ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb. Bu barədə yanvarın 13-də ABŞ-nin Tehrandakı virtual səfirliyinin saytında yayımlanan məlumatda bildirilib. “Dərhal İranı tərk edin. ABŞ hökumətinin yardımına arxalanmadan İrandan çıxış planı hazırlayın. ABŞ vətəndaşları internetdə mümkün kəsintiləri nəzərə almalı, alternativ rabitə vasitələrini əvvəlcədən planlaşdırmalı və əgər təhlükəsizdirsə, İrandan quru yolu ilə Ermənistan və ya Türkiyəyə getmək imkanını nəzərdən keçirməlidirlər. Əgər ölkəni …
Read More »15 yaşlı qıza zorakılıqla bağlı iş adamlarının oğulları tutulub
Beyləqan rayonunda 15 yaşlı qıza qarşı edilməsi ilə bağlı saxlanılan şəxslərin bir neçəsinin kimliyi məlum olub. Boyukmillet.com Nocomment.az-a istinadən xəbər verir ki, onlardan biri seksual xarakterli hərəkətlər Beyləqan rayonunda iş adamı kimi tanınan Qəhrəman Qəhrəmanovun oğlu Xəyal Qəhrəmanovdur. 15 yaşlı qıza qarşı zorakılıqda şübhəli bilinənlər arasında Həzi Əsgər oğlu Sadıqov, Elgün İbad oğlu Aslanlının da adının olduğu deyilir. Sayt yazır ki, bu şəxslərin …
Read More »Pezeşkian Tehrandakı mitinqdən danışdı: “Düşmənin planlarını pozduq”
Dünən İran prezidenti Məsud Pezeşkian Tehranda keçirilən hökumətyönlü mitinqi şərh edib. Boyukmillet.com iran mediasına istinadən xəbər verir ki, o, bu tədbiri ölkənin düşmənlərinin planlarını pozan addım kimi dəyərləndirib. “Mitinq İran xalqının ərazi bütövlüyünü qorumaq iradəsini göstərib və xarici qüvvələrin məkrli planlarına sarsıdıcı cavab olub”Prezident qeyd edib ki, aksiya miqyasına görə misilsizdir və vətəndaşların ayıq-sayıqlığını və dini dəyərləri müdafiə etməyə hazır …
Read More »DAK-ın İrandakı olaylarla bağlı bəyanatı
Dünya Azərbaycanlıları Konqresi İranda baş verən hadisələrlə bağlı bəyanat qəbul edib. Bəyanatda bildirilir ki, İran İslam Cümhuriyyətinin bir çox şəhərlərində başlayan kütləvi aksiyalar bu ölkənin dərin sosial-siyasi, mədəni və etnik-milli böhranlar içində olduğunu bütün dünyaya bir daha nümayiş etdirmişdir. İran vətəndaşı olan milyonlarla azərbaycanlının taleyini düşünən hər bir soydaşımız dünyanın harasında yaşamasından asılı olmayaraq bu prosesləri narahatlıq və diqqətlə izləyir. …
Read More »Nazir: Türkiyə ilə sərhədlərin açılması Ermənistana yeni iqtisadi və loqistik imkanlar yaradacaq
Ermənistan hökuməti ardıcıl olaraq Türkiyə ilə sərhədlərin açılmasını irəli sürür və sərhədlərin açılması zamanı yeni iqtisadi və loqistik imkanların yaradılacağına ümid edir. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan investorlar və sahibkarlarla görüşü zamanı bildirib. “Bizim üçün sərhədyanı bölgələrdə gömrük anbarları, terminalları və loqistika mərkəzləri kimi müəyyən imkanların yaradılması çox vacibdir”, – nazir …
Read More »İrandan Gürcüstana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb
Azərbaycandan tranzit keçməklə İrandan Gürcüstana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, komitənin Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Azərbaycandan tranzit keçməklə İrandan Gürcüstana “kələm” yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib və xidməti it qoşqudakı …
Read More »Hesablama Palatası: DSMF-də audit qərarları yerinə yetirilməyib
2024-cü ildə aparılmış uyğunluq auditi nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu (DSMF) üzrə müəyyən edilmiş bir sıra məsələlər bu günə qədər icra olunmayıb. Boyukmillet.com bu barədə Hesablama Palatasının hesabatına istinadən xəbər verir. Audit DSMF-nin büdcə gəlirlərinin və xərclərinin icrasını, eləcə də sərbəst vəsaitlərin idarə edilməsini əhatə edib. Nəticələrə əsasən, investisiya fəaliyyətindən əldə edilmiş …
Read More »Sabah Bakıda sulu qar yağacaq, güclü külək əsəcək
Yanvarın 14-də Bakıda sulu qar yağacaq, güclü külək əsəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan …
Read More »ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır
ABŞ İranın enerji və bank sektorlarına, eləcə də ölkənin əsas şəxslərinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə “ABC News” telekanalı ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə 25 % rüsum tətbiq olunduğunu elan edib.
Read More »Bu cərimə 5 dəfə artırılıb
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2026-cı ilin yanvarıb 1-dən evini kirayə verən, lakin vergi orqanında qeydiyyata alınmaq üçün ərizə təqdim etməyən şəxslərə tətbiq olunan cərimə 40 manatdan 200 manata qaldırılıb. Bundan başqa, kirayə gəlirləri üzrə hesabat təqdim etməyənlər 40 manat, vergi məbləğini az göstərənlər isə yayındırılmış məbləğin 50 faizi həcmində cərimələnəcək. Dəyişikliklərin əsas məqsədi kirayə müqavilələrinin rəsmiləşdirilməsini təşviq etmək və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar