Bazar ertəsi , 6 Aprel 2026

autor

2024-cü ilin altı ayında 3 mindən çox insan barədə Azərbaycana girişin məhdudlaşdırılması qərarı verilib

İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə 3 min 993 nəfərə ölkə ərazisinə girişin məhdudlaşdırılması qərarı verilib. Dövlət Miqrasiya Xidmətindən (DMX) “Report”a verilən məlumata görə, bu qərarlardan 1104-sı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla cərimə tətbiq olunub. Digər 2 min 889 əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Miqrasiya Məcəlləsinin müvafiq …

Read More »

Naxçıvanda Sahibkarlığın İnkişafı Fondunun kredit portfeli 50 milyon manatı ötüb

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun kredit portfeli 52,5 milyon manat təşkil edir. Boyukmillet.com xəbər verir ki, bunu yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib. Bu gün Naxçıvanda nazirliyin təşkilatçılığı və 10-a yaxın bankın iştirakı ilə “Naxçıvanda biznesə güzəştli maliyyələşmə dəstəyi” mövzusunda konfrans keçirilir. Tədbirin məqsədi maliyyə resurslarına əlçatanlığın təmin edilməsi məqsədilə kredit təşkilatları ilə …

Read More »

Azərbaycanda tütün məmulatlarının və içkilərin qiyməti artacaq

Nazirlər Kabineti aksiz vergisini qaldırdı Azərbaycana idxal edilən tütün məmulatları və içkilərin aksiz vergisi artırılıb. Nazirlər Kabineti Azərbaycana gətirilən aksizli malların aksiz dərəcələri ilə bağlı qanuna dəyişiklik edib. Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, idxal edilən etil spirtinin (həcm faizi 80 və ya çox spirt qatılığı ilə) hər litri üçün aksiz vergisi 6 manatdan 6,8 manata qaldırılıb. Üzüm çaxırının …

Read More »

Xaçmazda: “Sahələrimizi qanunsuz qazırlar, əkinlərimiz suyun altında qalır”

İki kəndin sakinləri arxla bağlı problem yaşayır Xaçmazın Qədmalıqışlaq kəndinın 30-a yaxın sakini kənd ərazisindəki pay torpaqlarından keçən arxın əkin sahələrinə zərər verməsindən gileylənir. Sakinlərin iddiasına görə, təqribən 15 il əvvəl Çaqacuq çayının suyunu Aşağı Zeyid kəndindəki əkin sahələrinə vermək üçün onların torpaqlarından arx çəkilib. Ancaq ötən illər ərzində sakinlər bunun zərərini çəkdikləri üçün bir ildir ki, arxı ləğv etməyə …

Read More »

ABŞ Ermənistanın Müdafiə Nazirliyinə müşavir göndərir

Səfirlik artıq həmin şəxsin seçildiyini təsdiqləyib ABŞ Ermənistanın təhlükəsizliyini dəstəkləmək üçün yaxın aylarda Ermənistanın Müdafiə Nazirliyinə müşavir göndərəcəyini açıqlayıb. Məsləhətçi ABŞ-ın Qlobal Müdafiə İslahatı Proqramının bir hissəsi kimi göndəriləcək. ABŞ-ın Ermənistandakı səfirliyi “OC Media”-ya maliyyənin ABŞ silahlı qüvvələri və ya Müdafiə Nazirliyi tərəfindən deyil, Dövlət Departamenti vasitəsilə veriləcəyini təsdiqləyib. Səfirlikdən “OC Media”-ya bildiriblər ki, məsləhətçi vasitəsilə Birləşmiş Ştatlar həm ABŞ-Ermənistan münasibətlərini, …

Read More »

MSK: Polad Bülbüloğluna deputatlığa namizədlik üçün imza vərəqələri təqdim edilib

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu növbədənkənar parlament seçkilərində namizədlik üçün müraciət edib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Qeyd edilib ki, Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputatlığa namizədliyinin irəli sürülməsi təsdiq edilib. MSK-dan o da bildirilib ki, ona imza vərəqələri verilib.

Read More »

MN: Tovuz istiqamətində kəşfiyyat uçuşu edən Ermənistan PUA-sı ərazidən uzaqlaşdırılıb

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter iyulun 25-də saat 10:55 radələrində Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. “Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının (PUA) fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb”, – məlumatda qeyd olunub.

Read More »

Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün cavab təklifləri paketi hazırlayır

Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün cavab təklifləri paketi hazırlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik-Armeniya”ya Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. “Ermənistanın sülh sazişi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir. Ermənistan artıq səsləndirilmiş və təqdim olunan fundamental müddəalara uyğun olaraq, mümkün qədər tez bir zamanda sazişi imzalamağa hazırdır”, – o bildirib. Xatırladaq ki, Ermənistan …

Read More »

Azərbaycan millisi paralimpiadada ilk dəfə 7 idman növündə təmsil olunacaq

Azərbaycan millisi Paris-2024 Yay Paralimpiya Oyunlarında ilk dəfə 7 idman növündə təmsil olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb. Yarış avqustun 28-dən sentyabrın 8-dək Fransanın paytaxtı Parisdə keçiriləcək. Azərbaycanı paralimpiadada 18 idmançı təmsil edəcək: Paraatletika Oloxan Musayev (nüvə itələmə) Rüfət Rəfiyev (nüvə itələmə) Lamiyə Vəliyeva (qaçış) Səid Nəcəfzadə (uzunluğa tullanma) Orxan Aslanov (uzunluğa tullanma) Paraüzgüçülük …

Read More »

Bakı-Pekin iqtisadi tərəfdaşlığı – liderlərin şəxsi münasibətləri əlaqələri pik həddə yüksəldib – ŞƏRH

Qədim İpək Yolu dövründən başlayan tarixi Azərbaycan-Çin münasibətləri günbəgün güclənərək daha strateji mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan–Çin münasibətləri iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafına geniş imkanlar açır. Dövlətlərarası sərmayələrin təşviqi, imzalanan sazişlər, iqtisadi əməkdaşlığa dair sənədlər mühüm önəm daşıyır. Çinlə ölkəmiz arasında son illərdə səmərəli investisiya əməkdaşlığı həyata keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə Çinə olan səfərləri, eləcə …

Read More »