Azərbaycan regionda “Mastercard” beynəlxalq ödəmə xidmətləri təşkilatından konsultasiya xidmətləri alan əsas ölkələrdəndir. Boyukmillet.com xəbər verir ki, bunu “Mastercard”ın Biznesin inkişafı üzrə vitse-prezidenti Mehmet Gülez şirkətin mətbuat konfransında deyib. “Biz hazırda Azərbaycanda ilk 10 sırada olan 7-8 banka konsultasiya xidmətləri göstəririk və bu istiqamətdə də müraciətlərin sayı artır. Eyni zamanda Azərbaycan Mərkəzi Bankı ilə də əməkdaşlıq edirik və bu, davamlı olacaq”, – deyə …
Read More »Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilir
Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbirdə müxtəlif ixtisaslar üzrə ustad dərsləri, sərgilər təşkil ediləcək. Qeyd edək ki, mərkəzin açılışı ötən ilin iyul ayında Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, …
Read More »İranda dörd məhkum edam edilib
İranın Kərəc şəhərində dörd məhkum barəsində çıxarılan edam hökmü icra olunub. Boyukmillet.com xəbər verir ki, məlumatı İranın İnsan Hüquqları üzrə təşkilatı yayıb.Məlumata görə, onlar “narkotik maddələrin qanunsuz ticarəti” və “qəsdən adam öldürmək” maddələri ilə mühakimə olunublar.Bildirilib ki, qətl maddəsi üzrə mühakimə edilmiş Peyman Əzizi adlı şəxs yeniyetmə olub. Onun yetkinlik yaşına çatmayan cinayətkar kimi edam olunduğu qeyd edilib.İnformasiyaya əsasən, edam …
Read More »Azərbaycanda təhsil haqqı dövlət tərəfindən ödənilən valideynlərini itirmiş şəxslərin yaş həddi artırıla bilər
Təhsil haqqı dövlət tərəfindən ödənilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin yuxarı yaş həddinə yenidən baxılması və ya artırılması məsələsi ilə bağlı təkliflər aidiyyəti üzrə göndərilib. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, həssas təbəqədən olan şəxslərin …
Read More »Azərbaycan bankları ilə Nyu-York Federal Ehtiyatları Bankı arasında əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycan bankları Nyu-York Federal Ehtiyatları Bankı ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Nyu-York Federal Ehtiyatları Bankı ilə görüşümüz ABŞ-yə işgüzar səfər çərçivəsində keçirilən əhəmiyyətli müzakirələrdən biri oldu. Baş vitse-prezident, Mərkəzi Bank və beynəlxalq hesablar xidmətlərinin rəhbəri Anne Baumun başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli …
Read More »Azərbaycan Mədəniyyət Mərkəzi və “TRT Avaz” kanalı ölkəmizin milli mədəniyyətini təbliğ edəcək
Azərbaycan Mədəniyyət Mərkəzi türk dünyasının ortaq mədəniyyət televiziyası olan “TRT Avaz” kanalı ilə Türkiyə ilə Azərbaycan arasında arasında qardaşlıq əlaqələri və milli mədəniyyətimizin təbliği ilə bağlı layihələr həyata keçirəcək. Boyukmillet.com xəbər verir ki, bu gün Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “TRT Avaz” kanal koordinatoru Sedat Sağırkaya ilə görüşüb və müzakirələr aparıb. Görüş zamanı Sedat Sağırkaya Türkiyədə …
Read More »Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında “Neftçi” İK-nı 7:4 hesabı ilə üstələyən “Baku Fire” həlledici görüşə vəsiqə qazanıb. Digər yarımfinal qarşılaşmasında ölkə çempionu “Araz-Naxçıvan” PFL-ə 6:3 hesabı ilə qalib gələrək adını finala yazdırıb.
Read More »Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
NATO Baş katibi Yens Stoltenberq 2024-cü ildə vəzifəsini tərk etdikdən sonra “Eurofighter” qırıcısının pilotu ola biləcəyi ilə bağlı zarafat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, Almaniya Hərbi Hava Qüvvələrinin Lage şəhəri yaxınlığındakı aviabazada yerləşən 73-cü “Ştaynhoff” aviasiya eskadrilyasına səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib. “Bəlkə də bu, NATO-dakı 10 illik fəaliyyətimi bitirəndən sonra məşğul olacağım şeydir”, – o, “Eurofighter”də …
Read More »Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan bildirib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçinin adı açıqlanmır.
Read More »Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Şabanlı kəndi ərazisində qeydə alınıb. Belə ki, “VAZ 2106” markalı minik avtomobilinin yolun kənarındakı ağaclara çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar