin birinci …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar