Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Rusiya ordusu Donetsk vilayətinin daha bir kəndini işğal edib

Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Baxmut rayonunun Çasiv Yar şəhər icmasının Bohdanivka kəndini işğal edib. Boyukmillet.com xəbər verir ki, bu qənaətə Ukrayna Müdafiə Nazirliyinə yaxın OSINT-layihə olan “DeepState” teleqram kanalı gəlib. “Düşmən Bohdanivkanı işğal edərək Çasiv Yar, Novokalınove və Tonenke yaxınlığında irəliləyib”, – kanal nəql edib. Xatırladaq ki, aprelin 9-da Rusiya qoşunlarının sözügedən regionun Pervomayske kəndini işğal etdiyi açıqlanmışdı.

Read More »

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri arasında hərbi əməkdaşlığın inkişafı üzrə Hərbi Komitənin iclasında iştirak etməyib. Boyukmillet.com  qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş aprelin 12-də Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərliyi ilə video-konfrans formatında baş tutub. Məlumata görə, iclasda Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın nümayəndələri iştirak ediblər. İştirakçılar arasında Ermənistan nümayəndəsi olmayıb. “Görüş zamanı …

Read More »

Neftçalada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Samid Salamov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ondan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkarlanıb. Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.

Read More »

Tacikistan Prezidenti Azərbaycana səfər edəcək

Tacikistan Prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi Azərbaycan XİN başçısı Ceyhun Bayramov və tacik həmkarı Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra məlumat yayıb. Nazirlərin görüşü Minskdə Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində baş tutub. “Nazirlər həmçinin mayın ikinci ongünlüyündə …

Read More »

Azərbaycan Ordusunun Daşkəsən istiqamətindəki mövqeləri atəşə tutulub

Aprelin 12-i saat 16:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Read More »

“Azərbaycanda xristian irsi” sənədli filmi Albaniya Dövlət Televiziyasında yayımlanıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi” layihəsi çərçivəsində hazırladığı “Azərbaycanda xristian irsi” sənədli filmi Albaniyanın Dövlət Radio Televiziyasında yayımlanıb. Boyukmillet.com xəbər verir ki, Mərkəz tərəfindən hazırlanan sənədli filmdə Azərbaycanda yaşayan xristianlar, onların həyat tərzi, adət-ənənələri, mədəniyyəti barədə geniş məlumat verilir. Bildirilir ki, Azərbaycan dövləti Qafqaz Albaniyasının qədim və zəngin tarixinin öyrənilməsi, əsl elmi və …

Read More »

Rusiyadan Azərbaycana pul köçürmələri kəskin azalıb

2023-cü ildə Azərbaycandan Rusiyaya 74 milyon 184 min ABŞ dolları pul köçürülüb. Boyukmillet.com Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 21,9 % azdır Hesabat dövründə Azərbaycandan Rusiyaya pul köçürmələrinin ümumi köçürmələrdə payı 13,6 %-dan 13,5 %-ə düşüb. Ötən il Rusiyadan Azərbaycana isə 1 milyard 47 milyon 523 min ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 2,8 dəfə azdır. İl ərzində Rusiyadan Azərbaycana pul köçürmələrinin …

Read More »

Azərbaycan cüdoçuları Berlində mübarizə aparacaqlar

Azərbaycanın yeniyetmə cüdoçuları aprelin 13-14-də Almaniyanın paytaxtı Berlində keçiriləcək Avropa Kubokunda mübarizə aparacaqlar. Boyukmillet.com Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 ölkədən 776 idmançının qatılacağı birincilikdə oğlanlar arasında 7 çəki dərəcəsində 15 təmsilçimiz çıxış edəcək. Heyətdə Bahadır Feyzullayev, Rüstəm Qasımzadə, Məhəmmədəli Hüsiyev (hamısı 50 kq), Yusif Qüdrət (55 kq), Mirxaliq İsgəndərov, Özqan Quliyev, Nihad Rəhimov, Fərid Qarayev …

Read More »

Haaqada Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi keçirilib, Ermənistandan təzminatı tam ödəməsi tələb olunur

Haaqa Sülh Sarayında “Avropanın Vəhşi Təbiəti və Təbii Yaşayış Yerlərinin Mühafizəsi üzrə Bern Konvensiyası”na əsasən dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi keçirilib. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində 30 illik qeyri-qanuni işğalı zamanı törədilən ətraf mühitin geniş şəkildə dağıdılmasına dair mövcud olan külli miqdarda dəlillər əsasında 18 yanvar …

Read More »

Ağdamda mina partlayışı olub, iki nəfər xəsarət alıb

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumata görə, 2024-cü il 12 aprel tarixində 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş …

Read More »