İraqın şimalındakı Qara bölgəsində Türkiyə Silahlı Qüvvələrinin hava əməliyyatı nəticəsində PKK-nın dörd terrorçusu zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi sosial şəbəkədə bildirib. “Terrorla mübarizəmiz effektiv və qətiyyətlə davam edir. İraqın şimalındakı Qara bölgəsində PKK-nın dörd terrorçusu təsbit edilərək hava əməliyyatı ilə zərərsizləşdirilib. Əməliyyatlarımız ləngimədən davam edəcək”, – hərbi qurumun açıqlamasında qeyd olunub.
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Boyukmillet.com nazirliyə istinadən icmalı təqdim edir:
Read More »Parlament sədri: Prioritetimiz Türkiyə-Azərbaycan-Gürcüstan mexanizmini işə salmaqdır
Prioritetimiz Türkiyə-Azərbaycan-Gürcüstan mexanizmini işə salmaqdır, daha sonra Ermənistan, Rusiya və İran bu fəaliyyətə qoşula biləcəklər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün səfər etdiyi Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə söyləyib. “Əvvəla Türkiyə-Azərbaycan-Gürcüstan üçlü mexanizmi… Bunu daha çox işə salacağıq. Keçən həftə Gürcüstanın xarici işlər naziri Ankarada …
Read More »Xocalı soyqırımının ildönümü ilə bağlı bəzi yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı şəhər DYP İdarəsinin müraciətində bildirilib. “Hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir. Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, …
Read More »Prezident İlham Əliyev Türkiyə Prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısının təbrik məktubunda qeyd olunub: “Hörmətli cənab Prezident, Əziz Qardaşım. Əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi münasibətilə öz adımdan və Azərbaycan xalqı adından Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən xüsusi məmnunluq duyuram. Sizin ömür yolunuz Vətənə və …
Read More »Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Fevralın 24-ü saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub”, – hərbi qurum açıqlayıb.
Read More »Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə ört-basdır etməyə çalışır
Azərbaycan Müdafiə Nazirliyi fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə rəsmi məlumat verib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Atəşin bu koordinatlarda (40° 05′ 04″ N; 45° 52′ 28″ E coğrafi koordinatlarda) yerləşən Ermənistan silahlı qüvvələrinin postundan açıldığı …
Read More »Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
Azərbaycanın idman gimnastı Nikita Simonov Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda uğurlu çıxış edib. Boyukmillet.com-un məlumatına görə, idmançı yarışda qızıl medala layiq görülüb. Simonov halqalarda hərəkətdə fəxri kürsünün birinci pilləsinə qalxıb.
Read More »Prezident İlham Əliyev Küveyt Əmirini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Əlahəzrət, Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. İnanıram ki, Azərbaycan-Küveyt dövlətlərarası əlaqələrinin daha da inkişafı, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan …
Read More »BMT eksperti müstəmləkəçiliyə qarşı mübarizəyə görə Azərbaycana təşəkkür edib
BMT-nin idarəçilik üzrə beynəlxalq eksperti Carlyle G.Corbin müstəmləkəçiliyə qarşı mübarizəyə görə Azərbaycana təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə fevralın 24-də İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O vurğulayıb ki, müstəmləkəçiliyin ilkin mərhələsi məhz Avropa ölkələrində başlayıb və azadlıqların məhdudlaşdırılması ilə dünyanın müxtəlif bölgələrində davam edib: “Dünyada hələ də bu …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar