Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım – FOTO

“Mən və atam teraktdan zərərçəkənlər üçün 100 milyon köçürdük”. Boyukmillet.com bildirir ki, bu sözləri Xalq artisti Emin Ağalarov sosial şəbəkədə yazıb. Xalq artisti “Müslüm Maqomayev Fondu”nun terrorda zərərçəkənlər üçün yardım kampaniyasına başladığını açıqlayıb: “Dostlar, biz “Müslüm Maqomayev Fondu” vasitəsi ilə “Crocus City Hall”da zərərçəkənlərə yardım üçün vəsait göndərmək qərarına gəldik. Bu mərhələdə mən və atam fonda 100 milyon rubl (təxminən 2 …

Read More »

Şəhid bacısı yüksək vəzifəyə TƏYİN OLUNDU

Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Mehparə Murtuzəliyeva Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub. Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı İdarənin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova müvafiq əmr imzalayıb. Qeyd edək ki, “Tərəqqi” medallı Mehparə Murtuzəliyeva uzun illər şəhid qardaşının adını daşıdığı tam orta məktəbdə …

Read More »

Hesablama Palatası 1,5 milyard dollardan yuxarı pozuntu AŞKARLADI

Ukrayna Hesablama Palatası 2023-cü ildə dövlət maliyyəsinin idarə edilməsində 60,8 milyard qrivna (1,5 milyard dollardan çox) məbləğində pozuntular aşkarlayıb. Boyukmillet.com xəbər verir ki, palatanın saytında yerləşdirilən məlumata görə, bu pozuntuların əksəriyyəti dövlət təhlükəsizliyi və müdafiə sahəsində baş verib: “771 milyard qrivna (19,6 milyard dollar – red.) yoxlanılıb və təhlil edilib, 399 obyekt monitorinq edilib, dövlət maliyyəsinin idarə olunmasında aşkar edilmiş …

Read More »

Bakıda 45 yaşlı qadın liftin qapıları arasında qalaraq ölüb

Bakı şəhərinin Binəqədi rayonunda 45 yaşlı qadın liftin qapıları arasında qalaraq ölüb. Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyeva yaşadığı binadakı liftin qapıları arasında qalaraq ölüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More »

“Crocus City Hall”da baş verən terror aktında ölənlərin sayı 140-a çatıb

“Crocus City Hall”da baş verən terror aktında yaralanan bir nəfər tibb müəssisəsində ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib. “Crocus City Hall”da terrorda zərərçəkən 80 nəfər, o cümlədən 6 uşaq federal tibb mərkəzlərində, Moskva və Moskva vilayətində xəstəxanalardadırlar. Təəssüf ki, terror aktında yaralanan bir nəfər ölüb, həkimlər mümkün olan hər şeyi ediblər”, – …

Read More »

Serbiya NATO-dan təzminat TƏLƏB EDİR – MƏBLƏĞ

NATO tərəfindən Serbiyaya dəyən zərərə görə ən azı 500 milyard avro ödənilməlidir. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Daniça Qruiçiç məlumat verib. Onun sözlərinə görə, Alyans indi Serbiyaya bir milyon dollar və ya avro təklif edir, bəzən də 200 və ya 300 milyon ödəmək təklifləri olur. “NATO-nun 1999-cu ildə etdiklərinə görə bizə 500 milyard avro …

Read More »

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR

Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ə.Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb. Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ yekun rəy hazır deyil. Həkim rəyi yaxın müddətdə hazırlanaraq, istintaq orqanına təqdim ediləcək. Qeyd edək ki, Ə.Əhmədov bir müddət əvvəl Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. Xatırladaq ki, fevralın …

Read More »

Xocalıya ilk köçün tarixi açıqlanıb

Erməni işğalından azad olunan Xocalı rayonuna ilk köç bu ilin may ayında olacaq. Bunu “Report”un Sumqayıt bürosuna açıqlamasında Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib. O bildirib ki, Xocalıda tikinti və abadlıq işləri həyata keçirilir: “Hazırda 500-ə qədər evdə bərpa işləri aparılır. May ayında ilkin olaraq 50 ailənin Xocalıya köçürülməsi nəzərdə tutulur”. Qeyd edək ki, Xocalı rayonu 1992-ci il …

Read More »

Azərbaycanın quru sərhədləri açılmayacaq – SƏBƏB

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”. Bunu Oxu.Az-a açıqlamasında Rusiyanın Moskva vilayətində, “Crocus City Hall” konsert kompleksində martın 22-də baş vermiş terror hadisəsi kontekstində Azərbaycan sərhədlərinin bağlı qalması məsələsini şərh edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, Cənubi Qafqaz tarixən sabit bölgə olmayıb və …

Read More »

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq – RƏSMİ

10, 11 aprel Azərbaycanda Ramazan bayramıdır. Boyukmillet.com xəbər verir ki, aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Bu da o deməkdir ki, ardıcıl 5 gün (aprelin 10,11,12,13 və 14-ü) iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.

Read More »