Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Azərbaycan xalqının təhlükəsizliyinin, iqtisadi inkişafının və əmin-amanlığının təmin olunmasında Sizə yeni böyük nailiyyətlər arzu edirəm. Əminəm ki, yenidən Prezident seçilməyiniz ikitərəfli əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcək və Ukrayna-Azərbaycan əməkdaşlığını yeni dinamik …
Read More »Peşə təhsili alan 73 yaşlı tələbə
Qəbələdə səfərdə olan elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili alan 73 yaşlı Musa Mahmudovla görüşüb. Musa Mahmudov “Arıçılıq” ixtisası üzrə təhsil alır. Ölkəmizin ən yaşlı tələbəsi olan Musa Mahmudov 1951-ci ildə Qəbələnin Vəndam kəndində doğulub. Musa Mahmudov 2004-cü ildən arıçılıqla məşğuldur. Əvvəllər arılarını Mingəçevirdə saxlayar və ətraf bölgələrə aparardı, son 11 ildir …
Read More »MSK sədri: Bu il azad edilmiş ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək
Bu il azad edilmiş ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, bu il fevralın 7-də keçirilmiş prezident seçkilərində əvvəlkilərlə müqayisədə xaricdə səs verən vətəndaşlarımızın sayı iki dəfə çox olub. Qurum sədri bildirib ki, bu da MSK və Xarici İşlər Nazirliyinin …
Read More »Azərbaycanda 13 din xadimi attestasiyadan keçə bilməyib
Azərbaycanda 13 din xadimi attestasiyadan keçə bilməyib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, həmin din xadimlərinin bilikləri tutduğu vəzifə üçün qənaətbəxş sayılmayıb. Qeyd edək ki, din xadimlərinin attestasiyası Azərbaycanda ilk dəfə bu il martın 4-6-da həyata keçirilib və 64 din xadiminin iştirakı nəzərdə tutulub. Lakin onlardan 3 nəfəri tələb olunan sənədləri …
Read More »Azərbaycan XİN Mirzoyana cavab verib
Ermənistanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı hazırda davam etdirdiyi iddialar xarici işlər naziri Ararat Mirzoyan tərəfindən səslənən fikirlərlə tərs mütənasibdir. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Anadolu” agentliyində dərc edilmiş müsahibəsinə dair şərhində əksini tapıb. Onun sözlərinə görə, Ermənistan XİN başçısının beynəlxalq ictimaiyyəti çaşdırmaq …
Read More »DGK 228 min ABŞ dollarının qanunsuz ölkədən çıxarılmasının qarşısını alıb
Ötən il Dövlət Gömrük Komitəsi (DGK) qanunvericiliyin tələblərini pozaraq, Azərbaycanın gömrük sərhədindən 227,9 min ABŞ dolları məbləğində vəsaitin keçirilməsinin qarşısını alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Bundan başqa, gömrük əməkdaşları 7,8 min avro, 7,6 milyon rus rublu, 2,303 milyon manat dəyərində 7,7 min ədəd qızıl zinət əşyaları, 1 504 qram qızıl, 251,8 min manat dəyərində 5 899 ədəd gümüs zinət əşyaları və 59,5 min qram gümüs kütlələr (külçə), 59,9 min manat …
Read More »Bakı, Sumqayıt və Abşeron üzrə mart ayının pensiyaları ödənilib
Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd olunub ki, yaxın günlərdə digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
Read More »Azərbaycanda Ramazan ayının başlaması ilə bağlı fətva verilib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Azərbaycanda Ramazan ayının başlaması ilə bağlı fətva verib. Boyukmillet.com-un məlumatına görə, fətvada mübarək Ramazan ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanları təbrik edilib. Bildirilib ki, Azərbaycanda Ramazan ayı martın 11-də başlanır, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir. Fətvada vurğulanıb ki, on bir ayın sultanı olan Ramazanın gəlişi Azərbaycan xalqı üçün …
Read More »Xankəndidə avtomat, qumbara və dronlar aşkarlanıb
Polis əməkdaşları Xankəndidə avtomat, qumbara və dronlar aşkarlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə martın 6-da Xankəndi şəhəri ərazisindən 3 ədəd dron, 4 ədəd avtomat silahı, 3 ədəd müxtəlif markalı tüfəng, 3 qumbara, 3 ədəd alışdırıcı, 26 ədəd rabitə vasitəsi, 126 patron darağı, 960 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq …
Read More »İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi elçisi: COP29 inklüzivlik və iddialı həllər üçün istiqamətdir
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) yüksək dərəcədə inklüzivliklə, vətəndaş cəmiyyətinin fəal iştirakı ilə, azlıqların fikirlərinə diqqət yetirilməklə və gənclərin təşəbbüslərinin stimullaşdırılması ilə fərqlənən tədbir olacağını vəd edir. Bunu “Report”a müsahibəsində İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi elçisi, professor Françesko Korvaro deyib. Onun sözlərinə görə, Bakıda keçiriləcək konfrans əvvəlki, yəni Dubayda təşkil olunan COP28 kimi asan olmayacaq: …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar