Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azərbaycan və BƏƏ arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu qüvvəyə minib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu təsdiq edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış Memorandum qüvvəyə mindikdən sonra Maliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sənədin qüvvəyə minməsi üçün zəruri olan …

Read More »

Dövlət Vergi Xidmətinin iki əməkdaşına ali xüsusi rütbə verilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Dövlət Vergi Xidmətinin iki əməkdaşına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. Həmin şəxslər aşağıdakılardır: Quliyev Kənan Adil oğlu – Daxili təhlükəsizlik baş idarəsinin rəisi Bəylərov Elçin Bəylər oğlu – Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi.

Read More »

30 İL EYNİ VƏZİFƏNİ TUTAN GENERAL – Ramiz Zeynalov 73 yaşını tamamladı

Fevralın 19-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi, general-polkovnik Ramiz Zeynalovun 73 yaşı tamam olub. O, 1951-ci ildə Tovuz rayonunda anadan olub. R.Zeynalov Azərbaycan məmurları arasında postunu ən uzun müddət qoruyub-saxlamış şəxsdir. Baş İdarə rəisi 1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilib, 1994-cü ilə qədər bu sistemdə müxtəlif vəzifələr tutub. Həmin ilin avqust ayından …

Read More »

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb

Azərbaycandan Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının sonuncu hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkından Ukraynaya yola salınıb. “Report”un yerli bürosunun məlumatına görə, Energetika Nazirliyinin tədarük etdiyi humanitar yükə 670 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 26 ədəd transformator və komplekt transformator məntəqəsi daxildir. 25 TIR-dan ibarət yük avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş …

Read More »

Türkiyə kəşfiyyatı Fransa casus şəbəkəsinə qarşı əməliyyat keçirib, saxlanılanlar var

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı – MİT) Fransa casus şəbəkəsinə qarşı əməliyyat keçirib, üç şübhəli saxlanılıb. Boyukmillet.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, onların suriyaəsilli olduqları qeyd edilib. MİT-in İsrail, İran və Rusiya məxfi xidmət orqanlarının fəaliyyətinə qarşı Türkiyədə həyata keçirdiyi casusluq əməliyyatlarından sonra Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) casusları da ifşa edilib. Məlumata görə, üç nəfərlik qrupa Ahmet …

Read More »

Ümid Partiyası Konstitusiyaya bu dəyişiklikləri TƏKLİF EDİR

İqbal Ağazadə: “Bəziləri yeni dönəmin təkcə iqtidar tərəfindən başladıla biləcəyi qənaətindədir” 𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧 Ü𝐦𝐢𝐝 𝐏𝐚𝐫𝐭𝐢𝐲𝐚𝐬ı 𝟕 𝐟𝐞𝐯𝐫𝐚𝐥 seç𝐤𝐢𝐥ə𝐫𝐢𝐧𝐝ə𝐧 𝐬𝐨𝐧𝐫𝐚 𝐲𝐞𝐧𝐢 𝐝ö𝐧ə𝐦𝐢𝐧 𝐛𝐚𝐬𝐥𝐚𝐧𝐝ı𝐠ı 𝐢𝐥ə 𝐛𝐚𝐠lı 𝐨𝐳 𝐦𝐨𝐯𝐪𝐞𝐲𝐢𝐧𝐢 𝐢𝐟𝐚𝐝ə 𝐞𝐭𝐦𝐢𝐬𝐝𝐢. Təəssüf ki, bəziləri yeni dönəmin təkcə iqtidar tərəfindən başladıla biləcəyi qənaətindədirlər. Təbii ki, əsas yük iqtidarın üzərindədir. Lakin biz həm də qeyd etmişdik ki, siyasi institutlar da proqram partiyasına çevrilməlidirlər. Vətəndaş partiyaların onların …

Read More »

İCTİMAİ QINAQ OLMADIQCA…

Xəzər rayonu 156 nömrəli məktəbdə baş verənlər cəmiyyətin bir fərdi olaraq düşünməyə vadar edir…İctimai qınaq olmadıqca belə məsələlərlə hələ çox rastlaşacağıq. Boyukmillet.com xəbər verir ki Bu sözləri YeniZamantv.az-a  Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri, Daxili İşlər Nazirliyi , Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraların üzvü Mətanət Əsgərqızı deyib: Hər gün bir olay. Adamın qanı donur. …

Read More »

Nazir qədim Afrodisiası tanıtdı

Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Aydının Karacasu bölgəsində yerləşən Afrodisias Antik Şəhərinin cəmi 1 milyard 750 milyon TL büdcə ayrılan layihələrlə rekord qıran ziyarətçi sayına çatan tarixi irsə çevriləcəyini açıqlayıb. Boyukmillet.com “Cebhe.info” ya istinadən xəbər verir ki, Afrodisias Antik Şəhərinin Tanıtım Tədbirində çıxış edən Ersoy, bu tarixi bölgənin Roma dövründə heykəltəraşlıq incəsənətinin  əks olunduğu qabaqcıl mərkəzlərdən biri olduğuna …

Read More »

Keçən il xaricdə təhsil almış 1000-dən çox şəxsin diplomu tanınmayıb

Keçən il xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə ümumilikdə 7 021 müraciətin ekspertizası keçirilib ki, onlardan 5 868-nə müsbət, 1 153-nə isə mənfi rəy verilib. Boyukmillet.com  xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, həmin müddətdə 8 yeni peşə ixtisası üzrə qiymətləndirilmə və tanınma həyata keçirilib: “Ümumilikdə, qiymətləndirilmə …

Read More »

Sabah Xocalı soyqırımının 32-ci ildönümü Tallində anılacaq

Estoniyanın paytaxtı Tallin şəhərində fevralın 21-də Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım mərasimi keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Report’a “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev məlumat verib. Onun sözlərinə görə, tədbir Azərbaycanın Estoniyadakı səfirliyini təşkilatçılığı ilə Vabamu/Azadlıq muzeyində baş tutacaq. Anım günündə Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova və işçi qrupunun üzvlərinin iştirakı …

Read More »