Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azərbaycanda dövlət şirkətinin adı dəyişdirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Təhlükəli Tullantılar” MMC-nin adı “Tullantıları İdarəetmə Mərkəzi”nə dəyişdirilib. Boyukmillet.com xəbər verir ki, sözügedən şirkət 2004-cü ildə təhlükəli tullantıları zərərsizləşdirmək məqsədi ilə Sumqayıtda yaradılıb. Onun nizamnamə kapitalı 200 manatdır.

Read More »

Sahibkarlığın İnkişafı Fondu qiymətli kağızlara investisiyaları 3 dəfə artırıb

Bu il yanvarın 1-nə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) aktivlərindəki investisiya qiymətli kağızlarının ümumi dəyəri 89,326 milyon manat təşkil edib. Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,7 dəfə çoxdur. Xatırladaq ki, SİF ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun …

Read More »

“Tullantıları İdarəetmə Mərkəzi” auditor seçir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Tullantıları İdarəetmə Mərkəzi” MMC 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib. Boyukmillet.com xəbər verir ki, sorğuda iştirak haqqı 10,4 manatdır. İddiaçılar təkliflərini mayın 20-nə qədər şirkətin Sumqayıt şəhəri, Bakı-Quba şossesinin 33-cü km-i ünvanındakı ofisinə təqdim edə bilərlər. Təkliflərə mayın 20-də, saat 10:50-da qeyd olunan ünvanda baxılacaq.

Read More »

İran azərbaycanlıların dirçəlişindən qorxur – Sabir Rüstəmxanlı

Regionun geosiyasi mənzərəsi özünün gərginliyi ilə diqqət çəkir. Mövcud reallıqlar ölkəmizə qarşı yönələn təsirlərə qarşı daxildən və xaricdən adekvat reaksiyanın verilməsi zərurətini ortaya çıxarıb. Cənubi Qafqazı öz məngənəsində sıxışdıran geosiyasi proseslərdə uğura çıxmaq üçün bütün “cəbhələr” üzrə müxtəlif üsul və vasitələrdən istifadə edilməsi istisna olunmur. Müsahibimiz Milli Məclisin deputatı Sabir Rüstəmxanlıdır:    – Azərbaycanın dörd kəndi geri qaytarıldı. Bu proses, həm …

Read More »

Qazaxıstan XİN: Bakı ilə İrəvan arasında danışıqlarda vasitəçi olmayacağıq

Azərbaycan və Ermənistan arasında gözlənilən danışıqlar yalnız tərəflər arasında aparılacaq, Astananın vasitəçiliyindən söhbət getmir. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib. “Həqiqətən də Almatıda belə danışıqlar planlaşdırılır. Azərbaycan və Ermənistandakı həmkarlarımızla əlaqə saxlayırıq. Qarşıdakı danışıqlar yalnız tərəflər arasında aparılacaq. Astananın vasitəçiliyindən söhbət getmir. Biz yalnız xoşməramlı xidmətlər təqdim edirik – necə …

Read More »

Hindistanda yol qəzasında 9 nəfər ölüb, 22 nəfər yaralanıb

Hindistanın Çhattisqarh ştatında baş verən yol qəzası nəticəsində 9 nəfər ölüb, 22 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Məlumata görə, furqonlu avtomobilin yük maşını ilə toqquşması nəticəsində 3 uşaq və 6 qadın ölüb. Yeddi nəfərin vəziyyəti ağırdır. Hadisə ilə bağlı araşdırma aparılır.

Read More »

Şotlandiyanın Baş naziri istefa verib

Şotlandiyanın Baş naziri Humza Yousaf istefa verib. Boyukmillet.com xəbər verir ki, Humza Yousaf Şotlandiya Yaşılları ilə koalisiya razılaşmasını ləğv etdiyi bir həftəlik xaosdan sonra müstəqillik tərəfdarı olan Şotlandiya Milli Partiyasının (SNP) rəhbəri vəzifəsindən istefa verib. O, Şotlandiya hökumətinə başqa birinin rəhbərlik etməsinin vaxtının çatdığını deyib. Qeyd edək ki, Humza Yousaf Şotlandiyanın 6-cı Baş naziri olub və 2023-cü il martın 29-da …

Read More »

Blinken: Putinin Ukrayna planı iflasa uğrayıb

Vladimir Putinin Ukraynanı xəritədən silib Rusiyanın tərkibinə daxil etmək planı iflasa uğrayıb. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib. “Ukraynaya gəlincə, biz təkcə Avropada deyil, ondan kənarda da bir çox ölkəni birləşdirə bilmişik. Onlar bunun təkcə Ukraynaya deyil, həm də beynəlxalq sistemin bəzi fundamental prinsiplərinə qarşı təcavüz olduğunu etiraf edirlər”, – o qeyd edib. Blinkenin sözlərinə …

Read More »

Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb, bəzi məhsulların satışı dayandırılıb

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, M.S.Ordubadi küçəsi 7A ünvanında fəaliyyət göstərən bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib. Boyukmillet.com xəbər verir ki, baxış zamanı bazarda sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida məhsullarının saxlanması və satışı üzrə tələblərə uyğun …

Read More »

Ekspert: Neft hasil edən ölkələr COP-a ev sahibliyi etməklə dayanıqlılığa sadiqlik nümayiş etdirirlər

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının sessiyaları iqlim dəyişikliyinin təsirlərini minimuma endirməyə yönəlmiş kritik qərarları müzakirə etmək üçün maraqlı tərəflərin necə bir araya gəlməli olduqlarının gözəl nümunəsidir. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Atlantik Şurasının elmi işçisi Əli Fakih noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, …

Read More »