Niderlandın Baş naziri Mark Ruttenin NATO-nun yeni baş katibi olmaq üçün yalnız Macarıstan və Rumıniyanın dəstəyinə ehtiyacı var. Boyukmillet.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Qeyd olunub ki, təşkilatın digər 30 ölkəsi artıq onun namizədliyini dəstəkləyib. Rutteni dəstəkləyən sonuncu ölkə Slovakiya olub. Bu ölkənin prezidenti Peter Pelleqrini bir gün əvvəl deyib ki, o, Ukraynaya hərbi yardım ötürdükdən sonra Şimali …
Read More »Azərbaycanda taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 5 000-i ötüb
Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 5 131-ə çatıb. Boyukmillet.com bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) istinadən xəbər verir. “Təlim keçən sürücülərin sayı isə 21 879-a çatıb”, – deyə agentlik bəyan edib.
Read More »Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb
Ümumi orta aylıq əmək haqqına görə ölkələrin dünya reytinqində Azərbaycan 2024-cü ilin əvvəlinə 196 ölkə arasında 99-cu yeri tutub. Boyukmillet.com xəbər verir ki, ölkəmizdə orta aylıq əmək haqqı 494 ABŞ dolları təşkil edib. MDB ölkələri arasında ən yüksək əmək haqqı Rusiya (2 159 ABŞ dolları) və Qazaxıstandadır (673 ABŞ dolları). Reytinqdə Azərbaycandan aşağıda Ukrayna (430 ABŞ dolları), Özbəkistan (351 ABŞ dolları), Qırğızıstan (228 ABŞ dolları) və Tacikistan (169 ABŞ dolları) …
Read More »Türkiyə ordusu İraqın şimalında daha üç terrorçunu öldürüb
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pençe-Kilid” əməliyyatı bölgəsində aşkarladıqları 3 PKK terrorçusunu öldürüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Əməliyyatlarımız sürəti azaltmadan davam edəcək”, – məlumatda qeyd edilib.
Read More »İsmayıllıda 17 yaşlı oğlan itkin düşüb
İsmayıllı rayonunun Diyallı kəndində yaşayan, 2007-ci il təvəllüdlü Məmmədov Kənan Nurəddin oğlu iyunun 2-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Boyukmillet.com xəbər verir ki, itkin düşən şəxsin əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində qırmızı rəngli köynək, qara şalvar və sarı rəngli idman ayaqqabısı olub. “Fotodakı şəxsi tanıyanlardan və …
Read More »UNRWA: Münaqişə kəskinləşəndən bəri Qəzzada azı 193 əməkdaş ölüb
Fələstin-İsrail münaqişəsinin 2023-cü ilin oktyabrında qızışmağa başladığı vaxtdan bəri BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) azı 193 əməkdaşı Qəzza zolağında ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Qəzza zonası humanitar təşkilatların əməkdaşları üçün işləmək baxımından ən təhlükəli yerdir. Müharibə başlayandan bəri UNRWA-nın 193 əməkdaşı öldürülüb – bu, BMT tarixində ən yüksək itkidir”, …
Read More »Şotlandiya millisinin müdafiəçisi iki oyunluq cəzalanıb
Şotlandiya millisinin müdafiəçisi Rayan Porteus Avropa çempionatında iki oyunluq diskvalifikasiya edilib. Boyukmillet.com xəbər verir ki, buna səbəb futbolçunun AVRO-2024-ün açılış matçında Almaniyaya qarşı (1:5) oyunun ik hissəsinin sonlarına yaxın İlkay Gündoğanla mübarizədə kobudluğa yol verməsi olub. Birbaşa qırmızı vərəqə ilə meydandan qovulan R.Porteus eyni zamanda Şotlandiya komandasının qapısına penalti təyin edilməsinə səbəb olub. Qeyd edək ki, Almaniya – Şotlandiya matçı …
Read More »Netanyahunun iqamətgahına girməyə cəhd edən 8 nəfər saxlanılıb
İsrail polisi ölkənin Baş naziri Benyamin Netanyahunun iqamətgahı yaxınlığında keçirilən etiraz aksiyası zamanı 8 nümayişçini saxlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, nümayişçilər hökumət başçısının iqamətgahına qanunsuz daxil olmağa cəhd ediblər. Xatırladaq ki, iyunun 14-də polis Netanyahunun dənizkənarı Qeysəriyyə şəhərindəki evinin yaxınlığında keçirilən qanunsuz etiraz aksiyasına görə 4 nəfəri saxlamışdı.
Read More »Ermənistan və Fransa CAESAR haubitsalarının tədarükünə dair müqavilə imzalayıb
Ermənistan və Fransa ikincinin istehsalı olan CAESAR özüyeriyən haubitsaların tədarükünə dair müqavilə imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu “X” sosial şəbəkəsində yazıb. “Biz Ermənistanla müdafiə sahəsində əlaqələrimizi gücləndirməkdə davam edirik. Həmkarım Suren Papikyanla CAESAR haubitsalarının tədarükünə dair məhsuldar söhbətimiz oldu. CAESAR haubitsalarının tədarükü yeni mühüm mərhələdir”, – paylaşımda deyilir. Qeyd edək ki, CAESAR – …
Read More »Paşinyan: Delimitasiyanın növbəti mərhələsi Sünikdə başlaya bilər
Delimitasiyanın növbəti mərhələsinin Sünikdən (Zəngəzur-red.) başlaması istisna olunmur, lakin bu, istənilən başqa ərazidə də baş verə bilər. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Hazırda reqlament layihəsi üzərində işləyirik. İlkin razılığa əsasən, onun təsdiqlənməsindən sonra qərar veriləcək. Dünəndən Sünik vilayətindəyəm, həm sərhədyanı, həm də qeyri-sərhəd yaşayış məntəqələrində onlarla görüş keçirmişəm. Göründüyü kimi, sülh gündəliyi, real Ermənistanın …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar