Bazar ertəsi , 6 Aprel 2026

autor

Azərbaycan karateçiləri Rusiyada beynəlxalq turnirə qatılacaqlar

Azərbaycan karateçiləri sabah Rusiyanın Soçi şəhərində keçiriləcək “Russia Open” beynəlxalq turnirində iştirak edəcəklər. Boyukmillet.com xəbər verir ki, Səma Tağızadə (47 kq) və Elnur Qasımzadə (67 kq) iki gün davam edəcək yarışda mübarizə aparacaqlar. İdmançıları yarışa məşqçi kimi Seymur Xudaverdiyev çıxaracaq. Qeyd edək ki, sözügedən turnir cari ilin 15-20 dekabr aralığında Malayziyada keçiriləcək deflimpiya üzrə dünya çempionatının hazırlıq mərhələsinin bir hissəsidir.

Read More »

Somali XİN başçısı: COP29-un uğurla keçirilməsi üçün Azərbaycanla sıx əməkdaşlığa hazırıq

Somali BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsi üçün Azərbaycan hökuməti ilə əməkdaşlığa hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Əhməd Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib. “COP29-a ev sahibliyi etdiyinə görə Azərbaycanı təbrik edirik. Biz COP29-a uğurla …

Read More »

Qusarda su kanalında batan şəxsin meyiti tapılıb

Samur-Abşeron su kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, 23 iyul 2024-cü il tarixində Samur-Abşeron su kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Rəhimxanov Nizami Rəhimxan oğlunun meyiti batdığı yerdən 70 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən …

Read More »

Polis Bakıda yaşama hüququ olmayan 34 əcnəbini saxlayıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı tədbirlər davam etdirilir. Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, nəticədə daha 34 əcnəbi vətəndaş qeyd olunan qanun pozuntularına yol verdiyi üçün saxlanılıb. Araşdırmalarla saxlanılanlardan 5 nəfərinin qeydiyyatsız yaşamaqla yanaşı qanunsuz əmək fəaliyyəti ilə məşğul olması da müəyyən edilib.Həmin əcnəbilərin pul müqabilində guya …

Read More »

Səhiyyə Nazirliyi Ağdərə və Tərtər rayonlarında əhalinin ikigünlük kardioloji müayinələrini keçirib

İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Ağdərə və Tərtər rayonlarında əhali üçün ikigünlük kardioloji müayinələr aparılıb. Boyukmillet.com xəbər verir ki, tədbirin əsas məqsədi vətəndaşları ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müvafiq müalicələrin təyin edilməsidir. Tədbirin ilk günündə Ağdərə rayonunun Suqovuşan qəsəbəsi …

Read More »

Azərbaycan millisinin baş məşqçisi: Kipri məğlub edib finala çıxacağımızı düşünürəm

Kipr yarımfinalda görüşə biləcəyimiz ən çətin rəqibdir. Onları məğlub edib finala çıxacağımızı düşünürəm. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın 18 yaşadək qız basketbolçulardan ibarət millisinin baş məşqçisi Evren Alkaya Kosovoda keçirilən Avropa çempionatının yarımfinalında Kipr komandası ilə qarşılaşacaqları oyundan öncə deyib. Türkiyəli mütəxəssis uduzmaq niyyətində olmadıqlarını bildirib: “Yarımfinalda Kiprlə qarşılaşacağıq. Hansı ki, 2022-ci ildə çempion olublar. Öz yaş qrupunda ilk …

Read More »

Bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında iyulun 27-də əsasən dağlıq və dağətəyi rayonlarda, 28-dən 29-u axşamadək isə bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, …

Read More »

Anar Sarıyev: Basketbolçularımız Ermənistanla oyunda məsuliyyəti dərk edirdilər

Uşaqlarda bir az həyəcan var idi. Bu görüşün məsuliyyətini də dərk edirdilər. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisinin baş məşqçisi Anar Sarıyev Avropa çempionatının C divizionunda Ermənistanı məğlub (76:69) etdikləri matç barədə danışarkən deyib. Mütəxəssis qarşılaşmaya tam hazır olduqlarını vurğulayıb: “Oyuna çox yaxşı başladıq. Uşaqları sakitləşdirdik, nəyə görə oynadığımızı başa saldıq. Bütün dünyaya qalib xalq …

Read More »

2024-cü ilin altı ayında 3 mindən çox insan barədə Azərbaycana girişin məhdudlaşdırılması qərarı verilib

İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə 3 min 993 nəfərə ölkə ərazisinə girişin məhdudlaşdırılması qərarı verilib. Dövlət Miqrasiya Xidmətindən (DMX) “Report”a verilən məlumata görə, bu qərarlardan 1104-sı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla cərimə tətbiq olunub. Digər 2 min 889 əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Miqrasiya Məcəlləsinin müvafiq …

Read More »

Naxçıvanda Sahibkarlığın İnkişafı Fondunun kredit portfeli 50 milyon manatı ötüb

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun kredit portfeli 52,5 milyon manat təşkil edir. Boyukmillet.com xəbər verir ki, bunu yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib. Bu gün Naxçıvanda nazirliyin təşkilatçılığı və 10-a yaxın bankın iştirakı ilə “Naxçıvanda biznesə güzəştli maliyyələşmə dəstəyi” mövzusunda konfrans keçirilir. Tədbirin məqsədi maliyyə resurslarına əlçatanlığın təmin edilməsi məqsədilə kredit təşkilatları ilə …

Read More »