Bazar ertəsi , 6 Aprel 2026

autor

Cəbrayılda sursat partlayışı olub, ANAMA-nın əməkdaşı ölüb, yaralılar var

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində 2024-cü il 21 iyun tarixində sursat partlayışı hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Qeyd edilib ki, ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. …

Read More »

Ermənistan Fələstinin müstəqilliyini tanıyıb

Ermənistan Fələstinin müstəqilliyini tanıyıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb. “Ermənistan Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olmasında, yəhudi və Fələstin xalqları arasında davamlı sülhün bərqərar olunmasında səmimi maraq göstərir. Müxtəlif beynəlxalq platformalarda biz hər zaman Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllinin tərəfdarı olmuşuq və İsrail-Fələstin münaqişəsinin həllində “iki dövlət” prinsipini dəstəkləmişik”, …

Read More »

Azərbaycanda bayram günlərində yol qəzalarında 16 nəfər ölüb

Azərbaycanda bayram günlərində baş verən qəzalarda ölənlərin sayı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev məlumat verib. O bildirib ki, bayram günlərində 28 yol qəzası qeydə alınıb: “Baş verən qəzalarda 16 nəfər həyatını itirib, 23 nəfər xəsarət alıb”.

Read More »

Sahibə Qafarova: Ərazi bütövlüyümüzün bərpasından sonra Milli Məclisin yeni tərkibdə təsis edilməsi məqsəduyğundur

Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Milli Məclisin yeni tərkibdə təsis edilməsinin məqsəduyğun olması düşünürəm ki, hamıya aydındır. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünükü iclasında deyib. Onun sözlərinə görə, Milli Məclisin yeni çağırışının tam formalaşdırılması Azərbaycan üçün böyük əhəmiyyətli tədbirlər zamanı parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsinə şərait yaradılacaq: “Digər tərəfdən beynəxalq tədbirlərə hazırlıq …

Read More »

Hikmət Hacıyev: Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır

Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının V iclasında deyib. O qeyd edib ki, Azərbaycan bu logistik strukturun inkişafına fəal şəkildə investisiya yatırmağa davam edir: “Hazırda dəhlizin Azərbaycan hissəsinin ötürücülük qabiliyyətinin genişləndirilməsi istiqamətində işlər aparılır. Şübhəsiz ki, bu, …

Read More »

Prezidentin köməkçisi: Azərbaycanla Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir

Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər ən yüksək səviyyədədir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının V iclasında deyib. Onun sözlərinə görə, bu, artıq yaxşı ənənəyə çevrilib: “Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir. Ortaq mədəniyyət, tarix və qarşılıqlı hörmət bu əlaqələrin inkişafına kömək …

Read More »

Nazirlik Bakıda bir sıra memarlıq abidələrində aparılan təmir-bərpa işlərinə aydınlıq gətirib

Son günlər Bakı şəhərində yerləşən bir sıra memarlıq abidələri olan binalarda aparılan təmir-bərpa və abadlıq işləri ictimaiyyət arasında müzakirələrə yol açıb. Bu narahatlıq bəzi tarixi bina fasadlarının, o cümlədən daşla üzlənmiş binaların rənglənməsi işlərinə başlanılmasıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, aparılan abadlıq işlərinin səbəbi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının …

Read More »

Xırdalanda 22 yaşlı gənci elektrik cərəyanı vurub

Abşeron rayonunun Xırdalan şəhərində 22 yaşlı gənci elektrik cərəyanı vurub. Boyukmillet.com xəbər verir ki, Astara rayon sakini Salmanzadə Elmir Ramik oğlu həyətyanı sahədə işləyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb. Baş Prokurorluq “Report”un sorğusuna cavab olaraq faktı təsdiqləyib, araşdırma aparıldığı bildirilib.

Read More »

Bağçalarda müdir vakansiyası müsabiqəsinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Məktəbəqədər təhsil müəssisələrində müdir vakansiyası üçün keçirilmiş müsabiqənin müsahibə mərhələsi üzrə nəticələr elan olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, cari ilin mart ayında məktəbəqədər təhsil müəssisələrində boş olan müdir vakansiyası üçün müsabiqənin test imtahanı mərhələsi keçirilib. Bu mərhələdə uğur qazanan namizədlər iyunun ilk 10 günlüyündə Bakı Şəhər …

Read More »

Belçikalı ekspert: “Azərbaycan sığorta sahəsində ciddi boşluqlarla üzləşib”

Əksər ölkələr kimi Azərbaycan da sığorta sahəsində ciddi boşluqlarla üzləşib. Boyukmillet.com xəbər verir ki, bunu Belçikanın Löven Katolik Universitetinin professoru Karel Van Hulle Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda (“Azerbaijan International Insurance Forum” – AIIF-2024), “İqlim dəyişikliyinin təsiri altında sığorta” adlı panel müzakirələrində bildirib. “Bu boşluq mühüm risklər olduqda vətəndaşları qoruyacaq sığorta məhsullarının olmaması deməkdir. Həmin risklərə təbii fəlakətləri misal gətirə bilərəm. Getdikcə …

Read More »