Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Avropa Enerji Qrupu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı və digər layihələri dəyərləndirib. Boyukmillet.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Əbu-Dabidə səfərdə olan energetika naziri EBRD-nin Avropa Enerji Qrupunun direktoru Qrzeqorz Zielinski ilə görüşüb. “Görüşdə …
Read More »Xankəndidə qumbara və avtomatlar tapılıb
Polis əməkdaşları Xankəndidə qumbara və avtomatlar tapıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 17-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 7 tüfəng, 1 qumbara, 6 alışdırıcı, 17 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Read More »Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə artırılacaq
Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2024-cü il 7 mart tarixli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə bağlı iclas keçirilib. Boyukmillet.com xəbər verir ki, baş nazir iclası açaraq sərəncamdan irəli gələn tədbirlər, onların icrasının gedişi və qarşıda duran vəzifələr barədə məlumat verib. Rəqəmsal inkişaf və nəqliyyat naziri …
Read More »Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
Son yeddi ay ərzində 203 mindən çox burundiyalı güclü yağışlardan zərər çəkib. Boyukmillet.com xəbər verir ki, bu barədə Afrika ölkəsinin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, daşqınlara və torpaq sürüşməsinə səbəb olan güclü yağışlar 96 min insanı evlərini tərk etməyə məcbur edib. Ölkə hökuməti hazırda Brundidə 306 min insanın humanitar yardıma ehtiyacı olduğunu vurğulayıb. Beynəlxalq ictimaiyyətə müraciət edərək maliyyə dəstəyi …
Read More »Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
Xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay ilə görüşüb. Bu barədə “Report”a Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüş zamanı tərəflər Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritet və planlarını, təşkilat çərçivəsində mövcud işlər və gələcək perspektivləri müzakirə ediblər. Kayrat Sarıbay Azərbaycanın AQEM çərçivəsində hər zaman fəal iştirak etdiyini …
Read More »MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
Müdafiə Nazirliyinin tabeliyindəki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hakimlər şahidlərin bitdiyi üçün məhkəmə istintaqının baş çatdırılmasını istəyib. Məhkəmənin növbəti iclası mayın 8-nə təyin olunub. Qeyd edək ki, R.Məlikzadəni 26 sentyabr 2022-ci ildə …
Read More »Hesablama Palatası Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yoxlamalar aparır
Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yoxlamalar aparır. Boyukmillet.com xəbər verir ki, yoxlamalar 2023-cü ilin maliyyə vəsaiti və dövlət əmlakı istifadəsinin auditi üzrə aparılır.
Read More »Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
Azərbaycanın gənc avarçəkənləri Muğla şəhərində keçiriləcək kayak və kanoe üzrə “Bahar Kuboku” açıq Türkiyə çempionatında iştirak edəcəklər. Boyukmillet.com xəbər verir ki, məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudzun rəhbərliyi altında Ceyhun Vəlixanov, Niyaz Məlikov, Nihat Quliyev, Amil Ramazanov, Əlimurad Hacızadə yarışda ölkəmizi təmsil edəcəklər. Qeyd edək ki, turnir aprelin 19-21-də baş tutacaq.
Read More »Azərbaycan XİN Fransaya cavab verib
Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Fransaya qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb. Fransa …
Read More »Müdafiə Nazirliyi məlumat yayıb
Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar