Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə 26 fevral-3 mart 2024-cü il tarixi ərzində 59 tank əleyhinə mina, 157 piyada əleyhinə mina, 371 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 2019,8 hektar ərazi minalardan təmizlənib. Qeyd edək …
Read More »Prezident: AŞPA-da Azərbaycana qarşı qərəzli və çirkin kampaniya aparılır
Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniya aparılır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edərkən deyib. Dövlət başçısı Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini bildirib. Bundan sonra bir sıra Avropa təsisatları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı …
Read More »Mingəçevir xəstəxanasında mənimsəmə faktı aşkarlanıb, vəzifəli şəxslərə cinayət işi açılıb
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında mənimsəmə faktı aşkarlanıb, tibb müəssisəsinin vəzifəli şəxsləri barədə cinayət işi başlanılıb. “Report”un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Mingəçevir Şəhər Prokurorluğunda xəstəxananın vəzifəli şəxsləri barədə araşdırmalara başlanılıb. Nəticədə tibb müəssisəsinin vəzifəli şəxslərinin 2021-ci ilin yanvar ayından 2023-cü ilin oktyabr ayınadək olan dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsindən …
Read More »Xankəndidə narkotik və silah-sursat tapılıb
Polis əməkdaşları Xankəndidə narkotik və silah-sursat aşkarlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə Xankəndi şəhəri ərazisində yerləşən qarajların birindən 3,8 kiloqram çəkidə marixuana, həmçinin şəhər ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 11 tüfəng, 7 ədəd qumbara, 3 alışdırıcı, 25 patron darağı, 1718 ədəd müxtəlif çaplı patron və digər sursatlar …
Read More »Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması qaydası təsdiqlənib
“Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması Qaydası” təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarda məhsulun daşıdığı riskin səviyyəsi nəzərə alınmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması qaydalarının müəyyən edilməsi nəzərdə tutulur. Qərarın qəbul ilə qida məhsulları, qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsinə, …
Read More »TÜRKPA-ya üzv dövlətlərdə yaşamaq icazəsi asanlaşdırılacaq
TÜRKPA-ya üzv dövlətlərdə yaşamaq üçün icazə asanlaşdırılacaq. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı məsələ qurumun Hüquq məsələləri və Beynəlxalq əlaqələr komissiyasının Bakıda keçirilən 11-ci iclasının gündəliyinə daxil edilib. Toplantıda “TÜRKPA üzv dövlətlərində yaşamaq üçün icazənin asanlaşdırılması haqqında” model qanunun hazırlanması barədə məsələ parlamentarilərin müzakirəsinə çıxarılacaq.
Read More »Türkiyə kəşfiyyatı İraqda PKK-nın “rəhbər” şəxslərindən birini öldürüb
Türkiyə Milli istihbarat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində PKK-nın “rəhbər” şəxslərindən olan Gülsün Silgiri öldürüb. Bu barədə “Report” “TRT Haber”ə istinadən xəbər verir. Öldürülən şəxsin PKK-nın sözdə gənclərin strukturlaşdırılması üzrə rəhbər şəxslərdən biri olduğu bildirilir. Qeyd olunub ki, onun terror təşkilatının qondarma gənclər hərəkatının üzvü olduğu aşkarlanıb. G.Silgir 2011-ci ildən etibarən aksiyalarda iştirak edərək gəncləri aldadıb təşkilata cəlb edirmiş.
Read More »Azərbaycan sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının hərbi qulluqçuları dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşlarını saxlayıblar. Bu barədə DSX-dən məlumat verilib Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində sərhədi pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları Hamrai Naqibullah Bəsir oğlu, Qurbani Zabedullah Bəhrhək oğlu və Osmani Fazil Əhməd oğlu saxlanılıblar.
Read More »Ombudsman: Mina xəritələrinin Bakıya verilməsi üçün beynəlxalq ictimaiyyət İrəvana təzyiq göstərməlidir
Ermənistanın otuz ilə yaxın işğal dövründə torpaqlarımızda basdırdığı minalar mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqda davam edir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdamın Əhmədağalı kəndində baş vermiş mina partlayışına münasibət bildirərkən söyləyib. “Növbəti mina qurbanı təsərrüfatla məşğul olan mülki şəxs olmuşdur. Belə ki, 2024-cü il 3 mart tarixində …
Read More »Ermənistanlı deputatı: İrəvan KTMT-dən çıxmasını hüquqi baxımdan rəsmiləşdirə bilər
Ermənistan rəhbərliyi bundan sonra ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasını hüquqi cəhətdən rəsmiləşdirmək üçün addımlar ata bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının (parlament) deputatı, KTMT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan Rusiyanın “İzvestiya” qəzetinə söyləyib. “Qarşılıqlı öhdəliklərlə bağlı KTMT-dən və ondan bəklənən yardımdan yanlış gözləntilər formalaşıb. Lakin bu halda da tərəflər Ermənistanın …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar