Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2024-cü ilin döyüş hazırlığı planına əsasən, xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər. Bu barədə  Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinəyetirmə bacarıqlarının və həyatdaqalma vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar müxtəlif fəaliyyətlər icra ediblər. “Taktiki fəaliyyətlər zamanı xüsusi təyinatlılar xəritə üzərində …

Read More »

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə iftar verilib

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü təşkil olunub və iftar verilib. “Report”un Rusiya bürosu xəbər verir ki, Moskva şəhəri müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı və Rusiya müsəlmanları Ruhani İdarəsinin dəstəyi ilə “Poklonnaya qorada”kı məsciddə hər il açılan “Ramazan çadırı”nda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü keçirilib. Bu il gecə “Ailə ilinə” həsr …

Read More »

İstanbulda terror aktı törətmək istəyən Tacikistan və Qırğızıstan vətəndaşları SAXLANILDI

İstanbulda polis Tacikistan və Qırğızıstan vətəndaşları olan iki nəfəri İslam Dövləti terror təşkilatı adından terror aktı hazırlamaqda şübhəli bilinərək saxlayıb. Bu barədə İHA agentliyi məlumat yayıb. Onun sözlərinə görə, Türkiyə əks-kəşfiyyatı 37 yaşlı Tacikistan vətəndaşı Faşçıljon A. və Qırğızıstandan olan 41 yaşlı Zülfiyyə S.-nin saxlanılması üçün əməliyyat keçirmək qərarına gəlib. Dindirilmə zamanı saxlanılan şəxslər zorakılıq aktı hazırladıqlarını etiraf ediblər. Prokurorluğun …

Read More »

Qubadlıda sursat aşkar edildi

Qubadlı rayonunda sursat aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Musavat.com-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Məmər kəndi ərazisindən xeyli sayda sursat aşkar ediblər. 7 əl qumbarası, 4 mərmi, 5000-ə yaxın patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib. Araşdırma aparılır.

Read More »

Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür

 Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan tarixi döyüşlərin başlanmasından 8 il ötür. 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel …

Read More »

Bu gün BMT TŞ İranın Dəməşqdəki konsulluğuna hücumla bağlı iclas keçirəcək

Bu gün Rusiyanın tələbi ilə İranın Suriyanın paytaxtı Dəməşqdəki konsulluğuna hava hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək. “Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının dünya təşkilatındakı daimi nümayəndəsinin müavini Dmitri Polyanski bildirib. “İranlıların məktubunun davamı olaraq biz BMT Təhlükəsizlik Şurasının açıq iclasının keçirilməsini tələb etdik. Malta sədrliyi onu aprelin 2-də Nyu-York vaxtı ilə saat 15:00-a (Bakı …

Read More »

Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Bu barədə  Müdafiə Nazirliyindən bildirilib. “Aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub”, – nazirlik açıqlayıb.

Read More »

Ermənistan Azərbaycan ilə şərti sərhəddə hücum xarakterli dayaq məntəqələri qurmağa davam edir

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb. Müdafiə Nazirliyindən “Report”a bildirilib ki, şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual …

Read More »

Sumqayıtda qızını qətlə yetirən ata belə saxlanıldı – ANBAAN VİDEO

Xəbər verildiyi kimi martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.Boyukmillet.com xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar …

Read More »

Ermənistan parlamenti Azərbaycana görə təcili toplanır

“Ermənistan” və “Şərəfim var” fraksiyaları Ermənistan parlamentinin təcili iclasını çağırıb. Müxalifət fraksiyaları Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsinin parlamentdə müzakirə edilməsini tələb edir. Ermənistan parlamentinin reqlamentinə əsasən deputatlardan dörddə bir hissəsinin tələbi ilə növbədənkənar iclas keçirilə bilər. “Hraparak” nəşri yazır ki, müxalifət partiyaları apreldə başlayacaq 4 günlük sessiyasısının ilk əsas iclasında fövqəladə sessiyasının çağırılması qərarını qəbul edib. Müxalifət sərhədin delimitasiyası işləri ilə …

Read More »