Rəsmi Moskva NATO-ya xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib. Onun sözlərinə görə, Finlandiya və İsveçin NATO-ya daxil olması blokun şimaldakı ambisiyalarını artıracaq: “Rəsmi Helsinkinin NATO Quru Qoşunlarının Rusiya ilə sərhəddə qərargah yaratmaq planları barədə demək istəyirəm ki, təhdidlərə qarşı cavabımız adekvat olacaq”.
Read More »DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi
Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və Rusiyadan İdarə Heyətinin üzvləri və təmsilçilərin qatıltığı toplantıda təşkilatın fəaliyyəti, Qurultaya hazırlıq işləri müzakirə olunub. DAK-ın fəaliyyətinin yeni dövrün tələblərinə uyğun daha da güclənməsi və genişlənməsi üçün təkliflər verilib. DAK sədri Sabir Rüstəmxanlı təşkilatın diaspor işlərində, milli məsələlərdə rolunu vurğulayaraq dünyada Azərbaycanla bağlı məsələlərə çevik …
Read More »Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətləri genişləndirilir
Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətləri genişləndirilir. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”yə dəyişiklik edilməsi təklif edilib. Təklif olunan dəyişiklik layihəsinə görə, Şuranın fəaliyyət istiqamətlərinə yeni məzmunda maddələr əlavə edilir. Belə ki, Şura dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verə biləcək, eləcə də dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının …
Read More »Azərbaycanda dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına dəyişiklik edilir
Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına dəyişiklik edilir. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarında” dəyişiklik olunur. Dəyişikliklə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr” fəslindən “Dihidrokodein” və …
Read More »Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO
Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev etibarnamə ilə torpaq alanları diqqətli olmağa çağırıb. O, bildirib ki, bu sənəd heç bir halda torpaq sahəsinin onu alan şəxsin mülkiyyətinə keçməsini təsdiqləyə bilməz. Ekspert bildirib ki, gələcəkdə etibarnamə ilə satılan torpaqlarla bağlı ciddi problemlər yaşana bilər. Elnur Fərzəliyevin sözlərinə …
Read More »Azərbaycanda 49 kiloqram narkotik aşkarlanıb
Polis əməkdaşları həftəsonu ölkə ərazisində 49 kiloqram narkotik aşkarlayıblar. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə aprelin 13-də və 14-də ümumi çəkisi 49 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5 kiloqrama yaxın heroin, 39 kiloqrama yaxın marixuana və 5 kiloqrama yaxın metamfetamin olub.
Read More »BMT TŞ İsrailin çağırışı ilə fövqəladə iclas keçirdi
BMT Təhlükəsizlik Şurası İsrailin çağırışı ilə fövqəladə iclas keçirib. “Report”un ABŞ bürosu xəbər verir ki, İranın İsrailə hücumlarını müzakirə etmək üçün toplanmış TŞ-də çıxış edən BMT-nin Baş katibi Antoniu Quterriş Yaxın Şərqdə artan gərginliyin region və dünya üçün təhlükəli olduğuna diqqət çəkib. Baş katib İran və İsraili maksimum təmkinli olmağa çağırıb: “Mən tərəfləri bu hərbi əməliyyatları dərhal dayandırmağa çağırıram. Bütün …
Read More »60 il öncə Göygöl necə görünürdü? – VİDEO
AzTV-nin “Qızıl Fond”u 1960-cı illərin görüntülərini yayımlayıb. Süjetdə Nizami yurdunun zəngin təbiətindən, Göygöldən bəhs olunub. Həmin görüntüləri təqdim edirik:
Read More »İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır
İsrail hələ ki, İranın hücumuna necə cavab verəcəyinə qərar verməyib. Bu barədə CNN İsrail rəsmisinə istinadla məlumat yayıb. O, İsrailin cavab verməkdə qərarlı olduğunu, lakin vaxtı və miqyası ilə bağlı qərarın hələ verilmədiyini söyləyib. Mənbə qeyd edib ki, İsrail hərbçilərinə cavab üçün bir neçə variant hazırlamaq tapşırılıb. Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, İsrail İrandan gələn təhlükəyə …
Read More »Tehranın hava limanları fəaliyyətlərini bərpa ediblər
İranın paytaxtı Tehranın İmam Xomeyni və Mehrabad hava limanları beynəlxalq və daxili reyslər üçün xidmətini bərpa edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Bildirilib ki, iki hava limanının fəaliyyəti normallaşdığı üçün ertələnmiş reyslərin sərnişinləri biletləri başqa tarixlərə dəyişdirə biləcəklər. Xatırladaq ki, İranın İsrailə raket və dron hücumu fonunda ölkədəki bir sıra hava limanları müvəqqəti olaraq fəaliyyətini dayandırmışdı.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar