Ermənistanın sülh və sabitliyə xidmət etməyən üçüncü tərəfləri bölgəyə cəlb etməsi, Ermənistanın bəzi dövlətlər tərəfindən silahlandırılması səyləri sülh prosesinə təhdiddir. Boyukmillet.com xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahian Ciddəddəki görüşündə bildirib. Görüşdə, həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Read More »Rusiya və Azərbaycan 2024-2026-cı illər üçün turizmə dair yol xəritəsini təsdiqləyib
Rusiya və Azərbaycanın baş nazirləri Mixail Mişustinlə Əli Əsədov arasında keçirilən danışıqların yekunu olaraq iki ölkə arasında 2024-2026-cı illər üçün turizmin inkişafına dair yol xəritəsi imzalanıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, sənədi Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Vladimir İliçev və Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev imzalayıblar. Bundan əlavə, danışıqların nəticəsi olaraq ölkələrin mədəniyyət nazirlikləri arasında əməkdaşlıq proqramı …
Read More »Rusiyanın Baş naziri Azərbaycana səfərə gəlib
Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycana işgüzar səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, o, Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşəcək. Daha əvvəl məlumat verilmişdi ki, M.Mişustinin səfəri çərçivəsində Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və qarşılıqlı maraq doğuran …
Read More »Azaraq Ermənistana keçən Azərbaycan əsgəri Vətənə qaytarılıb
Bu il fevralın 28-də azaraq Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Vətənə qaytarılıb. Boyukmillet.com xəbər verir ki, onu gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib. Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək …
Read More »Bakı məktəblərində nəzarətin gücləndirilməsi üçün elektron sistem yaradılır
Bakı şəhərinin təhsil müəssisələrində tədris və idarəetmə proseslərinin tamamilə elektronlaşması üzrə sistemin yaradılması planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Nərminə Hüseynova deyib. O bildirib ki, sözügedən sistem təhsil müəssisələrində nəzarəti gücləndirməyə, tədris prosesi ilə bağlı məlumatların operativ və effektiv şəkildə izlənilməsi və təhlil edilməsinə, həmçinin akademik bacarıqların, eləcə də şagird davamiyyətinin qeydə alınması …
Read More »Ötən il Qarabağda avtomobil və dəmir yolları layihələrinə ayrılan vəsait tam xərclənib
2023-cü il ərzində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində avtomobil və dəmir yollarının tikintisi, bərpası və yenidən qurulması layihələri üzrə ümumilikdə 3 milyard 675,9 milyon manat vəsait ayrılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib. “Bu vəsait dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına maliyyələşdirilib və tam həcmdə istifadə olunub”, – hesabatda deyilir.
Read More »Keçən il Azərbaycanda 8 minə yaxın qızılcaya şübhəli xəstə aşkar edilib – HESABAT
2023-cü ildə Azərbaycan ərazisində 8 minə yaxın qızılcaya şübhəli xəstə aşkar edilib. Boyukmillet.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Hesabatda bildirilir ki, keçən il yenidoğulmuşlar “Hepatit B” vaksini ilə 97,9%, vərəm əleyhinə BCG vaksini ilə 94,7% əhatə olunublar. Qeyd olunub ki, 1 yaşa qədər uşaqların poliomielit əleyhinə ikivalentli OPV (oral) vaksini ilə …
Read More »Azad edilən rayonlarda ötən il minalardan təmizlənən ərazilərin həcmi açıqlanıb – SİYAHI
2023-cü ildə Minatəmizləmə Agentliyi və minatəmizləmə əməliyyatlarına cəlb olunan dövlət və qeyri-dövlət qurumları tərəfindən ümumilikdə 53 min (53081,8) hektardan çox ərazidə təmizləmə əməliyyatları icra edilib. Həmin ərazilərdə 31 min 600 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib. Belə ki, 2023-cü ildə həyata keçirilmiş minatəmizləmə …
Read More »Bələdiyyələrin birləşməsi və ləğv edilməsi ilə bağlı qanun layihəsi I oxunuşdan keçib
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanunlara dəyişiklik layihələri birinci oxunuşda təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, adıçəkilən qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Dəyişikliklər barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Qeyd olunub ki, “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, təşkili və ya yenidən …
Read More »Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Martın 5-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Bakıda səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının Baş direktoru general-leytenant Ahsan Gulrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb və iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat vüerilib. Əvvəlcə Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar