Bazar ertəsi , 6 Aprel 2026

autor

Bakıda bir nəfərin 35 min manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən əcnəbi saxlanılıb

Bakının Nəsimi rayonunda bir nəfərin 35000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən əcnəbi vətəndaş saxlanılıb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 35000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Read More »

Ermənistanda İraq vətəndaşı özünü və iki polisi güllələyib

Ötən gecə əcnəbi şəxs Ermənistanın Kotayk vilayətində polis bölməsində avtomat silahından atəş açıb, nəticədə iki polis əməkdaşı yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan” məlumat yayıb. Qeyd edilib ki, həmin şəxs daxil olan siqnal əsasında bölməyə gətirilib. O, bölmədə polis əməkdaşlarından birinin avtomat silahını götürərək özünü güllələmək istəyib. Nəticədə həm özü, həm də iki polis nəfəri yaralanıb. Hazırda faktla bağlı …

Read More »

KİV: Olimpiya Oyunları ərəfəsində evsizlər və miqrantlar Parisdən zorla çıxarılır

Fransa hökuməti Yay Olimpiya Oyunlarının başlaması ərəfəsində miqrantları və evsizləri Parisdən zorla çıxarır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Inside The Games” nəşri məlumat yayıb. Bildirilib ki, Fransa hakimiyyəti evsizlərə və miqrantlara qarşı yol verdiyi qanunsuz hərəkətlərə görə ictimaiyyətin sərt tənqidinə məruz qalıb. Qeyds edək ki, 2024-cü il Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək.

Read More »

Azərbaycanın üzgüçüsü Bolqarıstanda gümüş medal qazanıb

Azərbaycanın suya tullanma növü üzrə idmançısı Məhəmməd Hüseynov Bolqarıstanın Varna şəhərində keçirilən “Üçüncü Balkan Gənclər Çempionatı” beynəlxalq turnirində gümüş medal qazanıb. Boyukmillet.com xəbər verir ki, M.Hüseynov E qrupunda ikinci yerə layiq görülüb. Qeyd edək ki, yarışda 10 ölkədən 110 idmançı mübarizə aparır. Azərbaycanın üzgüçüləri Anton Melnikov və Anqelina Melnikovanın rəhbərliyi altında çıxış edirlər.

Read More »

Azərbaycan neftinin qiyməti 1 dollardan çox ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,09 ABŞ dolları, yaxud 1,3 % azalaraq 88,46 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 82,63 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə …

Read More »

Hökumət hüququ pozduğunu etiraf edib

AİHM Azərbaycanla bağlı daha 3 işə baxıb Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı daha üç qərardadını elan edib.“Əlayif Həsənov Azərbaycana qarşı” – məhkəmə işi mərhum vəkil Əlayif Həsənovla bağlıdır. O, illər öncə defamasiyaya görə məsuliyyətə cəlb edilmişdi. Ərizəçi həbsdə olan müvəkkilinin kamera yoldaşı tərəfindən təhdid edilməsi ilə bağlı məlumat yaymışdı. Bundan sonra müvəkkilinin kamera yoldaşı onu böhtan atmaqda ittiham etmişdi.Yerli …

Read More »

Putin Lukaşenkonu prezidentliyinin 30 illiyi münasibətilə təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonu dövlət başçısı vəzifəsində olmasının 30 illiyi münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb. “Müasir dövlət institutlarının qurulması və sosial-iqtisadi sahədə mühüm uğurlara imza atılması ilə əlamətdar olan Belarusun bütün müasir tarixi sizin adınızla ayrılmaz şəkildə bağlıdır. Belarus seçiciləri ardıcıl altı dəfə ən yüksək dövlət …

Read More »

Cüdo üzrə yeniyetmələr arasında ACF Kuboku keçiriləcək

İyulun 20-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə 18 yaşa qədər yeniyetmələr arasında “Ne-vaza” ACF Kuboku keçiriləcək. Boyukmillet.com xəbər verir ki, “Ne-vaza” bilik və bacarıqları idmançılara görüşlər zamanı yerdə (parterdə) texnikalarını inkişaf etdirməyə və təkmilləşdirməyə kömək edir. Bu bacarıqlar fənddən yayınmaq və rəqibləri məğlub etmək üçün lazım olan effektiv strategiyanı dəstəkləyir.

Read More »

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə prosesi davam etdirilib

Müdafiə Nazirliyinin (MN) mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin (HDQ) maliyyə idarəsinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin …

Read More »

Azərbaycanlı mütəxəssislər İslamabadda 4 obyektin bərpasında iştirak edəcəklər

Azərbaycanlı mütəxəssislər Pakistanın paytaxtı İslamabadda 4 obyektin bərpasında iştirak edəcəklər. Boyukmillet.com xəbər verir ki, Bakı və İslamabad arasında Anlaşma Memorandumunun icrası çərçivəsində birinci mərhələdə Azərbaycan mütəxəssisləri Srinaqar şossesinin, Şəkərpərian mərkəzi şəhər meydanı, Səidpur kəndi və “Melodi Fud-park”ın yenidən qurulmasında iştirak edəcəklər. Bildirilib ki, Bakıdan olan bağçılıq üzrə ekspertlər qrupu qarşıda duran məsələləri müzakirə etmək üçün paytaxt İslamabadın İnkişaf İdarəsinin sədri Məhəmməd Əli …

Read More »