Bu gün təbii ki, müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Bu barədə də geniş müzakirələr aparıldı, ortaq istehsalla bağlı konkret planlarımız var. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib. Dövlət başçısı deyib ki, bu planlar gerçəkləşdikdə insanlar da, ictimaiyyət də bundan xəbərdar olacaq.
Read More »Prezident: Antiterror tədbirləri göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub
İşbirliyimizin önəmli istiqaməti hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlir. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib. Dövlət başçısı qeyd edib: “İkinci Qarabağ savaşı və 5 ay əvvəl keçirdiyimiz antiterror tədbirləri bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub”.
Read More »Ərdoğan: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanması bölgəmizdə sabitlik üçün ümid mənbəyi olacaq
Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmizdə və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik. Boyukmillet.com xəbər verir ki, bu fikri fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında deyib.
Read More »Ankarada Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub
Fevralın 19-də Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Boyukmillet.com xəbər verir ki, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”nu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar. “Azərbaycan Respublikası …
Read More »Litva XİN Rusiyanın NATO ölkələrinə gözlənilməz hücumu barədə xəbərdarlıq edib
Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Rusiyanın NATO ölkələrinə gözlənilməz hücumu barədə xəbərdarlıq edib. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, NATO-nun Alyansın gücünü sınamaq niyyətində olan çox aqressiv qonşusu var: “Biz buna hazırlaşmalıyıq. İkinci Pearl Harbor anını gözləyə bilmərik”. Nazir xatırladıb ki, Yaponiyanın 1941-ci il dekabrın 7-də Havaydakı Pearl Harbordakı ABŞ hərbi dəniz bazasına qəfil hücumu nəticəsində 2000-dən çox …
Read More »MN: S-300 raketləri döyüşə hazır vəziyyətə gətirilib, şərti düşmənin zərbələri dəf edilib
S-300 raketləri döyüşə hazır vəziyyətə gətirilib, şərti düşmənin zərbələri dəf edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi bu ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələrinin şəxsi heyəti ilə məşğələlər keçirilir. Məşğələlər zamanı həyəcan siqnalı ilə qaldırılan S-300 “Favorit” zenit-raket komplekslərinin divizionlarının döyüş heyətləri texnikanın …
Read More »Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü başlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Azərbaycanda 3 268 qəbiristanlıq bələdiyyələrə təhvil verilib – RƏSMİ
Azərbaycanda 4 204 qəbiristanlıq var ki, onların da 3 268-i bələdiyyələrə təhvil verilib. Boyukmillet.com xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə Regional məsələlər komitəsinin fevralın 19-da keçirilən iclasında çıxışı zamanı deyib. Nazir müavini bildirib ki, 900-dən artıq qəbiristanlıq isə hələ təhvil verilməyib: “Bunun da təxminən bir neçə səbəbləri var. Əsas səbəb də xəritələrin tam dədqiq olmamasıdır. …
Read More »İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb
Sərhədçilər İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısını alıblar. Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, fevral ayının 19-da saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 3 naməlum şəxsin dövlət sərhədini pozması müşahidə edilib. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd …
Read More »Azərbaycanda bir neçə bələdiyyə sədrinə cinayət işi açılıb – SİYAHI
Azərbaycanda bir neçə bələdiyyə sədri barəsində cinayət işi başlanılıb. “Report”un əldə etdiyi məlumata görə, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində qeyd olunub. Bildirilib ki, keçən il bələdiyyələrlə bağlı aparılan araşdırmalar zamanı aşkar edilən qanun pozuntuları üzrə 30 halda toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib. Onlardan 15-i üzrə artıq cinayət işi başlanıb. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar