Bazar ertəsi , 6 Aprel 2026

autor

Estoniya prezidenti hökumətin yeni tərkibini təsdiqləyib

Estoniya Prezidenti Alar Karis İslahatlar Partiyasından olan Kristen Mixalın rəhbərlik edəcəyi yeni hökuməti təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Estoniya milli dövlət televiziya və radiosunun portalı ERR məlumat yayıb. Məlumata görə, hökumət Estoniya Sosial Demokrat Partiyası (ESDP), İslahatlar Partiyası və “Eesti 200”-ün daxil olduğu hakim koalisiya tərəfindən formalaşdırılıb. Qeyd olunur ki, yeni Nazirlər Kabineti iyulun 23-də Riyqikoqunun (Estoniya parlamenti) …

Read More »

Rəşad Nəbiyev: “Bakı ilə Qahirə arasında birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır”

Bakı ilə Qahirə arasında birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misir Ərəb Respublikasının Milli Gününün 72-ci ildönümü ilə bağlı tədbirdə bildirib. Nazir qeyd edib ki, hazırda “Azərbaycan Hava Yolları” (AZAL) Bakı ilə Şarm Əl-Şeyx arasında uçuşlar həyata keçirir: “Nəzərə alsaq ki, Misirə səyahət edən azərbaycanlıların sayı təxminən 3 dəfə …

Read More »

İstilik enerjisi təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işləri müzakirə edilib

2024-2025-ci il istilik enerjisi təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı iclas keçirilib. Nazirlər Kabinetindən “Report”a bildirilib ki, Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində istilik enerjisi təchizatı sahəsində 2024-2025-ci il payız-qış mövsümünə hazırlıq məsələləri, istilik təchizatını təmin edən qazanxana və istilik məntəqələrinin istismara hazırlıq vəziyyəti, habelə istilik xidmətlərinin göstərilməsində “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi və …

Read More »

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

Paytaxtın Suraxanı rayonunda azyaşlını girov götürüb öldürəcəyi ilə hədələyən şəxs zərərsizləşdirilib. DİN-in Mətbuat Xidmətindən “Report”a bildirilib ki, axtarışda olan, əvvəllər hərbi və digər cinayət əməllərinə görə məhkum olunmuş X.Əhmədov saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb, müqavimət göstərib, uşağı girov götürərək boğaz nahiyəsinə soyuq silah dayayaraq onun həyatına təhlükə yaratmaqla qeyri-adekvat hərəkətlərini davam etdirib. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, …

Read More »

Xırdalanda 14 mərtəbəli binanın şaxtası boyunca elektrik naqilləri yanıb, sakinlər təxliyə edilib

FHN-in “112” qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 14 mərtəbəli binanın şaxtası boyunca elektrik naqillərinin yandığı müəyyən edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın …

Read More »

Litva Hərbi Dəniz Qüvvələri üçün axtarış-xilasetmə gəmisi inşa ediləcək

Litva Hərbi Dəniz Qüvvələri üçün axtarış-xilasetmə gəmisi inşa ediləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit Nazirliyi məlumat yayıb. “Gəminin inşası haqqında müqavilə Litva Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Giedrius Premenckas və nazirliyin Layihələr üzrə Agentliyinin direktoru Gvidas Darguzas tərəfindən imzalanıb”, – məlumatda bildirilib. Plana əsasən, yeni axtarış-xilasetmə gəmisi 2029-cu ildə suya salınacaq. Gəminin dəyəri açıqlanmasa da, vəsaitin …

Read More »

AGF-nin vitse-prezidenti Paris-2024-də iştirak edəcək idmançılarla görüşüb

Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov Fransanın paytaxtı Parisdə təşkil olunacaq Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılar və nümayəndə heyəti ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə AGF-nin mətbuat xidməti məlumat yayıb. Federasiya rəsmisi gimnastların Paris-2024 Olimpiadasına hazırlığı ilə maraqlanıb, onlara uğurlar arzulayıb. Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı 15 …

Read More »

Parlamentdə kök atmış deputatlar

Siyasətçilər deyir ki, YAP xalqın istəyi ilə deyil, öz xətti ilə hərəkət edir Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə uzunömürlü mandat sahibləri təkrar qatılırlar. Məsələn, Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısında bir sıra adlar illərdir dəyişməz qalır. Bu sırada 2 saylı Şərur-Kəngərli seçki dairəsindən namizədliyini vermis Siyavuş Novruzovu, 4 saylı Naxçıvan şəhər seçki dairəsindən namizədliyini vermis Eldar İbrahimovu, 34 saylı …

Read More »

Vyetnamda ikigünlük matəm elan olunub

Vyetnam Kommunist Partiyasının Baş katibi Nquen Fu Çonqun ölümü ilə əlaqədar ölkədə ikigünlük milli matəm elan olunub. Boyukmiillet.com xəbər verir ki, vida və anım mərasimi iyulun 25-26-da keçiriləcək. Vida və anım mərasimi Hanoy şəhərində keçiriləcək. İkigünlük milli matəm dövründə Vyetnamın dövlət bayraqları yarıya qədər endiriləcək və ölkənin bütün dövlət idarələrində və ictimai yerlərdə əyləncə tədbirləri ləğv olunacaq. Xatırladaq ki, Nquen …

Read More »

AK Parti rəsmisi: Türkiyə ilə Suriya arasında normallaşma prosesi suriyalıların öz ölkələrinə qayıtmasını sürətləndirəcək

Türkiyənin ən böyük sərhədi Suriya ilədir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndəsi Mustafa Elitaş “CNN Türk”ün efirində deyib. O bildirib ki, Türkiyə öz sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi üçün çalışır: “Bu, Türkiyənin haqqıdır. Türkiyə İŞİD-ə qarşı ciddi mübarizə aparır. Həmçinin YPG, PKK kimi terror təşkilatlarının “terroristan” adlı dövləti yaratmasına imkan verməməsi də Türkiyənin …

Read More »