Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, hərbi qulluqçunun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Read More »İrandan Azərbaycana 43 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları İrandan Azərbaycana 43 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a DSX-dən məlumat verilib. Bildirilib ki, fevral ayının 26-da saat 19:40-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Xidməti ərazidən ümumi çəkisi 42 kiloqram 550 qram narkotik vasitə aşkar olunaraq …
Read More »Kəlbəcərdə yeni məktəb binası tikilir
Kəlbəcərdə ən müasir standartlara uyğun yeni məktəb binası tikilir. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasında tikinti işləri sürətlə davam edir. Ötən ilin may ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunur. 41 sinif otağından ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, …
Read More »Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndi şəhəri ərazisində xeyli sayda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 27-də Xankəndi şəhəri ərazisində 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 5 tüfəng, 49 ədəd qumbara, 61 qumbara alışdırıcısı, 17 ədəd partlayıcı, 236 patron darağı, 12255 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Bundan …
Read More »Ermənilər Malıbəyli kəndinin qəbiristanlığını tamamilə dağıdıb
Erməni separatçıları işğal dövründə Xocalı rayonunun Malıbəyli kəndinin qəbiristanlığını tamamilə dağıdaraq yer üzündən siliblər. “Report”un Qarabağ bürosu xəbər verir ki, düşmən 30 ildən çox işğal altında saxladığı kəndin dini, mədəni, tarixi abidələri ilə yanaşı məzarlıqları da dağıdaraq viran qoyub. İşğalçılar məqsədyönlü şəkildə azərbaycanlılara məxsus məzar daşlarını məhv ediblər. Qəbirlərin başdaşlarını sındırıblar, oğurlayaraq aparıblar, məzarları isə qazıblar. Bir çox qəbirdaşları isə …
Read More »BMT Rusiya-Ukrayna müharibəsini gərginləşdirə biləcək bəyanatlardan çəkinməyə çağırıb
BMT dünya siyasətçilərini Ukrayna ətrafında vəziyyətin pisləşməsinə səbəb ola biləcək ritorikadan çəkinməyə çağırır. Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilatın Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib. “Münaqişə başlayandan bəri biz vəziyyəti gərginləşdirə biləcək çoxlu ritorika gördük. Bizim çağırışımız dəyişməyib. Belə ritorikadan qaçmaq lazımdır”, – deyə S.Düjarrik vurğulayıb. Qeyd edək ki, bu günlərdə Fransa Prezidenti Emmanuel Makron Qərb ölkələrindən Ukraynaya hərbçilərin göndərilməsi …
Read More »Ermənilərin təxribatı ilə törədilmiş Sumqayıt hadisələrindən 36 il ötür
Ermənilərin təxribatı ilə törədilmiş Sumqayıt hadisələrindən 36 il ötür. Boyukmillet.com xatırladır ki, 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi. Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi. Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki …
Read More »Azərbaycanın Xocalı soyqırımı ilə bağlı Baş katibə göndərdiyi məktub BMT-nin rəsmi sənədi kimi yayılıb
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin 16 fevral 2024-cü il tarixli Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı qurumun Baş katibi Antoniu Quterreşə ünvanladığı məktub BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. Boyukmillet.com xəbər verir ki, sənəddə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Xocalı rayonunun 63-ü azyaşlı, 70-i qoca olmaqla 613 sakinin vəhşicəsinə qətlə yetirildiyi …
Read More »Dövlət Departamenti Bakı ilə İrəvanın Berlin görüşünü şərh etməyib
ABŞ-nin Dövlət Departamenti Azərabaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanın Almaniyanın paytaxtı Berlində keçirilməsi nəzərdə tutulan görüşünü şərh etməyib. Boyukmillet.com xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibi Mettyu Miller ona verilmiş müvafiq sualı açıqlamasız buraxaraq tərəfləri “uzunmüddətli razılığa gəlməyə” çağırmaqla yetinib. “Xarici işlər nazirləri sabah Berlində görüşəcəklər. Bilirəm ki, Katib [Entoni Blinken] dekabr ayından onları burada, Vaşinqtonda, …
Read More »Azərbaycan Türkiyə müdafiə nazirinin müavinini medalla təltif edib
Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Medalı fevralın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Ş.Alpaya təqdim edib. Qeyd edək ki, Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay Bakıda səfərdədir. O, Z.Həsənovla görüşüb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar