Bazar ertəsi , 6 Aprel 2026

autor

Anar Bağırovun mediaya qiymət meyyarı-Obyektivliyin təmini, yoxsa tənqiddən sığortalanmaq cəhdi…

Dünən həmkarlarımız tərəfindən kütləvi paylaşılan, lakin eyni məzmunu daşıyan postlar diqqətimi çəkdi. Mahiyyət bundan ibarətdir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov bir qrup həmkarımıza mükafatlar təqdim edib. Təşəkkürnamələrin verilməsi bununla izah edilir ki, sözügedən media subyektləri Vəkillər Kollegiyasının fəaliyyətinin işıqlandırılmasına dəstək veriblər. Düzü, bu əməkdaşlığın hansı meyyarlar əsasında müəyyən olunduğu barədə ətraflı məlumat verilmir. Əgər Anar Bağırovun rəhbəri olduğu qurum …

Read More »

“Sabir bəyin bu parlamentdə olması tək partiyamız yox həm də müstəqillik tariximiz üçün mənəvi məsələdir”

Milli Məclisdə çoxluq təşkil edən YAP-çı deputatlar növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Onların müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəflər tərəfindən dəstəklənib. Boyukmillet.com xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, bildirib ki, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi zərurətdən irəli gəlib və parlmentin buraxılma forması da Konstitusiyada …

Read More »

Ermənistan Fələstini Türkiyənin istəyi ilə tanıyıb? – Ankaradan açıqlama

Ermənistanın Fələstin dövlətini tanımaq qərarına gəlməsi bizi sevindirir. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “İspaniya, İrlandiya, Norveç və Sloveniya kimi dövlətlərdən sonra Ermənistanın Fələstin dövlətini tanımaq qərarına gəlməsi bizi sevindirir. Əvvəllər də həmişə vurğuladığımız kimi, Fələstinin tanınması beynəlxalq hüququn, ədalətin və vicdanın tələbidir.  Türkiyə olaraq daha çox ölkənin Fələstini tanıması üçün səylərimizi davam etdirəcəyik”, – bəyanatda deyilir. Qeyd …

Read More »

Ağsaqqal deputatlar növbədənkənar seçkiyə qatılacaqlarmı?

Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi xəbəri ortaya bir neçə sual çıxarıb. O suallardan biri belədir ki, Milli Məclisin tərkibi neçə faiz dəyişəcək? Yeni, gənc simalar orda təmsil olunacaqmı? Bir başqa sual müxalifətlə bağlıdır. Cəmiyyət hakimiyyətin siyasi rəqiblərinin qanunvericilik orqanında təmsilçiliyinin mümkün olub-olmayacağını maraqlı gözləyir. Nəhayət, ən maraqlı sual: Milli Məclisin stajlı və yaşlı deputatları yenidən seçkiyə qatılacaqmı? Globalinfo.az bu sualla bağlı …

Read More »

Qoruq elan edilən Ordubad şəhərinin tarixi – VİDEO

Ordubad şəhəri Kiçik Qafqaz sıra dağlarının Qapıcıq zirvəsinin ətəklərində yerləşir. Şəhər dövrümüzə qədər özünün orta əsr milli memarlıq və şəhərsalma quruluşunu qoruyub saxlayır. Bütün bu xüsusiyyətlərindən irəli gələrək 2024-cü ildə imzalanan sərəncam əsasında “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Şəhəri ziyarət edən turistlər qədimliyini qoruyub saxlayan məhəllələrlə, qədim məscidlərlə, buzxana, hamam, karvansara, üstüörtülü bazar kompleksi ilə – bir sözlə şərq şəhərinin …

Read More »

Bakıda çörəklə bağlı təhlükəli vəziyyət: Köhnəni təzə bişirilənə qatırlar?

“Azərbaycan xalqı dünyada ən çox çörək yeyən xalqdır. Buna görə dünyada birinci yerdəyik. Həm də çörək bizim üçün müqəddəsdir. Amma bizneslə məşğul olanlar xalqın çörəyi çox yeməsindən sui-istifadə edirlər. Şikayətləri analiz etdikdə görünür ki, çörəklər ya çox qısa zamanda sıradan çıxır, ya da uzun müddət saxlayanda sıradan çıxmır. Hər iki hal istehlakçı hüququnu qoruyan təşkilatı qayğılandırır”. Boyukmillet.com xəbər verir ki, …

Read More »

Abşeronda keçirilən əməliyyatlar zamanı 64 odlu silah və əl qumbaraları aşkarlanıb

Abşeron rayonunda vətəndaşlar 64 odlu silah, 33 əl qumbarasını polisə könüllü təhvil veriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Abşeron Rayon Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən ötən gün hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib. Vətəndaşlarla aparılan profilaktik söhbətlərin nəticəsi olaraq 11-i Kalaşnikov avtomatı, 3-ü tapança və 50-si ov tüfəngi …

Read More »

İran həmkarlar təşkilatından prezidentliyə namizədlərə çağırış: Fəhlələrlə bağlı proqramlarınızı təqdim edin

İran Həmkarları Ali Konfederasiya Şurası prezidentliyə namizədlərdən fəhlələrlə bağlı proqramlarını təqdim etmələrini istəyib. Boyukmillet.com xəbər verir ki, şuranın başçısı Sami Cülpur bu barədə məktub yayıb. Bildirilib ki, 30 maddədən ibarət məktubda fəhlələrin həyat və iş şəraitinin yaxşılaşdırılması, sığorta olunması, məşğulluq, əmək haqqı və qadın işçilərin hüquqlarının ədalətlə tənzimlənməsi, pensiyaçılar üçün yaşayış şəraitinin real bərabərləşdirilməsi, işçilərin mənzillə təmin olunması, müqavilələrin imzalanmasında …

Read More »

Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib

Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” planına uyğun olaraq tədbir keçirilib. Tədbir zamanı Qacar kəndinin ərazisində yabanı halda bitən 3 tondan artıq 6 832 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

Read More »

Sumqayıtda üç nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Ötən il oktyabrın 28-də Sumqayıt şəhəri ərazisində 6 nəfərə odlu silahdan xəsarət yetirilməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, istintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu …

Read More »