Çərşənbə axşamı , 7 Aprel 2026

autor

“Qərbi Azərbaycana qayıdış” ikinci festival-konqresinə hazırlıq yekunlaşmaq üzrədir

İyunun 21-22-də Şahbuz rayonunun Batabat yaylağında keçiriləcək “Qərbi Azərbaycana qayıdış” ikinci festival-konqresinə hazırlıq işləri yekunlaşmaq üzrədir. Boyukmillet.com xəbər verir ki, artıq Qərbi Azərbaycanın 11 mahalının gündəlik həyat tərzini canlandıran çadırlar qurulub. Festival-konqresdə Qərbi Azərbaycana məxsus folklor nümunələri, kulinariya, musiqi və yallı nömrələri, sərgilər, ədəbi-bədii kompozisiyalar təqdim olunacaq. Eyni zamanda, festivalda Qərbi Azərbaycandan olan iki gəncin toyunun keçirilməsi nəzərdə tutulur.

Read More »

Ermənistan Fransadan 36 “Caesar” özüyeriyən silah alıb

Ermənistan Fransadan 36 ədəd “Caesar” özüyeriyən artilleriya sistemi alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” jurnalının direktor müavini, jurnalist Jan-Kristof Buisson “X” sosial şəbəkəsində yazıb. “Bu silahlar yaxın 15 ay ərzində onlara çatdırılmalıdır”, – Buisson qeyd edib. İrəvan və Parisin “Caesar” özüyeriyən haubitsalarının tədarükünə dair müqavilə imzalaması faktını daha əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu açıqlamışdı. Qeyd …

Read More »

Keniyada BTQ-nin Yeni Kaledoniyada neokolonializm və insan hüquqları pozuntularına qarşı mübarizəsindən danışılıb

Keniyada Bakı Təşəbbüs Qrupunun (BTQ) neokolonializmlə mübarizə üzrə fəaliyyətindən danışıblar. Boyukmillet.com xəbər verir ki, Keniyanın dövlət televiziyası BTQ-nin fəaliyyətinə və Yeni Kaledoniyada və digər müstəmləkələrdə müstəmləkəsizləşdirmə və insan haqlarına qarşı mübarizə üzrə təşəbbüs qrupunun qaldırdığı məsələlərə dair reportaj hazırlayıb. Reportajda qeyd edilir ki, BTQ Fransanı neokolonializm siyasətini dayandırmağa və kanak xalqının öz müqəddəratını təyin etmək hüququnu təmin etməyə çağırıb. Eyni …

Read More »

Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi son 24 ildə ən aşağı səviyyəyə düşüb

Bu ilin apral ayında Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında ikitərəfli ticarət dövriyyəsi martla müqayisədə 6 % azalaraq 5,6 milyard avro təşkil edib və bu, 2000-ci ilin yanvarından bəri ən aşağı göstəricidir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Eurostat”ın hesabatında deyilir. Bu dövr ərzində Rusiya mallarının Avropaya tədarükü 17 % azalaraq 2,7 milyard avro təşkil edib ki, bu, 1999-cu ilin iyunundan …

Read More »

Dini Komitənin sədri Almaniyanın Süryani Ortodoks Kilsəsinin rəhbərliyi ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 19-da ölkədə səfərdə olan Almaniyanın Süryani Ortodoks Kilsəsinin rəhbər heyəti ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın nümunəvi dövlət-din münasibətləri modeli, dövlətin din sahəsindəki siyasəti barədə danışan Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin tolerantlıq ənənələrini daha da inkişaf etdirərək dövlət siyasətinə çevirdiyini, ayrı-ayrı dini konfessiyalara münasibətdə heç bir fərq qoyulmadan …

Read More »

Azərbaycan Türkiyənin iqtisadiyyatına investisiya qoyuluşunu 2 dəfə artırıb

Bu ilin I rübündə Azərbaycan Türkiyə iqtisadiyyatına 40 milyon ABŞ dolları investisiya yatırıb. Boyukmillet.com xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanın Türkiyənin iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 6,7 %-dən 12,1 %-ə çatıb. Yanvar-mart aylarında Türkiyə isə Azərbaycan iqtisadiyyatına 261,4 milyon ABŞ dolları investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 10,7 % azdır. İl ərzində Türkiyənin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun …

Read More »

Azərbaycan idmançısı  Avropa birinciliyinin qalibi olub

Azərbaycan idmançısı Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyinin qalibi olub. Boyukmillet.com xəbər verir ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışda təmsilçimiz İsa Əliyev körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb.Atletimiz birdən qaldırma hərəkətində 112 kq-ı başı üzərinə qaldıraraq …

Read More »

Sallivan: Kiyevə verilən F-16-lar Ukraynada yerləşdiriləcək

ABŞ tərəfindən Kiyevə verilən F-16 qırıcıları Ukrayna ərazisində yerləşdiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan PBS telekanalına müsahibəsində bildirib. “Plan ondan ibarətdir ki, F-16-lar Ukraynada yerləşdiriləcək. Prezident Bayden ilə Prezident Zelenskinin imzaladığı ikitərəfli təhlükəsizlik sazişi bu məqamı vurğulayır: biz Ukraynaya bu imkanları əldə etməkdə kömək olmaq istəyirik. Bu vasitələr Ukraynada yerləşdirilməlidir”, – …

Read More »

KİV: Fransa Ukraynaya yalnız altı qırıcı göndərə bilər

Fransa Ukrayna Silahlı Qüvvələrinə (AFU) mövcud 26 “Mirage 2000-5” qırıcısının yalnız altısını göndərə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Fransanın “Valeurs Actuelles” nəşri mənbələrə istinadən yazıb. Qeyd olunub ki, bütün təyyarələrin Kiyevə təhvil verilməsi ölkənin təhlükəsizliyinə təhdid yarada bilər. “Çox kiçik rəqəmdir. Xüsusilə 2025-ci ilin əvvəlinə qədər ukraynalıların alacağı gözlənilən onlarla “F-16” ilə müqayisədə”, – nəşr bildirib. Fransanın aviasiya generalı …

Read More »

DİASPOR fəalı olan xanımların PUL DAVASI – Haaqadakı restoranda nə baş verib?

İyunun 15-də Niderlandın Den Haag şəhərində yerləşən restoranların birində Azərbaycan diasporunun fəalları arasında dava düşüb. Diaspora.TV heç də xoşa gəlməyən bu hadisəni ictimailəşdirdikdən sonra sosial şəbəkələrdə ciddi müzakirə olunub. Müxtəlif platformalarda aparılan müzakirələrdə diaspor fəalları olan xanımlarımzın bu hərəkəti tənqid edilib. Kimdir günahkar: Dava salan, yoxsa yayan? Lakin diaspor fəalı olan xanımlarımıza yaxın olan bəzi insanlar informasiya ictimailəşəndən sonra Diaspora.TV-ni hədəf alıb. Maraqlıdır, …

Read More »