ABŞ-ın Baltimor şəhərində gecə saatlarında yük gəmisinin körpüyə çırpılması nəticəsində “Frensis Skott Key” körpüsü çöküb. Musavat.com Qafqazinfo-ya istinadən xəbər verir ki, toqquşmadan sonra gəmi alovlanıb və batıb. Körpünün uçması bir neçə avtomobilin Patapsko çayına düşməsinə səbəb olub. Hazırda itkilər barədə dəqiq məlumat yoxdur, lakin xilasedicilər suda olduğu güman edilən azı 7 nəfəri axtarır. Qeyd edək ki, dörd zolaqlı, 1,6 mil (2,6 km) …
Read More »Paşinyan: “Azərbaycandan yollar, boru kəmərləri, kabellər Ermənistan vasitəsilə Türkiyəyə getməlidir”
Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olmasına yardım Ermənistan Respublikasının prioritetidir və bu kontekstdə mən regionun infrastrukturlarının açılmasına əhəmiyyət verirəm, Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstanın “Kathimerini” nəşrinə müsahibəsində bildirib, News.am məlumat yayıb. “Dünyanın kəsişməsi” layihəsi bir tərəfdən Ermənistan ərazisi vasitəsilə Qara dəniz, digər tərəfdən Fars və Oman körfəzləri arasında buraxılış qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılmasını, avtomobil yük daşımalarını, boru …
Read More »Türkiyə polisi İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirib, 17 nəfər saxlanılıb
İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb. Boyukmillet.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulda Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmada 27 nəfərin İŞİD-ə bağlı fəaliyyət göstərdiyi müəyyən edilib. Bundan sonra İstanbul polisi əməliyyat keçirərək 17 şübhəlini saxlayıb. Digər şübhəlilərin tutulması üçün axtarışlar davam edir.
Read More »Ağdərədə ermənilərə məxsus dayaq məntəqəsi aşkarlanıb, tank götürülüb
Ağdərə rayonu ərazisində meşəlik zonada yerləşən dayaq məntəqəsindən 1 ədəd T-72B tankı, 4 ədəd D-20 artilleriya qurğusu, artilleriya mərmisi ilə dolu 3 ədəd “Ural” və 1 ədəd “Kamaz” markalı hərbi avtomobil və xüsusi texnikalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən təxliyə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından …
Read More »DİN əməliyyat keçirib, 6 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları “NARKOTƏLƏ” şərti adı altında martın əvvəlindən bu günə kimi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 30-a yaxın əməliyyat keçirib. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 28 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 13-ü ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər …
Read More »Təcili yardım həkimi çağırışa SƏRXOŞ GƏLDİ – VİDEO
Sosial şəbəkədə yayılan video insanların marağına səbəb olub. Təcili yardım həkimi çağırışa gəlib. Diqqət çəkən məqam isə onun ayaq üstə zorla dayanması olub. Məlum olub ki, tibb işçisi ağır dərəcə sərxoşdur. Kənardan qeydə alınan görüntüdə həkimin yerə yıxıldığı görünür. Rusiyanın teleqram kanallarında yayılan görüntünün Volqoqrad şəhərində çəkildiyi deyilir. Həmin görüntüləri təqdim edirik:
Read More »Crocusda ölənlərin 40-nı terrorçular güllələyib, qalanları isə…
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiya prezidenti Vladimir Putinə bildirib ki, “Crocus”da baş verən terror aktı diqqətlə planlaşdırılıb, bütün təqsirləndirilən şəxslər dindirilərkən öz günahlarını etiraf ediblər. Bu barədə “Kommersant” məlumat yayıb. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər sifarişçilər və onun hazırlanmasında köməklik edən şəxslər barədə ətraflı ifadə verib. “Terrorçular saxlanılan zaman iki AK-74, 500-dən çox patron, 28 jurnal və benzin …
Read More »Xocalı qatilinin qızı HƏBS OLUNDU
Ermənistanın İstintaq Komitəsi Armavir vilayətinin hakim köməkçisi Naira Qriqoryanın həbs olunduğunu təsdiqləyib. Naira Qriqoryan xüsusilə külli miqdarda dələduzluğa kömək etməkdə ittiham olunub. N.Qriqoryan barəsində həbs qətiimkan tədbiri seçilib. Naira Qriqoryan general Manvel Qriqoryanın qızıdır. Qeyd edək ki, bu, Qriqoryanlar ailəsi ilə bağlı ilk həbs olunma hadisəsi deyil. Bundan əvvəl Naira Qriqoryaın atası, qardaşı və anası da müxtəlif cinayətlərdə ittiham olunub. …
Read More »Krokus yanğınında Ağalarova dəyən SENSASİON ZİYAN açıqlandı: terrorçular sifarişçiləri belə İFŞA ETDİ – Səhər Xəbərdə
Putin: Terror aktı radikal islamçıların əli ilə törədilib Bastırkin: Terrorçular sifarişçilərin kimliyini deyiblər Ermənistanda səs-küylü həbslər Medvedyev: “Teraktda iştirak edən hər kəs öldürülməlidir” Moskvadakı terror aktı ilə bağlı daha üç nəfərə cinayət işi açıldı “Krokus” teraktında əsas sual budur – Putin Rusiyaya “ikinci cəbhə” açıldı: “Dəhlizlər savaşı”… Hücumun arxasında hansı ölkə dayanır? – Əsas versiya Atəşkəs üçün fəal danışıqlar gedir …
Read More »Ağcabədi sakinindən 4 kiloqramdan artıq heroin aşkarlanıb
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinindən 4 kiloqramdan artıq heroin aşkarlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Sədi Cəfərov saxlanılıb. Həmin şəxsin üzərindən və rayonun Hindarx qəsəbəsindəki evindən 4 kiloqramdan artıq heroin aşkarlanıb. Dindirilmə zamanı S.Cəfərov narkotik vasitəni satış məqsədi ilə Ağcabədi rayonuna gətirdiyini …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar