Qərarların 75 faizi icra edilməsini gözləyir İndiyədək Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş şikayətlər üzrə 469 qərar qəbul edib. Həmin qərarların 148-nin icrasına nəzarət qapadılıb. Yerdə qalan qərarların cəmi 25 faizi icra edilib, 75 faizi isə icra edilməsini gözləyir. Hüquqşünas Xalid Ağəliyev deyir ki, bu göstərici, Avropa Şurası (AŞ) məkanına daxil olan ölkələr arasında ən aşağı göstəricidir. Onun sözlərinə …
Read More »DSMF vətəndaşlara xəbərdarlıq edib: Sosial yardımlarla bağlı müraciətlərdə ehtiyatlı olun!
Dövlət Sosial Müdafiə Fondu (DSMF) sosial yardımların verilməsində dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Bu barədə “Report”a DSMF-dən məlumat verilib. “Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması faktları ilə qarşılaşırıq. Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu barədə bir neçə dəfə xəbərdarlıq məlumatları paylaşılaraq, vətəndaşlara belə dələduz vasitəçilərdən …
Read More »IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
Beynəlxalq Valyuta Fondu (IMF) 2024-cü il üçün Azərbaycanın ümumi daxili məhsul (ÜDM) artımını 2,8 % səviyyəsində proqnozlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu “World Economic Outlook” hesabatının aprel sayında öz əksini tapıb Ötən ilin oktyabrında IMF 2024-cü ildə Azərbaycanda iqtisadi artımı 2,5 % proqnozlaşdırırdı. Bununla belə, Valyuta Fondunun IV maddəsinə uyğun olaraq məsləhətləşmələrdən sonra açıqladığı hesabata görə, 2024-2028-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artım tempinin 2,3 %, 2029-2032-ci …
Read More »Bakıda külək elektrik stansiyası tikiləcək
Nazirlər Kabineti Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində dövlət mülkiyyətində 3,375 hektar, Abşeron rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 19,875 hektar və Abşeron rayonu …
Read More »Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
Nazirlər Kabineti Biləsuvar və Neftçala rayonlarının inzibati ərazilərində dövlət mülkiyyətinə aid torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin əraziləri kimi müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 1 454 hektar torpaq sahəsi qoyuluş gücü 445 MVt olan günəş elektrik stansiyasının tikintisi …
Read More »Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 11-də Ali Radanın ikinci oxunuşda qəbul etdiyi səfərbərlik haqqında qanunu imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna parlamentinin saytında məlumat yayılıb. “Ukrayna prezidentinin imzası ilə geri qaytarılıb”, – sənədin təsvirində göstərilib. Qanunda nəzərdə tutulmuş normaların əsas hissəsi imzalandıqdan bir ay sonra – mayın 16-dan qüvvəyə minəcək. Ukrayna Ali Radası aprelin 11-də ikinci oxunuşda səfərbərliyin sərtləşdirilməsinə …
Read More »Şəxsi bank kart məlumatları ələ keçirilir – DİN-dən XƏBƏRDARLIQ
Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir. Boyukmillet.com xəbər verir ki, belə hallarla mübarizə istiqamətində Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən ictimai iaşə obyektlərinin və bankomatların ətrafında vətəndaşları, xüsusən təqaüd yaşına çatmış insanların kibermaarifləndirilməsi məqsədilə məlumatverici lövhələr quraşdırılıb. Bu lövhələrdə kiberdələduzluqla məşğul olan cinayətkar şəxslərin ən …
Read More »Azərbaycan Serbiyaya təxminən 6,3 milyon kubmetr qaz tədarük edib
Azərbaycan 2024-cü ilin yanvar-fevral aylarında Serbiyaya 6 milyon 274,45 min kubmetr təbii qaz ixrac edib. Boyukmillet.com xəbər verir ki, Serbiyaya tədarük edilən qazın dəyəri 2 milyon 605,44 min ABŞ dolları təşkil edib. Söhbət Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən qeydə alınan (bəyan olunan) həcmlərdən gedir və bütün bu həcmlər fevral ayının payına düşüb. Xatırladaq ki, 2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və …
Read More »“Azəriqaz”ın baş direktoru Ağdamda vətəndaş qəbulu keçirəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaş qəbulu keçirəcək. Boyukmillet.com xəbər verir ki, aprelin 18-də saat 12:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Ağdam, Ağcabədi və Laçın rayonlarının sakinlərinin müraciətləri dinləniləcək. İstehsalat Birliyi vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz”ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə …
Read More »Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
Paytaxtın 19 küçə və prospektində sıxlıq müşahidə olunur. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat xidmətindən məlumat verilib. Hazırda yollardakı vəziyyət : Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsi istiqamətində; Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar