Rüşvət müqabilində hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxs həbs edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında deyilir. Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon idarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləyən hərbi qulluqçu Hümbət Nəbiyevin xidməti vəzifələrinin icrası zamanı …
Read More »Azərbaycanla Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qardaş ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də birgə layihələr və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında …
Read More »Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib
Martın 6-da qardaş ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərin dostluq və qarşılıqlı inam üzərində qurulduğu qeyd edilib, ölkələrimiz arasında mövcud olan əməkdaşlığın bölgədəki sabitliyi təmin edən əsas …
Read More »Hacı Zeynalabdin qəsəbəsində şəhər xəstəxanasının binası söküləcək
Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli şəhər xəstəxanasının köhnə binası söküləcək. Boyukmillet.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, binanın sökülərək onun yerinə müasir tipli yeni müəssisənin tikintisi ilə bağlı seçilmiş ərazinin yerquruluşu planı hazırlanıb, Səhiyyə Nazirliyinin nümayəndələri ilə birlikdə zəruri məsələlər müzakirə olunub və yerində baxış keçirilib.
Read More »Natəvanın heykəli Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə aparılıb
Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəli Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə çatdırılıb. Boyukmillet.com xəbər verir ki, heykəl martın 4-də Evian şəhərindən götürülüb. Natəvanın heykəli artıq Azərbaycanın Fransadakı Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzindədir və onun Mərkəzin bağında ucaldılması ilə bağlı işlər davam etdirilir. Məlumata görə, heykəl götürülərkən üzərindəki örtük açılıb və müəyyən olunub ki, üzərinə qırmızı boya atılmaqla …
Read More »DİN Toplum TV-də axtarış aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib
Daxili İşlər Nazirliyi (DİN) Toplum TV-də axtarış aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib. “Report”un sorğusuna cavab olaraq DİN Mətbuat xidmətindən bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. “Əlavə məlumat veriləcək”, – mətbuat …
Read More »Sabahdan güclü külək əsəcək – XƏBƏRDARLIQ
Sabahdan Azərbaycanda hava şəraiti dəyişəcək. Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında martın 7-si günün ikinci yarısından 8-i səhərədək şimal-qərb küləyinin qısamüddətə 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir, axşam və gecə bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Azərbaycanın rayonlarında da bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 7-si dağlıq …
Read More »Bakıda bağçada 112 uşağın ərzağı mənimsənilib, cinayət işi başlanılıb
Bakı şəhəri Yasamal rayonu 184 saylı uşaq bağçasında 112 uşağın ərzağı mənimsənilib, cinayət işi başlanılıb. Bu barədə “Report”a Yasama Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, araşdırmalarla qeyd olunan bağçanın vəzifəli şəxsləri tərəfindən müvafiq məlumat bazasında adları qeydə alınmayan ümumilikdə 112 nəfər uşağa görə ərzaq məhsullarını məxaric etməklə xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək rəsmi sənədlərə yalan …
Read More »Azərbaycanda ötən il 727 milyon manat artıq və əsassız ödənişlər aşkarlanıb
2023-cü ildə Azərbaycanda dövlət maliyyə nəzarətinin təkmilləşdirilməsi, vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarətin gücləndirilməsi istiqamətində Maliyyə Nazirliyinin gördüyü işlər nəticəsində ümumilikdə 726,5 milyon manat artıq və əsassız ödənişlər aşkar olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilir. Sənədə əsasən, bunun 3,6 milyon manatını yoxlamaların gedişində təqsirkar şəxslər bərpa edib. Nazirliyin müvafiq iş planına əsasən …
Read More »“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” yeni qanun layihəsi hazırlanır
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” yeni qanun layihəsinin yaxın zamanlarda parlamentə daxil olması planlaşdırılır. Boyukmillet.com-un xəbərinə görə, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanun ən uzunömürlü qanunlardan biridir”, – o qeyd edib. Qeyd edək ki, hazırki qanun 1993-cü il sentyabrın 3-dən qüvvədədir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar